Reklam verin!

Azərbaycan dövlətinə qarşı "etnik parçalama siyasəti"

BU MƏNFUR SİYASƏTİ KİMLƏR VƏ HANSI ÜSULLARLA HƏYATA KEÇİRMƏK İSTƏYİR?

xeriteAzərbaycanın Avrasiya regionunda mövqeyinin güclənməsi, iri neft-qaz kəmərlərinin çəkilişi, ölkədə prezident seçkilərinin yaxınlaşması və digər ictimai-siyasi proseslər beynəlxalq ictimaiyyət, o cümlədən düşmən qüvvələr tərəfindən diqqətlə izlənilir. Azərbaycan əleyhinə güclərini səfərbər etməyə çalışan belə qüvvələr öz çirkin məqsədlərinə çatmaqdan ötrü müxtəlif vasitə və üsullara əl atırlar. Ölkə daxilində və xarici ölkələrdə yaşayan azərbaycanlılar içərisində parçalanma siyasəti yeritməyə çalışan bədxahlarımız azsaylı etnik qrupları bu sahədə fəallaşdırmaq niyyətindədirlər.
Azərbaycan bəşəriyyətin beşiyi olan ölkələrdən biridir


Qərb və Şərq sivilizasiyasının qovuşuğunda yerləşən Azərbaycanda məskunlaşan etnik qruplar onilliklər, yüzilliklər boyu yerli xalqla çiyin-çiyinə dayanaraq, bəşər sivilizasiyasına əvəzsiz töhfələr veriblər. Son zamanlar əsasən Azərbaycanda və diasporda müəyyən saya malik olan etnik qruplarla iş aparmağa böyük diqqət ayıran düşmən qüvvələrin fəaliyyəti Rusiya, İran, ABŞ və Avropa ölkələrində xeyli güclənib. Bu barədə mərhum  prezident Heydər Əliyev də çıxışlarının birində öz narahatçılığını bildirib. "Son zamanlar Azərbaycanın parçalanmasına yönəlmiş meyllərin təzahürü böyük təhlükə yaradır. Belə meyllərin qarşısı qətiyyətlə alınmalıdır" - deyən Azərbaycan prezidenti bununla həm ölkə əhalisinə, həm dost, həm də düşmən qüvvələrə xəbərdarlıq edib. Hazırda iki istiqamətdə - etnik qruplar və diaspor daxilində ideoloji iş aparan bədxahlarımız əsasən kürd, talış və ləzgiləri öz tərəflərinə çəkməyə çalışırlar. İlk növbədə, kürdlərlə aparılan işlərə diqqət yetirək. Məlumdur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Qubadlı, Laçın və Kəlbəcər rayonlarında müəyyən sayda kürdlər yaşayıblar. Sonradan azərbaycanlılarla birgə erməni təcavüzünə məruz qalan kürd ailələrinin çox hissəsi digər rayon və şəhərlərdə məskunlaşıb, qalanları isə sosial-iqtisadi xarakterli mühacirət prosesinə qoşularaq, xarici ölkələrə köçüblər. Xaricə mühacirət edən kürdlərin bir hissəsi, təəssüf hissilə bildirək ki, düşmən ideologiyasının təsiri altına düşüb. Vəhabi, fars və erməni ideoloqları tərəfindən güclü təsirə məruz qalan kürdlərin bəziləri Azərbaycan əleyhinə aparılan çirkin işlərə cəlb olunublar. 1996-cı il dekabrın 16-da Almaniyanın Köln şəhərində təsis edilən "Beynəlxalq kürd təşkilatı" - adlı qurumda Şimali Azərbaycandan buraya köçən kürdlər də təmsil olunurlar. Politoloq Rövşən Novruzoğlunun fikirlərinə əsaslanaraq bildirmək olar ki, Azərbaycan diasporunun mühüm bir hissəsini təşkil edə biləcək qüvvəyə malik kürd ailələrinin bir çoxu düşmənlər tərəfindən Azərbaycanın dövlət müstəqilliyinə ziyan vurmaq üçün vasitəyə çevriliblər. Düşmənlər eyni zamanda kürdlər arasında olan müxtəlif təriqət faktorlarından da yararlanmağa çalışırlar. Rusiyanın paytaxtında geniş imkanlara malik olan vəhabi təşkilatlarından biri "Əl-İqas" təşkilatı 1999-cu ilin martında burada fəaliyyət göstərən "Kürdüstan uğrunda" təşkilatı ilə ikitərəfli saziş imzalayıb. Sazişin əsas bəndlərindən biri kürd təriqətlərinin birliyi məsələsidir. Rəfai, tadiri və yəzidi təriqətləri arasında razılığa gəlinməsi sazişdə vacib məsələ kimi qeyd olunub. Yəzidi təriqətinə məxsus olan "Kürdüstan uğrunda" qurumu Beynəlxalq Kürd Təşkilatı və digər ölkələrdəki kürd birliklərilə sıx təmasdadır. Müsəlman kürdləri öz tərəflərinə çəkməyə çalışan yəzidi kürdlər İranla da mehriban münasibətdədirlər. Xatırladaq ki, İran parlamentində bu ilin əvvəllərində Kürd Milli Fraksiyası yaradılıb. Tehran şəhərində nəşr olunan həftəlik xəbər bülleteni "Yol"un 17-ci sayında bu mövzuya geniş şəkildə toxunulub. Bülletenin xəbərlərinə görə, Milli Fraksiya İraq, İran, Suriya, Türkiyə və Azərbaycanda kürdlərlə əlaqəli hadisələri diqqət mərkəzində saxlayır. Türkiyə və Azərbaycan əraziləri hesabına kürd dövləti yaradılması ideologiyası kitab və internet saytları vasitəsilə kürdlər arasında təbliğ olunmaqdadır. Azərbaycana düşmən münasibətdə olan qüvvələrin fəaliyyəti talışlar arasında aparılan işlərdə də özünü göstərir. Əsasən Türkiyə, İran, Rusiya və Avropanın bəzi ölkələrində bu tendensiya daha açıq-aşkar görünür. İran ideoloqlarının təbliğatına görə, fars millətinin bir qolu olan talışlar "müstəqil dövlət yaratmaq hüququna malikdirlər". Xaricdə işləyən və təhsil alan talışlar arasında maliyyə vəsaitlərinin toplanması, talış dilində kitab və media orqanlarının sayının artması, talışlara aid internet saytlarının yaradılması aparılan ideoloji və praktik işin ciddiliyini göstərir. Bəzi talış təşkilatlarının strukturunun formalaşması barədə məlumatlara KİV orqanlarında da rast gəlmək olar. "Talış dövləti"nin yaradılmasının "zəruriliyi" barədə ideyaların onların arasında yaçıqlayan kürd, talış və ləzgilər özlərini Azərbaycan Respublikasının vətəndaşı və bir vətənin övladı hesab etdiklərini dönə-dönə dilə gətiriblər. Azərbaycanda etnik ayrı-seçkiliyə aparıb çıxaran siyasi xətt, ideologiya heç bir zaman reallaşmayacaq. Ölkəmizdə yaşayan bütün etnik qruplar azərbaycanlıdırlar və onların böyük əksəriyyətinin düşmən fitvasına uymayacaqlarını əminliklə söyləmək olar. Ölkənin dövlət və qeyri-dövlət sahələrində çalışan, elm xadimləri içərisində sayı az olmayan, Azərbaycan türklərilə qohumluq münasibəti olan kürd, talış və ləzgilərin çox hissəsi düşmən qüvvələrin çirkin siyasətini pisləyir və bu da təbiidir.

Baxış sayı: 138
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Cənubi Azərbaycanın taleyin nece görürsünüz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 8
Keçən ayın hiti: 4698
Dünənki hit: 191
Bugünki hit: 98
Ümumi hit: 36017

AddThis Feed Button
Add to Technorati Favorites