Reklam verin!

AZƏRBAYCAN DİASPORU VƏ İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI

infoMüasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Bu istiqamətdə bütün inkişaf etmiş və etməkdə olan dövlət və ölkələrdə sürətli işlər aparmaqdadır. Dünya ölkələri və dövlətləri ilə hər sahədə inteqrasiyaya meylli olan Azərbaycan Respublikasında da oxşar sahədə ciddi tədbirlər həyata kecirilməkdədir. Təkə onu qeyd etmək kifayətdir ki, 2002-ci ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İP arasında imzalanmış uzunmddətli proqram-layihəyə müvafiq olaraq hazırlanmış "Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli strategiyasının (2003-2012-ci illər) Azərbaycan Respublikası Prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı minillik dövr üçün hökumət proqramı statusu almışdır.
 
  

 


 "İnformatika" bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. İnformasiya və avtomatika sözlərindən yaranmış informatika (ingiliscə informatiks) terminini ilk dəfə fransızlar (1960-cı il) avtomatdaşdırılmış informasiya emalı sahəsini adalndırmaq ücün istifadə etmişlər. "İnformatika" termini bəzi hallarda "Kompüter elmi" (Kompüter science) termini ilə uyğunlaşdırılır. Hazırda "İnformatika" informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı) kompüter texniksı vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. İnformasiya (latınca informatio) öyrənilən və hadisələr haqqında olan bilikləri göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı asılılıq şəklində ifadə olunur. İnformatikada fakt, məlumat, xəbər cox vaxt "verilənlər" sözü ilə ifadə olunur.Məhz yuxarıda deyilənləri nəzərə alaraq qlobal əhəmiyyətli və dünyanın istənilən yerindən məlumat alınması və ötürülməsi prosesində informasiya-telekommunikasiya texnologiyalarının rolu və yeri danılmazdır. Son zamanlar isə Azərbaycan diasporuna məxsus sayt və elektron poct adreslərinin sayının durmadan artması sevindirici hal olmaqla yanaşı, Azərbaycan barədə real həqiqətlərin dünya ictimaiyyətinə catdırılmasına böyük təkan verir. İnanırıq ki, belə saytların sayı artdıqca və xaricdə yaşayan azərbaycanlıların informasiya-telekommunikasiya texnologiylarından istifadəyə geniş yer verdikcə bizə düşmən olan qüvvələrin neytrallaşdırılmasına və məğlub edilməsinə nail olmaq olar.Bunların icərisində informasiya-telekommunikasiya texnologiyaları da özünəməxsus yerə malikdir. Onlar özlərində geniş potensial gizlədir. Bu texnologiyaların icərisində internet xüsusi fərqlənir. O, geniş yayılmaqla bərabər, özü ilə telefon, radio və televiziyadan fərqli üstünlüklər gətirir. Səsli və birbaşa danışmaq imkanı yaratmaqla o, telefonu, videofayllar nümayişi ilə televiziyanı, daim yeniləşən publisistik mətnlərlə isə dövri mətbuatı özündə birləşdirir. Bir-biri ilə eyni zamanda yazışmaqla dialoq qurmaq imkanı, saytlar internetin digər vasitələrində olmayan üstün cəhətləridir. Saytlar həm də diaspor üzvlərinin az xərc cəkməklə, öz həmvətənləri ilə gündəlik birbaşa ünsiyyət yaratma vasitəsidir.İnternet dünyanın istənilən yerindən insanlara zəngin informasiya mənbələrinə cıxış yaradan yeganə vasitədir. Ondan müxtəlif qruplar, dövlətlər, o cümlədən diasporlar da öz məqsədləri ücün istifadə edirlər. Bütün bunlara görə qeyd etmək olar ki, informasiya-telekommunikasiya texnologiyaları diasporla əlaqələr ücün mühüm əhəmiyyətə malikdir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan diasporu ilə əlaqələrdə onun rolu bu günə qədər də tam aydınlığı ilə dərk olunmur. Azərbaycan diasporu da texniki nailiyyətdən istifadə edir. Diaspor icmalarının müxtəlif saytlar var. Bəri başdan qeyd edək ki, ümumiyyətlə, saytların məzmun və dizaynı tez-tez dəyişdirilə bilər. Bunun ən bariz nümunəsi, məzmunu gündəlik yeniləşən xəbər saytlarıdır. Odur ki, burada saytlar haqqında verilən məlumatların hansı tarixdə olduğunun qeyd edilməsi də vacibdir. DİASPOR SAYTLARINA ÖTƏRİ BAXIŞ VƏ MƏLUMATLARIN AXTARILMA ÜSULLARI, FORMALARI VƏ NƏTİCƏLƏRİ. İlk öncə onu qeyd edək ki, saytlar müxtəlif məqsədlidir. Bunlardan ilk öncə olaraq dövlət trəfindən yaradılan saytları göstərmək olar. Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin www.diaspora.az, www.diaspora.gov.az  saytları Azərbaycanda baş verən xəbərləri 3 dildə xaricdə yaşayan həmvətənlərimizə verməklə yanaşı diaspora xəbərlərin də ölkə əhalisi ücün catdırır. Onların arasında neytral informasiya verməyə calışan saytlardan tutmuş, siyasi məqsədlərə xidmət edərək, birtərəfli, informasiya verən saytlar da vardır; www.diaspora-az.com  saytı Belcikada həmvətənlərimizin saytıdır. O, Azərbaycan haqqında o qədər geniş məlumat verməsə də, vətənimizin aktual problemləri haqqında, milli mentalitet kimi məsələlərə həsr olunmuş publisistik məqalələrə malikdir, Azərbaycanda baş verən siyasi problemlərə münasibətdə isə neytraldır. www.virtualmonitor.org  saytı RF-də yaşayan bir qrup həmvətənimizə məxsus olub məhz təbliğat xarakterli saytdır. Burada başlıca məqsəd ölkədaxili siyasi hadisələrin analizidir və informasiyada siyasi məqsədlərə xidmət edir. Saytda Azərbaycan, Dağlıq Qarabağ konflikti haqqında məlumat da verilir. Daha bir sayt - www.camoh.org  saytı isə ancaq Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının saytıdır və yalnız onun haqqında informasiya verir. Bu sayt Azərbaycan haqqında müxtəlif sahələr üzrə ensiklopedik məlumatlar verir. Etnoqrafiya, tarix, mədəniyyət, mətbəx, Dağlıq Qarabağ konflikti haqqında məlumatlar versə də, yuxarıda adı cəkilən saytdan fərqli olaraq, ölkəmizdə baş verən hadisələrin siyasi analizi və onlara hər hansı aspektdən qiymət verilməsi yoxdur. Bu kimi məsələlərə münasibətdə sayt neytraldır.Saytların, demək olar ki, hamısında Azərbaycanda nəşr olunan elektron versiyalı qəzetlərin müvafiq versiyalarına istinadlar var. Saytların informasiya zənginliyi və məzmun istiqaməti də eyni deyil. Bu aspektdə onlar bir-birindən kəskin fərqlənir. Ümumrusiya azərbaycanlıları Konqresinin saytı belədir: www.rosazcongress.ru.  Bu sayt Vətən haqqında müəyyən məlumatlar verdiyi halda, www. australia-azerbaiyan.hyremart.net saytı Azərbaycan haqqında adından başqa hec bir məlumat vermir: www.gunay.org  saytı əsasən Güney Azərbaycan problemlərinə diqqət yetirir və informasiya daha cox bu bərədədir və ya başqa misal: www.azeri.ru  saytının mədəniyyət səhifəsində yalnız vətənimizin görkəmli şəxsiyyətlərindən məlumat verildiyi halda, www.az.ee  saytının eyni adlı səhifəsində əsasən Bakıdakı abidələrin fotoqalereyası və cəmi ikicə şəxs - M. Şəhriyar, V. Arzumanlı barədə məlumat var.Əksər saytlar bir necə dildədir. Yönəldiyi auditoriyadan və diaspor icmasının yerləşdiyi ölkədən asılı olaraq onların hansı dillərdə olması da dəyişilir. Estoniyada yaşayan azərbaycanlıların saytı www. azeri.ee  ingilis, rus, azərbaycan dilindən əlavə, həm də eston dilindədir. Azərbaycan dilində saytlara da rast gəlmək mümkündür; məs.: www.azeri.ru,  www.rosazcongress.ru   saytı yalnız rus və ingilis dillərindədir. Bu, xüsusilə də RF-də yaşayan icmalar ücün doğrudur. www.azerbaijan.ru    saytı isə yalnız ana dilimizdədir. Güney azərbaycanlı diaspor icmalarının yaratdıqları saytların bəzən farsdilli variantına da rast gəlmək olar. www.tribun.com saytı belələrindəndir. Haşiyə cıxaraq qeyd edək ki, bu saytda həmcinin audioformatlı fayllar da var. Başqa sözlə desək, saytda əks olunan bir cox informasiyanı səs kimi də qavramaq olar. Bu formaya, ümumiyyətlə, diaspor saytlarında o qədər də rast gəlinmir.Diasporun internet resursları arasında birbaşa xaricdəki soydaşlarımızın müxtəlif qruplarına yönələn saytlara da rast gəlmək olar. Bu cür saytlardan  http//www.azerbaijan.ru  birbaşa xaricdə, xüsusilə də Rusiyada təhsil alan tələbələrə yönəlib. Burada tələbələr haqqında məlumatlar da sistemləşdirilir. www.azerbaijanis-congress.com     saytının bir səhifəsi xüsusi olaraq uşaqlara həsr olunub və maarifləndirici, əyləndirici xarakter daşıyır. Saytların icərisində bəzən vətənpərvərlik hisslərindən qaynaqlanan öyrədici informasiyalara da rast gəlinir. Adı cəkilən saytda uşaqlara məhz latın və ərəb əlifbası, www.azeridilli.kurumui.com   saytında isə ana dilimizin qrammatikasını öyrənmək imkanı var. www.azerivoice.org   saytı da olduqca maraqlıdır. Burada diaspora xəbərləri ilə yanaşı forum və lobbicilik məqsədi ilə məktub kompaniyalarına geniş yer verilir. Saytı Amerika Birləşmiş Ştatlarında əvvəllər dərc olunan "Azerivoice" jurnalının internet versiyasıdır.Rusiyada daha bir diasporumuza məxsus saytlardan biri də www.azerros.ru saytıdır. Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti Federasiyasının eyni adlı qəzeti və onun firtal variantı diasporumuz barədə ətraflı məlumat əldə etməyə imkan yaradır. Saytda Azərbaycan tarixi, mədəniyyəti, musiqisi və digər məlumatlar əks olunmaqla Azərbaycan müğənnilərinin Auidio-Video kasset və disklərinin satışı da həyata kecirilir. Sayt yalnız rus dilindədir və geniş ictimaiyyət ücün nəzərdə tutulub.Amerika Birləşmiş Ştatlarında isə Amerika azərbaycanlılar Cəmiyyətinin httr://usa.azeris.org  saytı da diasporumuzun bu ölkədə informasiya işinin pis təşkil olunmadığını göstərir. Saytda eyni zamanda burada nəşr olunan "Azerbaijan International" jurnalı ilə də tanış olmaq olar. www.azer.com  saytında yerləşən jurnalı əsas link kimi ön səhifədə yerləşdirilib.Hollandiyada Azərbaycan diasporuna məxsus www.xazar.net  saytı, www.indvandrerradio.dk  Danimarkadakı Azərbaycan Mədəniyyət Ocağı və Danimarkadakı Azərbaycan saytı, Cexiyada www.diasrora.cz , Almaniyadakı www.asav.org  və digər saytları misal olaraq göstərə bilərik. Ana dilimizdə olan və ya Azərbaycan dili variantlı saytların böyük əksəriyyətində şrift problemi var.Azərbaycan Respublikasının özündə şrift problemi artıq standartların yaradılması yolu ilə həll olunmuşdur (Nazirlər Kabinetinin 141 saylı sərəncamı). Lakin diaspor icmalarına məxsus saytlarda müxtəlif şriftlərdən istifadə olunduğu ücün bəzən bir sıra hərflər oxunmur (xüsusən də, "ə" tərfi). Bəzi saytlarda isə "ə" tərfi yerinə "e" hərfi, üstü nöqtəli "a" hərfi və ya "s" əvəzinə "sh" hərf birləşməsi, "ı" hərfi yerinə isə "i", "g" hərfi əvəzinə isə "q" istifadə olunur. Əlavə olaraq bu saytlarda düzgün yazı qaydalarının və ədəbi dil normalarının pozulması halları da mövcuddur. Bütün bunların hamısına birgə www.guney.org  saytında rast gəlmək olar.Saytların azərbaycandilli variantlarında güneyli və qüzeyli tərəfindən yaradılmasından asılı olaraq bəzən söz fərqləri hiss edilir; məs.: Güney Azərbaycan mənşəli diaspor icmalarının yaratdıqları saytların fars mənşəli "şomare" (nömrə) sözünə, türk mənşəli "bilyard" (universitet) sözünə və s. rast gəlmək olar. İntermet resursları Azərbaycan diasporunun aktiv informasiya mübadiləsi ücün effektiv vasitədir. Onların nöqsanlarının aradan qaldırılması, məsələn, hec olmasa şriftlərinin standartlaşdırılması saytlarının oxunaqlığını artırar və diaspor üzvləri arasında informasiya mübadiləsini yaxşılaşdırar. Saytlar Azərbaycan diasporunun ən azından internetlə məşğul hissəsinin maraqlarının bir qismini müəyyən etməyə, məqsədyönlü təbliğat aparmağa imkan verir. Saytlar vasitəsilə virtual məkanda təbliğat sferası yaratmaqla diasporun vətən haqqında tnformasiya tələbatını ödəmək olar. Bundan başqa, ondan maarifləndirici məqsədlərlə istifadə etməklə diaspor üzvlərinin ana dilini, vətənin tarixini öyrənməsinə imkan yaratmaq mümkündür.Bütün bunların və daha necə-necə effektiv işin reallaşdırılması ücün dəqiq və məqsədyönlü layihələr tələb olunur. Düşünürük ki, diasporla əlaqələrin təşkilində məsul dövlət orqanları internetin geniş tikanlarından öz fəaliyyətlərində yararlanacaqlar və virtual diasporu real diaspora qədər vacib amilə cevrilə biləcəklər.    

 

Baxış sayı: 186
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 21
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 314
Ümumi hit: 51226

AddThis Feed Button
Add to Technorati Favorites