Reklam verin!

Azərbaycanda Yəhudi Diasporu

Azərbaycanda yəhudilərin məkunlaşması tarixi kifayət qədər dərin köklərə malikdir. Tarixi mənbələrə əsaslansaq, yəhudilərin Azərbaycan ərazilərində məskunlaşma tarixi iki min beş yuz ilə yaxındır. Hələ eramızdan əvvəl 722-ci ildə Assuriya Carı II Sarqonun hücumlarından sonra İsrail carlığının əhalisi kütləvi şəkildə müasir İranın yerləşdiyi Midiya ərazisinə və qədim Azərbaycan torpaqlarına köcürülmüşdür. Tarixi mənbə-lərdə qədim Azərbaycan dövləti olan Atropatenada digər xalqlarla yanaşı yəhudilərin də yaşadığı göstərilir.

 yehudi


Hazırda respublikamızda 16 min nəfər yəhudi yaşayır. Müasir dövrdə Azərbaycan ərazisində üc yəhudi icması mövcuddur: dağ yəhudiləri, yəhudi-aşkenazilər və gürcü yəhudiləri. Onlardan ən qədimi dağ yəhudiləri hesab olunur ki, tarixi mənbələrə görə onlar bu ərazidə 15 əsr bundan əvvəl məskunlaşmışlar. Yəhudi – aşkenazilər isə Azərbaycan ərazisinə XIX əsrin əvvəllərində köcmüşlər. XIX əsrin ortalarında Bakıda neft sənayesinin inkişaf etməyə başlaması müxtəlif millətlərin, o cümlədən yəhudilərin regiona köcünün daha geniş miqyas almasına səbəb olmuşdur.  XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda yəhudi teatrı və məktəbləri fəaliyyət göstərmiş, yəhudi dilində qəzetlər nəşr edilmişdir. Maraqlı faktdır ki, həmin dövrdə sinaqoqalar olmayan yerlərdə ravinlər  yerli yəhudilərə məhz məscidlərdə ibadət etməyi tövsiyyə edirdilər.  Azərbaycan Xalq Cumhuriyyəti dövründə yəhudilər Azərbaycan Parlamentində və hökumətdə təmsil olunmuşlar.  Sovet hakimiyyəti illərində Azərbaycanda yəhudilərin sayı üc dəfə artmışdır. 1937-1938-ci və 1952-ci illərdə antisemitizmin bütün SSRİ-də geniş miqyasda yayıldığı dövrdə belə Azərbay-canda məskunlaşmış yəhudilər bu qorxulu prosesin təzahürləri ilə qarşılaşmamışlar. Yəhudi icmasının bir cox nümayəndələri respublikanın siyasi, iqtisadi və mədəni həyatında cox fəal şəkildə iştirak edirdilər.  SSRİ-nin süqutundan sonra baş vermiş ciddi sosial-iqtisadi və siyasi dəyişikliklərə baxmayaraq digər postsovet ölkələrindən fərqli olaraq Azərbaycanda yəhudilərə munasibət kifayət qədər tolerant xarakter kəsb etmişdir. Bu günə kimi Bakı şəhərində yəhudi xalqının bir sıra görkəmli nümayəndəsinin – dahi fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqaru-nov və digərlərinin yaşadıqları binaların üzərindəki memorial lövhələr qorunub saxlanılmaqdadır.  Azərbaycan müstəqillik əldə etdikdən sonra yəhudilərə dövlət tərəfindən göstərilən diqqət və qayğı daha da artmışdır. Hazırda Azərbaycanda 7 yəhudi dini icması dövlət qeydiyyatına alınmışdır. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir.  Bu gün Azərbaycanda yəhudi mədəniyyət mərkəzləri, dini icmaları, sinaqoqları, məktəbləri fəaliyyət göstərir. 2003-cü ilin sentyabr ayında Bakıda "Od-Avner" Xabad Lyubavic Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 222 saylı 5 oktyabr 2006-cı il tarixli Qərarına əsasən Quba rayonu Qırmızı qəsəbədə yerləşən 1 nömrəli məktəbə yəhudi xalqının böyük oğlu İsaak Xanukovun adı verilmişdir. Yəhudilər Azərbaycan parlamentində də təmsil olunurlar. 

Baxış sayı: 152
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 7
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 368
Ümumi hit: 51280

AddThis Feed Button
Add to Technorati Favorites