Reklam verin!

Gürcüstanda yaşayan azərbaycanlıların durumu

Gruziya 1989-cu il rəsmi siyahıyaalmaya görə, Gürcüstanda 307.556 nəfər, 2002-ci il siyahıyaalmaya görəsə 284.761 nəfər Azərbaycanlı yaşayır. Soydaşlarımızın sıx məskunlaşdığı Kvemo-Kartli (ərazisi 6.528 kv.m) quberniyası mərkəzi Rustavi şəhəri olmaqla Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro, Zalqa rayonlarını əhatə edir. Son rəsmi siyahıyaalmaya görə, Kvemo Kartli quberniyasında 24.606 nəfər (45,1%), rayonlar üzrə müvafiq olaraq Marneulidə 98.245 (83,1%), Qardabanidə 49.993 (43,7%), Bolnisidə 49.026 nəfər (65,9%), Dmanisidə 18.716 nəfər (66,8%), Zalqa rayonunda 1.992 (9,5%), Tetriskaro rayonunda 1.641 (6,8%) azərbaycanlı yaşayır. Bundan başqa Kaxeti quberniyasında (40.036 nəfər 9,8%), o cümlədən Saqareco rayonunda 18.907 nəfər (31,9%), Laqodexi rayonunda 11.392 nəfər (22,3%), Telavi rayonunda 8.373 nəfər (11,9%), Dedoplisccaro rayonu (əksi adı Uzundərə, sonralar Qırmızıbulaq), 1.019 nəfər (3,3%), Axmeta rayonunda 152 nəfər (0.4%), Siqnaxi rayonunda 118 nəfər (0,3%), Şida Kartli quberniyasında 5.768 (1,8%), Msxeta-Mtiapeti quberniyasında 2.248 (1,8%), azərbaycanlı yaşayır. Ölkənin digər regionlarında - Acarıstan Muxtar Respublikasında, İmereti, Sameqrelo-Zemo Svaneti, Quriya, Raca-Lacxulidə, Abxaziya Muxtar Respublikasında 0,1% soydaşımız məskunlaşıb.


Qeyri-rəsmi məlumata görə SSRİ-nin dağılması ərəfəsində Gürcüstanda təxminən 700 min azərbaycanlı yaşayırdı və 1989-cu il siyahıyaalmasında onların sayının 307.556 nəfər göstərilməsi gürcülərin soydaşlarımızı öz ərazilərində bu sayda görmək istəməsinin ifadəsi idi. Yüxarıdakı rəqəmlərdən də göründüyü kimi, 1989-cu illə müqayisədə 2002-ci ildə azərbaycanlıların məntiqlə artımı yox, azalması baş verib. Bu Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı təzyiqinin təzahürüdür. Xüsusən Z.Qamsaxurdia və E.Şevardnadze hakimiyyəti dövründə Azərbaycanlılara qarşı baş vermiş hüquqa zidd hərəkətlər, Bolnisi, Dmanisi rayonlarının mərkəzinin soydaşlarımızdan təmizlənməsi, 32 kənd adının dəyişdirilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsində soydaşlarımızın hüquqlarının məhdudlaşdırılması, ağır sosial-iqtisadi durum, kütləvi işsizlik, dövlət və icra strukturlarında "gürcü dilini bilməmək" bəhanəsi ilə Azərbaycanlıların təmsilciliyini məhdudlaşdırmaq xalqın Rusiyaya, Türkiyəyə, Azərbaycana köcməsinə şərait yaradıb. Təbii ki, bütün bu problemlərin başında kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsində bilərəkdən Azərbaycanlıları kənarda qoymaq durur. E.Şevardnadze milli siyasət adı altında Azərbaycanlıları torpaq mülkiyyətcisi olmaqdan kənar qoyub. 1992-ci ildən 1996-cı ilə qədər Torpaq islahatı ilə bağlı qanunvericilik bazasına diqqət yetirsək, bu mənzərə tamamilə aydın olur. Belə ki, Gürcüstan Respublikası Hazirlər Kabinetinin 1992-ci il 48 N-li, 6 fevral 1992-ci il 128 N-li, 1992-ci il 10 mart 290 N-li, 22 sentyabr 1992-ci il 949 N-li, 16 yanvar 1993-cü il 39 N-li, 24 fevral 1993-cü il 148 N-li, 28 iyun 1993-cü il 503 N-li, 29 noyabr 1994-cü il 815 N-li, 10 mart 1995-ci il 129 N-li qərarları, Gürcüstan Respublikası Dövlət Şurasının 21 oktyabr 1992-ci il dekreti, Gürcüstan Dövlət Başcısının 30 dekabr 1994-cü il 249 N-li sərəncamı, Gürcüstan prezidentinin 22 fevral 1995-ci il 54 N-li fərmanı, Gürcüstan prezidentinin 16 fevral 1995-ci il 156 N-li fərmanına əsasən respublikada mövcud 67 rayondan 51-də, milli azlıqların yaşadığı rayonlar istisna olmaqla torpaq islahatı həyata kecirib. Marneuli, Bolnisi, Dmanisi, Qardabanidəki torpaq sahələri həyətyanı sahə kimi gürcü milliyyətindən olan şəxslərə paylanıb. Həticədə təkcə Marneulidə 17 min nəfər gürcü torpaq mülkiyyətcisi olub. Bölgədə baş verənləri Azərbaycanlılar anlamasın deyə o vaxt E.Şevardnadzenin hakimiyyət ortağı olan mərhum Caba İoselianinin yarım hərbi, yarım kriminal dəstəsi "Mxedrioni" ("Süvari) Borcalı əhalisini kriminogen qorxu altında saxlayıb. Gürcülər Borcalıda demoqrafik balans yaratdıqdan sonra, 22 mart 1996-cı il "Kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət haqqında", 22 iyul 1996-cı il "Kənd təsərrüfatı təyinatlı torpağın icarəyə verilməsi haqqında" Gürcüstan qanunlarını qəbul edib. Bu qanunlarda da sərhədyanı bəzi təsərrüfatlar dövlət mülkiyyəti kimi Müdafiə Hazirliyinə, Gürcüstan patriarxlığına, digər nazirlik və baş idarələrə verilib. Torpaqlar icracı kimi yalnız gürcü milliyyətindən olan şəxslərə, bir qədər də yerli avtoritetlərə paylanıb. Azərbaycanlılar isə həmin icracıdan icra götürməyə məhkum olunub. Onların həyətyanı torpaq sahələsinə malik olmasında da fərqlər özünü göstərib. Belə ki, Gürcüstanın digər regionlarında əhaliyə 25-40 sot torpaq verilmişsə, bu Azərbaycanlar ücün 15 sot həddində müəyyən olunub. M.Saakaşvili 2003-cü il hakimiyyətə gələndə bu problemləri həll edəcəyini söz vermişdi. Həticədə Marneuli rayonunda Aşağı Qullar kəndində insan ölümü ilə nəticələnən etiraz mitinqlərindən sonra gürcü hakimiyyəti mövcud narazılığı səngitmək ücün Kvemo-Kartlidə 2006-cı ildə 8.000 Azərbaycanlıya hər birinə 0,5 hektar torpaq verməklə narazılıq dalğasını nisbətən sakitləşdirməyə müvafiq oldu. Bu prosesin davam edəcəyi gözlənilir. Bu gün Borcalıdakı problemləri Gürcüstan konteksindən cıxarıb təhlil etmək düzgün olmazdı. Lakin burada onların vəziyyətini gürcülərdən daha ağırlaşdıran halları da göz ardı etmək mümkün deyil. M.Saakaşvili 2003-cü il hakimiyyətə gəlməsinə baxmayaraq Kvemo-Kartlidə 2006-cı ilə qədər E.Şevardnadze siyasəti aparıldı. Problemlərə qayıdaraq qeyd etmək lazımdır ki, əhali dövlət dili, gürcü dilini bilməməsi əsas problemdir. "Dövlət dili haqqında" Gürcüstan qanunda bu dili bilməyən hər hansı dövlət, icra və yerliözünüidarəetmə strukturunda işləməyi məhdudlaşdırır. Ona görə də Gürcüstan prezidenti dəftərxanasından tutmuş, hakimiyyətin digər qollarında Azərbaycanlıların sayı cox məhduddur. Ədalət naminə qeyd etmək gərəkdi ki, hakimiyyət bu yöndə əkinlikləri kökündən həll etməsə də müəyyən balans yaratmaq məqsədi ilə Kutaisidə Z.Çvaniya adına məmur hazırlayan iki illik (bəzən altı ay) ali məktəb təşkil etmişdir. Orada hakimiyyət strukturlarında işləmək ücün azərbaycanlı kadrlar hazırlanır.  Soydaşlarımızın yerliözünüidarəetmə orqanı olan bələdiyyələrə seckidə, Gürcüstan parlamentinə seckilərdə hüquqları məhdudlaşdırılır. Onlar MSK-nın yerli komissiyalarında təmsil olunmur. Kvemo-Kartli quberniyasından Gürcüstan parlamentində üc nəfərin təmsil olunması buna misal ola bilər. Yerli özünüidarəetmə strukturlarında say etibarı ilə azərbaycanlılar cox olsa da üstünlük gürcülərə verilir. Quberniya, rayon, icra, polis, məhkəmə sistemində soydaşlarımızın sayı cox cüzidir. Gürcüstanda Azərbaycanlıların ictimai birliklərin, qeyri-hökumət təşkilatların siyasi aktivliyi zəifdir və etirazlar bir qayda olaraq pərakəndə, iqtisadi, kriminal olaylara etirazla məhdudlaşır. Kvemo-Kartlidə yaşayan soydaşlarımız Gürcüstanda gedən ictimai-siyasi həyatdan məlumatsızdırlar. Burada həqiqətən də bir informasiya vakkumu hökm sürür. Azərbaycan dilində nəşr olunan "Gürcüstan" qəzeti maliyyə cətinliyi, həmcinin müasir tələblərə cavab vermədiyindən, bu boşluğu doldurmağa qadir deyil. İctimai televiziyada "Mtavari" (Başlıca) xəbərlər proqramı Azərbaycan dilində yayımlansa da əhalinin təlabatına cavab vermir. Gürcüstanda 167 Azərbaycan məktəbi, (1997-1998-ci il) var. Lakin ən ağır vəziyyət məhz təhsil sahəsindədir. Ana dilində təhsil alıb Azərbaycanda ali təhsilə yiyələnən hər bir kəsin geri qayıdıb burada fəaliyyət göstərməsi mümkünsüz hala gəlib. Məktəblərdə gürcü dilinin tədris saatları artırılsa da, bu xüsusda xüsusi proqramın olması da vəziyyəti düzəltmir. Gürcü dilinin mənimsənilməsi yenə də ləng, bərbad vəziyyətdədir. 2005-ci il "Ymumtəhsil haqqında" Gürcüstan qanunu qəbul edilsə də burada ana dilli təhsillə bağlı xeyli ziddiyyətli məqamlar var. 2010-cu ildən təhsilin tədricən gürcü dilinə kecməsi gözlənilir. Azərbaycan Respublikası Təhsil Hazirliyinin Gürcüstandakı Azərbaycan məktəblərini dərsliklə təmin etməsinə baxmayaraq gürcü tərəfin dərslikdəki bəzi məqamlarla bağlı iradları var, eyni zamanda Azərbaycan məktəbləri ücün tərcümə edilərək paylanan gürcü dərsliklərində, xüsusən coğrafiya və tarix dərsliklərində qeyri-elmi müddəalar var ki, bunlar əhali arasında narazılıqla qarşılanır. №.Əliyev Fondunun Gürcüstandakı məktəblərə kompüter, dərs ləvazimatı və digər köməklikləri müsbət amil kimi dəyərləndirilir. Milli azlıqların hüquqlarının qorunması sahəsində Gürcüstanda öz həllini tapmamış xeyli məqamlar var. Ən əvvəl "Milli azlıqların hüquqları haqqında" Gürcüstan qanun layihəsi 1995-ci ildən parlament sənədləri arasında yatıb qalıb. Gürcüstan Avropa Şurası sıralarına qəbul edilərkən milli azlıqların hüquqlarının qorunması haqqında Avropa Sosial Xartiyasına və Ramoc konvensiyasına qoşulub, milli azlıqların regional dili Avropa xartiyasının sənədlərini, ərazi inzibati vahidlər və yerli dövlət orqanları ilə əməkdaşlıq haqqında Avropa Ramoc transərhəd konvensiyası sənədlərini imzalasa da onu parlamentdə radifikasiya etməyib. Bununsa səbəbləri var. Gürcüstan özlüyündə coxmillətli bir ölkədir. Burada menqrel və svan etnosu milli azlıq kimi qəbul edilmir (baxmayaraq ki, onlar öz dillərində danışmaqda, onu gürcücə tərcümə etmədən anlamaq mümkün deyil). Əgər həmin konvensiyaların şərtlərindən cıxış edilərsə gürcülər menqrel və svanları milli azlıq kimi qəbul etmək zorunda qalacaq. Bu isə gürcülərin say etibarı ilə digər millətlərlə eyniliyinə gətirib cıxaracaq. Gürcü millətciləri, kimsə bundan qorxur. "İncilin", Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin menqrel və svan dilinə tərcüməsi Gürcüstanda hansı rezonans doğurduğu hamının yadındadır. №əmcinin Avropa Şurasına qəbul olunarkən Gürcüstan 1944-cü ildə Samsxe-Cavaxetldən deportasiya olunan Mesxet türklərini (axıcka türkləri) ərazisinə qəbul edəcəyi haqqında öhdəliyinə riayət etmir. Bu barədə qanun layihəsi parlamentdə öz müzakirəsini gözləyir. Gürcülər mesxet türklərini müsəlman gürcülər kimi ərazisinə kompakt halda yox, bütün Gürcüstan ərazisinə paylaşdırıb onları assimlasiya etmək istəyir və acarlar, Azərbaycanlılar və mesxet türkləri daxil müsəlman faktorunun gələcəkdə birləşib siyasi iddia ilə cıxış etməsindən əndişələnir. Bir mühüm məqamı da qeyd etmək lazımdır. Gürcüstanın Azərbaycanlılara, eləcə də digər milli azlıqlara mənfi münasibətinin kökündə gürcülər arasında demqrafik durumun ağırlığıdır. Son vaxtlar ağır iqtisadi-sosial vəziyyətlə əlaqədar gürcülər arasında nikah bağlamaq istəməyən yaşı kecmiş gənclərin sayı coxalıb. Digər milli azlıqlarda isə demoqrafik vəziyyət stabil inkişaf üzrə gedir. Azərbaycanlıların gürcü dilini bilmədiyi ücün Gürcüstan cəmiyyətinə inteqrasiya edə, ictimai-siyasi həyatda iştirak edə bilməməsi haqqında yuxarıda ötəri də olsa söz acdıq. 2005-ci ildə bu problemin həlli məqsədi ilə Xalq Müdafiəcisinin yanında Milli azlıqlar Şurası yaradılıb. Bura 83 təşkilat daxildir. Şura ayda iki dəfə yığışıb məsələləri müzakirə edir. Burada 4 işci qrupu fəaliyyət göstərir. Bu vaxta qədər Şura "Milli azlıqların Gürcüstan Cəmiyətinə inteqrasiyası" qanun layihəsini və 2006-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulan "Milli strategiya vətəndaş inteqrasiyası və fəaliyyət planı" hazırlasa da bu sənədlərdə inteqrasiyadan cox assimlasiya calarları üstünlük təşkil edir. Ystəlik fəaliyyət planı 2006-cı ildə nəzərdə tutulsa da onun 2007-ci ilin aprelindən işə düşəcəyi gözlənilir. №əmcinin Marneulidə Azərbaycan dilində regional televiziyanın, radionun, iki qəzetin, Mədəniyyət Mərkəzinin acılması gözlənilir.  Son olaraq, ağır sosial duruma baxmayaraq Gürcüstan köhnə sistemi sönüb yenisini qurmağa başlayıb. Ölkədə korrupsiyaya, məmur özbaşınalığına son qoyulub. Bir sıra Avropa qanunlarına və demokratik institutların təsisatına baxmayaraq hələlik bunlar imitasiya xarakteri daşıyır və proses ləng gedir. Problemsə bütövlükdə gürcülərin özündən gəlir. İctimai şüurun bunlara hazır olmaması dar millətcilik, ərazisindəki digər xalqlara yuxarıdan aşağı baxmaq, onların demokratik haqqlarını tanımamaq - əsas mərəz budur. Gürcü ictimai fikri özünə bənzəməyən vətəndaşını özü səviyyədə görməyə hələlik hazır deyil. Obrazlı dillə desək, gürcülər Avropa paltarını öz zövqləri ilə kəsib bicərək əyinlərinə pərcimləmək, üzdə avropalı kimi, daxildəsə əvvəlki tək millətci və şovinist olaraq qalmaq istəyirlər. Bunlarsa gələcəkdə növbəti fəsadlara yol acacağı istisna deyil. Əgər gürcülər bunu özünəməxsusluqlarını və mədəniyyətlərini qoruyub saxlamaq naminə etsəydilər, onları başa düşmək olardı. Lakin onlar bunu öz vətəndaşları olan mili azlıqların haqqlarını tanımamaqla, bilərəkdən ondan yan kecməklə gercəkləşdirmək istəyir və ərazilərində 300 mindən cox azərbaycanlı görmək istəmir, bunu onlar arasında nə vaxtsa separatcılıq yaranacağından qorxmaları ilə əsaslandırırlar. Buna isə təəssüf etməkdən başqa yol qalmır.     

Baxış sayı: 127
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Cənubi Azərbaycanın taleyin nece görürsünüz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 4698
Dünənki hit: 191
Bugünki hit: 104
Ümumi hit: 36023

AddThis Feed Button
Add to Technorati Favorites