Reklam verin!

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)

miqrasiyaBu Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na uyğun olaraq hazırlanmışdır və ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirir.Dövlət Proqramının əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsindən ibarətdir.


   Azərbaycan Respublikasında miqrasiya proseslərinin xüsusiyyətləriMiqrasiya sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin müəyyən edilməsi üçün ilk növbədə ölkədə miqrasiya proseslərinin mövcud vəziyyəti nəzərə alınmalıdır.Miqrasiya proseslərinin təhlili aşağıdakı miqrasiya axınlarını müəyyən etməyə imkan verir: - daxili miqrasiya;- xarici miqrasiya.Azərbaycan Respublikasında daxili miqrasiya axınlarının məcburi miqrasiya və sosial-iqtisadi miqrasiya kimi formaları mövcuddur. Azərbaycan keçmiş SSRİ respublikaları arasında qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk ölkə olmuşdur. 1987-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrdən sonra Ermənistan SSR-in ərazisində azərbaycanlılara qarşı aparılan kütləvi etnik təmizləmə siyasəti və torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma ev-eşiyindən didərgin salınaraq respublikamızın müxtəlif bölgələrində sığınacaq tapmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan qovulmuş, habelə Ermənistan Respublikası ilə həmsərhəd rayonların həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş məcburi köçkünlər ölkədaxili məcburi miqrasiyanın başlıca subyektləridir. Sosial-iqtisadi miqrasiyanın subyektini isə iqtisadi islahatların həyata keçirilməsi, özəlləşdirmə prosesi, vaxtilə bəzi yaşayış məntəqələrinin enerji ehtiyatları ilə təmin olunmasında yaranan problemlərlə bağlı və mövcud olmuş digər sosial-iqtisadi səbəblərdən rayonlardan iri şəhərlərə, xüsusilə Bakıya və Abşeron yarımadasına köçən əhali təşkil edir. Qeyd olunmalıdır ki, son illər regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində görülən tədbirlər daxili miqrantların öz yaşayış yerlərinə qayıtması üçün şərait yaratmışdır.Daxili miqrasiya axınlarının tənzimlənməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda təsbit edildiyindən, hazırkı Dövlət Proqramında əsas diqqət xarici miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı tədbirlərə yönəlmişdir.Xarici miqrasiya immiqrasiya və emiqrasiya formalarında mövcuddur. Xarici miqrasiyanın subyektlərinə qaçqınlar, qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər, əməkçi miqrantlar, tranzit miqrantlar, qeyri-qanuni miqrantlar daxildir.Qeyd edildiyi kimi 80-ci illərin sonunda - 90-cı illərin əvvəlində qaçqınların axını Ermənistanın dövlət səviyyəsində keçən əsrin əvvəlindən apardığı deportasiya siyasəti nəticəsində həmin ərazidə yaşamış 250 mindən artıq azərbaycanlının öz yurdlarından qovulması ilə başlamışdır.Sovet İttifaqı dağıldıqdan sonra yaranmış siyasi, sosial-iqtisadi tənəzzül, milli münaqişələrin genişlənməsi bir sıra keçmiş sovet respublikalarında olduğu kimi, Gürcüstanda da ciddi siyasi, sosial, etnik problemlər yaratmış, milli azlıqların sosial-siyasi həyat şəraitinə mənfi təsir göstərmiş və orada yaşayan minlərlə azərbaycanlının Azərbaycan Respublikasına köçməsinə səbəb olmuşdur.Bununla yanaşı, əvvəllər Gürcüstandan deportasiya olunaraq Orta Asiya respublikalarında yerləşdirilmiş, 1989-cu ildə isə orada baş vermiş milli münaqişə zəminində didərgin düşmüş məshəti türkləri də Azərbaycan Respublikasında qaçqın kimi məskunlaşmışlar.Azərbaycanda həmçinin müxtəlif xarici dövlətlərdən, xüsusilə də Əfqanıstandan, İran İslam Respublikasından, Rusiya Federasiyasından (əsasən Çeçenistan Respublikasından) qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər də vardır.Azərbaycan Respublikasında xarici miqrasiyada əmək miqrasiyasının xüsusi çəkisi daha çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında iştirak edən əcnəbilərin sayı artmaqdadır. Azərbaycan Respublikasının əlverişli geosiyasi mövqeyi, ölkədə aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə imzalanmış müqavilələr, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi, tarixi "İpək Yolu"nun bərpası və digər beynəlxalq kommunikasiya layihələrinin həyata keçirilməsi əmək miqrasiyası axınlarının artmasına səbəb olmuşdur.Miqrasiya proseslərinin dövlət tənzimlənməsi üçün miqrantların dəqiq qeydiyyatının və statistikasının aparılması zəruridir. Ölkə ərazisindəki əcnəbilər barədə rəsmi statistika orqanlarında olan məlumatlar isə bir çox hallarda real vəziyyəti tam əks etdirmir.Eyni zamanda Azərbaycan Respublikasının ərazisində müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadan ölkəyə gələn, burada qalan və ya işləyən əcnəbilər - qeyri-qanuni miqrantlar da vardır. Azərbaycan Respublikasının bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması, ölkəmizin ərazisindən tranzit qaydasında keçən və ya Azərbaycan Respublikasına qısa müddətə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə kifayət qədər nəzarət edilməməsi və aidiyyəti dövlət orqanları tərəfindən qanunların tətbiqində nöqsanlara yol verilməsi nəticəsində qanunsuz olaraq ölkəmizin ərazisindən üçüncü dövlətlərə getmək məqsədi ilə istifadə etməyə cəhd edən və ya Azərbaycan Respublikasında qanuni əsaslar olmadan daimi yaşayan əcnəbilərin sayı artmaqdadır.Müstəqilliyinin ilk illərində ölkəmizdən emiqrant axını müəyyən dərəcədə siyasi, milli və etnik xarakter daşıyırdısa, sonrakı illərdə emiqrasiyanın başlıca səbəbini iqtisadi motivlər təşkil etmişdir. Əgər 90-cı illərin əvvəlində əmək miqrasiyası Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə axını ilə xarakterizə olunurdusa, hazırkı dövrdə ölkədəki siyasi sabitlik və sosial iqtisadi inkişaf xaricə miqrasiya axınını kəskin surətdə azaltmış, əksinə həmin şəxslərin ölkəyə qayıtması üçün şərait yaratmışdır. II.Miqrasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləriDövlət miqrasiya siyasətinin əsas məqsədi Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya axınlarının tənzimlənməsi, nəzarətsiz miqrasiya proseslərinin neqativ nəticələrinin qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmək üçün şəraitin yaradılmasıdır.Miqrasiya siyasətinin əsas vəzifələri aşağıdakılardır:-miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması;- miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiyyətin və insanların mənafelərinə riayət edilməsi;- qeyri-qanuni miqrasiyanın qarşısının alınması;- miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması;- miqrantların hüquqlarının müdafiəsi.Dövlət miqrasiya siyasəti qanunlara riayət edilməsi və miqrantlar arasında irsi, dini, cinsi mənsubiyyətinə, vətəndaşlığına, yaşına, hər hansı sosial qrupa aidiyyətinə və ya siyasi baxışlarına görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipləri əsasında həyata keçirilməlidir.Dövlət miqrasiya siyasətinin həyata keçirilməsi aidiyyəti dövlət orqanlarının bu Dövlət Proqramı çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyətini nəzərdə tutur:-miqrasiya proseslərinin proqnozlaşdırılması, siyasi və iqtisadi vəziyyətdə dəyişikliklər nəzərə alınaraq səmərəli dövlət miqrasiya siyasətinin formalaşdırılması, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi;-miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, qanunlarda olan boşluqların və ziddiyyətlərin aradan qaldırılması, miqrantların və dövlətin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən hüquqi bazanın yaradılması;-miqrasiya sahəsinin dövlət tərəfindən tənzimlənməsinin səmərəliliyinin artırılması, funksiyaların təkrarlanmasının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətinin əlaqələndirilməsi;-immiqrantların qəbulu zamanı daxili əmək bazarının tələbatı nəzərə alınaraq kvotaların tətbiqi;-miqrasiya sahəsinin tənzimlənməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının məsuliyyətinin artırılması, qanunlara əməl edilməsi, qanun pozuntularına yol vermiş şəxslərin cəzalandırılması və neqativ halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;-qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsi;-miqrasiya problemlərinin həlli məqsədi ilə xarici ölkələrin miqrasiya xidmətləri və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi;-Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətə inteqrasiyası və yerli şəraitə uyğunlaşdırılması sisteminin yaradılması.Qeyri-qanuni miqrasiyanın qarşısının alınması Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsinin və Azərbaycan vətəndaşlarının maraqlarının müdafiəsinin vacib şərtlərindən biridir.Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Buna görə də miqrasiya prosesləri üzrə idarəetməni təşkil edərkən Azərbaycan Respublikası tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin, insan hüquq və azadlıqlarının müdafiəsinin və dövlətin milli maraqlarının qorunmasının, o cümlədən onun milli təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi nəzərə alınmalıdır.Qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün bu problemin həllinə hərtərəfli yanaşma və aidiyyəti dövlət orqanlarının aşağıdakı istiqamətlər üzrə birgə fəaliyyəti zəruridir:-səmərəli fəaliyyət göstərən vahid miqrasiya nəzarəti sisteminin yaradılması prosesinin sürətləndirilməsi;-miqrantların qanuni mənafelərinin müdafiəsi ilə yanaşı, Azərbaycan Respublikasının qanunvericiliyini pozmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində tədbirlər görülməsi, o cümlədən onların deportasiyasını nəzərdə tutan qanunvericiliyin təkmilləşdirilməsi;-həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi və qeyri-qanuni miqrasiya ilə mübarizədə öhdəlikləri və məsuliyyəti nəzərdə tutan müvafiq sazişlərin bağlanması;-əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı, olma yerləri, məşğulluğu barədə və digər zəruri məlumatları özündə əks etdirən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid uçotu sisteminin (miqrasiya informasiya mərkəzinin) formalaşdırılması. III. Beynəlxalq əməkdaşlıqMiqrasiya proseslərinin tənzimlənməsi beynəlxalq təcrübənin öyrənilməsini və ondan istifadə olunmasını, ölkə daxilində miqrasiya qaydalarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini, iki və çoxtərəfli əsaslarda beynəlxalq müqavilələrin bağlanmasını, digər ölkələrlə qarşılıqlı şəkildə miqrasiya siyasətinin uzlaşdırılmasını şərtləndirir.Bununla əlaqədar Dövlət Proqramı çərçivəsində miqrasiya sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikası tərəfindən qoşulmanın məqsədəuyğunluğu məsələsinin öyrənilməsi, bu sahədə xarici ölkələrlə müqavilə bağlanması prosesinin aktivləşdirilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizədə xarici ölkələrin müvafiq strukturları ilə əməkdaşlığın həyata keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi üçün müvafiq təlim kurslarının təşkil edilməsi və beynəlxalq təşkilatlarla, xüsusilə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.  Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir

  

Baxış sayı: 267
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 22
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 318
Ümumi hit: 51230

AddThis Feed Button
Add to Technorati Favorites