Reklam verin!
Yuma Ailə Jurnalı

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı: reallıq və perspektiv

se

ABŞ-ın Yaxın və Orta Şərqdə başladığı antiterror əməliyyatlarının İrandan yan keçməyəcəyini bilən Tehran bundan mümkün qədər kənarda qalmaq üçün ölkədə geniş vüsət alan Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatını boğmağa çalışır. Amma molla rejimi din pərdəsi altında fars şovinizmi siyasətini əvvəlki üsullarla həyata keçirə bilmir. Öz çirkin məqsədinə çatmaq üçün artıq bu rejim milli azadlıq hərəkatının iştirakçıları və təşkilatçıları arasında fikir ayrılığının yaranmasına nail olub. Lakin cərəyan edən proseslər İranda rejimin dəyişəcəyini və Cənubi Azərbaycanın müstəqillik qazanacağını göstərir.



İran hakimiyyəti son 200 il ərzində zahirən müəyyən dəyişikliklərə məruz qalmasına baxmayaraq, batində şovinizm və hegemonluq ruhunu saxlayaraq cənublu soydaşlarımızın iqtisadi, mədəni, sosial və siyasi haqlarını tapdalayır. Varlığı, milli kimliyi, mədəniyyəti, dili inkar edilən güney türkləri 200 illik əsarət dövründə bir neçə dəfə inqilab edərək, rejimi dəyişmək cəhdində bulunublar. Lakin fars rejiminin sərt və amansız siyasəti milli azadlıq hərəkatının xüsusi qəddarlıqla boğularaq, minlərlə soydaşımızın məhvinə səbəb olan kütləvi təzyiqlərə məruz qalması ilə nəticələnib. Bu siyasətlə Tehran rejimi qarşısına qoyduğu məqsədə çatmaq əvəzinə, milli azadlıq hərəkatının daha geniş vüsət alması ilə üz-üzə qalmalı olub. Son illərdə İranda rejim əleyhinə təşkil edilən etiraz aksiyalarının uzunmüddətli olması və iştirakçılarının sayının xeyli artması Tehranın yeritdiyi siyasətdə ciddi yanlışlıqların mövcudluğu faktını ortaya qoyur. Hazırda İrandakı milli azadlıq hərəkatında 3 əsas fikir və yanaşma meylləri özünü göstərir. Birincisi, Cənubi Azərbaycanın müstəqilliyini tələb edən qruplardır ki, onlar Bütöv Azərbaycan ideyasının reallaşmasının tərəfdarlarıdır. DAK, BAB və digər təşkilatlar tərəfindən dəstəklənən bu qrup İran tabeçiliyində qalmaqla Cənubi Azərbaycana muxtariyyət və ya federativ qurum hüququ verilməsi tələbi ilə çıxış edir. Əsasən GAMOH lideri Mahmudəli Çöhrəqanlı və onun tərəfdarları tərəfindən dəstəklənən qrup Şimalla Cənubun birləşməyə tam hazır olmadıqlarını bildirməklə, İranın parçalanmasının əleyhinə çıxır. Üçüncü qrup isə Cənubi Azərbaycanın İrandan ayrılmasını tarixi səhv sayaraq, bir sıra islahatlar keçirilməsilə cənubi azərbaycanlıların durumunun yaxşılaşdırılması mövqeyini müdafiə edir. Öz fikirlərini iqtisadi amillərlə bağlayan bu qrup İrandan ayrılacağı təqdirdə Cənubi Azərbaycanın iqtisadi və siyasi böhranla üzləşəcəyini bildirir. Bu qrup içərisindəki dini mövqedən çıxış edən şəxslər islam dininə zidd olan addımların atılmasının günah saymaqla, bunun yaxşı nəticələr verməyəcəyi barədə fikirlər səsləndirirlər. Göstərilən bu qruplar arasında fikir ayrılığı və fərqli baxışlar artıq açıq-aşkar müstəvidə çıxmaqla bir sıra beynəlxalq dövlətlər tərəfindən dəstəklənir. Bütöv Azərbaycan ideyasının Cənubdan fərqli olaraq, Şimalda daha çox dəstəklənməsi təkzibedilməz faktdır. Regionda maraqlı qüvvə kimi çıxış edən ABŞ, Türkiyə və Rusiyada bu ideyaya münasibətdə fərqli mövqe mövcuddur. Şübhəsiz ki, İran kimi geostrateji əraziyə nəzarət ABŞ-a hava və su qədər vacib olmaqla yanaşı, iqtisadi tələbatının ödənilməsində İranın neft və qaz istehsal edən torpaqlarının əhəmiyyəti böyükdür. Lakin ABŞ-ın əsas məqsədi İranda milli azadlıq hərəkatına dəstək verməklə Bütöv Azərbaycan yaratmaq deyil. Bu, ABŞ-a milli dövlətçilik baxımından sərfələ deyil. Amerikanın qarşısını alan məqamlardan biri də Bütöv Azərbaycan dövlətinin yaranacağı təqdirdə türk dövlətləri birliyi ideyasının gerçəkləşməsi prosesinin sürətlənəcəyi qorxusudur. Bu səbəbdən də Bütöv Azərbaycan ideyasını ABŞ-ın rəsmi dairələrində dəstəkləməyən qüvvələrə Cənubi Azərbaycan milli azadlıq hərəkatında mövcud olan ikinci qrupla əməkdaşlıq etmək daha sərfəlidir. ABŞ-a səfərdə olmuş  GAMOH lideri Mahmudəli Çöhrəqanlı ilə danışıqlar aparan Amerika rəsmilərinin fikirləri üst-üstə düşüb. Bir sıra mənbələrin verdiyi məlumata əsasən, Çöhrəqanlı ilə ABŞ rəsmiləri Bütöv Azərbaycan ideyasının gerçəkləşməsinin əleyhinə çıxış ediblər və əsas müzakirələr molla rejiminin devrilməsi ilə İran tabeçiliyində Cənubi Azərbaycana muxtariyyət verilməsi məsələsi ətrafında aparılıb. Bu barədə ABŞ-ın Xəzər Tədqiqatları proqramının rəhbəri və Harvard Universitetinin professoru Brenda Şaffer açıqlamalarında ətraflı məlumat verib. "Çöhrəqanlı İran Azərbaycanının Azərbaycan Respublikası ilə birləşdirilməsini istəmir" - deyə bildirən Şaffer onun bu addımının fikirləri və çıxışları ilə üst-üstə düşmədiyini qeyd edir. DAK və BAB kimi qurumlar da Çöhrəqanlının ABŞ-da apardığı danışıqları Bütöv Azərbaycan əleyhinə olduğu iddia edirlər. ABŞ-da fars diaporunun geniş imkanlara və əlaqələrə malik olduğunu açıqlayan M.Çöhrəqanlı bu səbəbdən də "Amerika hələlik regiona təzyiq etmək iqtidarında deyil" fikrini yaymaqla, Bütöv Azərbaycan ideyasının reallaşmasının tez olduğunu bildirməklə məhz Vaşinqtonun mövqeyindən çıxış edib. Lakin Çöhrəqanlının bir fikrilə razılaşmamaq olmur. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı artıq öz sözünü deyə bilmək iqtidarına yiyələnib və molla rejimi bununla sonda hesablaşacaq. Qardaş Türkiyədə bəzi qüvvələr Bütöv Azərbaycan ideyasına qısqanclıqla yanaşırlar. Bir sıra ictimai-siyasi xadimlər hər iki Azərbaycanın birləşməsinə soyuq münasibət bəsləyirlər. Bu şəxslər Bütöv Azərbaycan ideyası ilə "Böyük Kürdüstan" ideyası arasında oxşarlıqlar axtararaq Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatına müsbət yanaşmırlar. Həmin qüvvələr Bütöv Azərbaycan ideyasının gerçəkləşməsindən sonra gündəmə gələcək olan Türk Dövlətləri Birliyi ideyası istiqamətində başlanacaq olan proseslərlə Türkiyənin Avropadan ayrılacağını iddia edirlər. Onlar Ermənistanla sərhədlərin açılması fikrini dəstəkləyərək iqtisadi maraqların və Qərbə inteqrasiyasının Türkiyə üçün daha önəmli olduğunu bildirirlər. Lakin bu fikir Türkiyədə özünə o qədər də çox sayda tərəfdar tapmayıb. Türkiyə politoloqları hesab edirlər ki, Bütöv Azərbaycan ideyası Azərbaycanla yanaşı, Türkiyənin geosiyası mövqeyini də gücləndirəcək. "Bir millət, iki dövlət" şüarının müntəzəm səsləndiyi bu dairələrdə Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının dəstəklənməsi onların taleyinə biganə yanaşılmadığını göstərir. Rusiyada hazırda Bütöv Azərbaycan ideyasına münasibətdə İranın tam dəstəkləndiyini görə bilərik. Sovetlər Birliyi dönəmində Cənubla Şimalı birləşdirmək fikrini reallaşdırmağa çalışan Rusiya müasir geosiyasi proseslər prizmasından bu ideyanın gerçəkləşməsinin milli dövlətçiliyə təhlükə yaradacağını gözəl başa düşür. Bu məsələdə İranın mövqeyindən çıxış edən Rusiya Cənubi Azərbaycanda milli azadlıq hərəkatının mövcudluğunu danmaqla, burada heç kimin hüquqlarının pozulmadığını iddia edir. Rusiyanın mövqeyini başa düşmək olar. "ABŞ-ın regionda xeyli güclənməsi bu dövlət üçün real təhlükədir və Azərbaycanın Amerikanı dəstəkləyən ölkələr siyahısında olması Moskvanın diqqətindən yayınmır. Rusiya o zaman Cənubi Azərbaycanda milli azadlıq hərəkatını dəstəkləyəcək ki, bu ölkənin milli maraqları regionda təmin olunsun" - açıqlamasını verən rus politoloqları hələlik İranın dəstəklənməsini vacib hesab edirlər.  

Baxış sayı: 175
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 9
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 288
Ümumi hit: 51200

AddThis Feed Button
Add to Technorati Favorites