Reklam verin!

Azərbaycanda milli azlıqların və azsaylı xalqların inkişaflarının sosial dinamikası və xarakterik xüsusiyyətləri

AzXeriteAzərbaycanda tarixən müxtəlif millətlər, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar yaşayıb yaradıblar. Onlar bugün də bu ərazidə yaşamaqdadırlar. Tarixi təcrübə göstərir ki, Azərbaycanda heç bir xalqa və millətə qarşı ayrıseçkilik münasibəti olmamışdır. Buna görə də burada yaşayan etnosların heç biri özünü yad etnos hesab etmir, özünü digərlərinə qarşı qoymur. Yalnız ermənilərdən başqa.



Azərbaycanda məskunlaşmış müx¬təlif etnik qruplar arasında ortaq əlamətlər, birləşdirici xüsusiyyətlər formalaşmışdır, onlar etnik qruplara xas olan fərqləndirici əlamətlərlə və keyfiyyətlərlə müqayisədə həmişə üstünlük təşkil etmişdir. Ərazi ümumiliyi, din birliyi, maddi və mənəvi mədəniyyət yaxınlığı, birgə yaşayış tərzi Azərbaycanda etnik qarşıdurmanın qarşısını alan, vahid Vətən idealını inama çevirən amillərdəndir. Azərbaycan dili bu ərazidə yaşayan bütün etnosların ünsiyyət vasitəsinə çevrilib, ümumxalq dili rolunu oynamışdır. Elə buna görə də böyük rus mütəfəkkirləri M.Y.Lermontov, Bestucev Marlinski XIX əsrdə Azərbaycan dilini Ön Asiyada və Qafqazda təsir dairəsinə görə Avropada fransız dilinin rolu ilə müqayisə etmişlər. Göründüyü kimi, etnosu formalaşdıran və mövcudluğunu, yaşamasını təmin edən bu amillər tarixən Azərbaycanda ixtilafdan, münaqişədən daha çox birliyə, həmrəyliyə real obyektiv zəmin yaratmışdır. Biz bununla heç də etnosun əsl əlamətlərindən birinin –etnik özünəməxsusluğun mövcudluğunu arxa plana keçirmək fik¬rin¬də deyilik. Sadəcə olaraq, demək istəyirik ki, ortaq əla¬mət¬lərin, birləşdirici keyfiyyətlərin, mənafe eyniliyinin sayəsində Azər¬baycanda aparıcı xalqın etnik qruplara, azsaylı etnoslara qarşı ayrı-seçkilik, düşmənçilik münasibəti olmayıb və yoxdur. Keçmiş İttifaqın hakim ruslaşdırma milli siyasətinə qurban verilən azsaylı xalqlar, milli azlıqlar illər boyu ciddi təqibə məruz qalmış, öz keçmişlərini, soyköklərini itirmək təhlükəsi ilə qarşılaşmışlar. SSRİ-də 90-a qədər xalqın tarix səhnəsindən silinməsi buna canlı sübutdur. Vahid “Sovet xalqı” ideyasının tərənnümü, bir çox xalqların, ilk növbədə milli azlıqların varlığına son qoyulması naminə kiçik xalqları, ümumiyyətlə, xatırlamamaq, yada salmamaq xətti yeridilirdi. Tarix boyu, eləcə də, çarizm dövründə əhalinin siyahıyaalınması zamanı hər bir etnik qrup öz soy adı ilə göstərildiyi halda, Sovet cəmiyyəti buna da son qoydu. Belə ki, 1958, 1970 və 1978-ci illərdə keçirilən əhalinin siyahıyaalınmasında buduqlar, qrızlar, xınalıqlar, talışlar bir etnos kimi qeydə alınmamış, hamısı azərbaycanlı adlanmışlar ki, bu da ədalətsizlik idi. Guya bu xalqlar artıq tarix səhnəsindən silinmiş, yoxa çıxmış, tamamilə assimilyasiya olmuşdular. Bunun əsas səbəbi SSRİ-də vahid Sovet xalqının təşəkkül tapması ideologiyası idi. Sovet dövründə «sovet xalqı» məfhumunu yeni tarixi birlik forması kimi əsaslandıran bir çox kitablar çap olunmuşdur. Belə ki, Moskvada nəşr edilmiş «Razvitie sovetskoqo naroda – novoy istoriçeskoy obhnosti» kitabında bu problemin müxtəlif tərəfləri tədqiq olunmuş və əsaslandırılmışdır. Bu kitabın yazılmasında Azərbaycan alimi Ə.Daşdəmirov da iştirak etmişdir. Onun respublikamızda 1977-ci ildə buraxılmış «Sovetskiy narod» monoqrafiyasında yeni tarixi birlik forması kimi irəli sürülən sovet xalqının inkişafı və təkmilləşməsi, formalaşması problemləri, millət və milli münasibətlər anlayışları təhlil olunur. Professor R.Mehdiyev keçən əsrin 70-80 illərində geniş yayılmış «Sovet xalqı» yeni birlik forması haqqında yazır ki, bu forma həyata keçirilən siyasətin vəzifələrinə uyğun gəlsə də, real milli maraqlara cavab vermirdi. Buna görə də milli sahədə baş verən real prosesi bu forma əks etdirmirdi. Say çoxluğundan asılı olmayaraq hər bir etnik qrupun qorunub-saxlanılması, mühafizəsi hakim millətin, xalqın böyük¬lüyünün təcəssümüdür. Haqlı olaraq qeyd edilir ki, dövləti etnik azlıqların çoxluğu yox, onların hüquqlarına biganəlik məhv edər. Milli azlıqlardan birinə həsr olunmuş kitabların birində oxuyuruq: “Adı qırmızı kitaba düşən quşların və heyvanların ovlanılmasının dövlət tərəfindən qadağan olunması və bunun qa¬nun¬da əksi hamımıza yaxşı məlum olduğu halda, kiçik etnik qrupların taleyinə niyə biganə qalmalıyıq?” Bəli, belə biganəçiliyə yol vermək olmaz və bu münasibət cəmiyyətə xeyir gətirməz. Azərbaycan müstəqillik qazandıqdan sonra milli münasibətlər sahəsində görülən tədbirlər, həyata keçirilən işlər gələcəyə ümid gözü ilə baxmağa əsas verir. Ləzgi, talış, kürd, tat və s. mədəniyyət mərkəzlərinin fəaliyyətə başlaması, milli azlıqların dillərində məktəblərin açılması, mətbuatın meydana gəlməsi, radio və televiziya verilişlərinin hazırlanması və s. işlər bu sahədəki inamı daha da artırır. 2002-ci ilin ortalarına qədər fəaliyyət göstərmiş Milli Münasibətlər  İnstitunda “Azərbaycanın azsaylı xalqlarının tədqiqi” şöbəsinin xəttilə respublikamızda yaşayan ayrı-ayrı etnik qrupalar, xalqlar barədə elmi tədqiqat işlərinin aparılmasını onların dillərinin, adət-ənənələrinin araşdırılmasını bu sahədə mühüm addım hesab etmək olar. Xüsusilə “Azərbycan Respub¬likasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” 16 sentyabr 1992-ci il tarixli Prezident fərmanı bu sahədə görüləcək işlərin müvəffəqiyyətinə təminat vermiş, həmin xalqların hüquqlarının qorunması mexanizmini əks etdirmişdir. Fərmanda Azərbaycanın ali məktəblərində azsaylı xalqların tarixini, mədə¬niyyətini öyrənən şöbə və kafedraların açılması, azsaylı xalqların nümayəndələrinin ali və orta ixtisas məktəblərinə güzəştli qəbulu, dillərində radio verilişlərinin təşkili, azsaylı xalqlara milli təzyiq göstərilməsinə qarşı ciddi mübarizə aparılması və s. kimi məsələlər öz əksini tapmışdır. Etnik qrupların mühafizəsi üçün dövlət tərəfindən həyata keçiriləsi tədbirlərlə yanaşı, hər bir qrupu təmsil edənlərin bu sahədəki fəaliyyəti də nəzərdən qaçırılmamalıdır.  Azərbaycan cəmiyyəti çoxmillətli tərkibə malikdir. Burada azərbaycan türkləri olan aparıcı etnosla yanaşı, bir sıra subetnik birliklər də yaşayır. Bunların içərisində ruslar xüsusi yer tutur. Öz birliklərini yaradan rus icması digər etnik birliklərdən öz statusuna görə fərqlənirdi. Bu birlik hətta müəyyən mənada müstəsna hüquqlara da malik idi. Çünki rəsmi olmasa da, ruslar keçmiş SSRİ ərazisində “Böyük qardaş” statusunu daşıyırdılar. Əslində bu ənənə Çar Rusiyasından süzülüb gələn “hakim millət” anlayışının başqa formada ifadəsinin məntiqi nəticəsi idi.  Lakin SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda müstəqil respublikaların yaranması, sonrakı sosial-siyasi və iqtisadi proseslər rus əhalisinin tədricən həmin regionu tərk etməsi ilə müşayiət olunur. Bunun da nəticəsində rus icması əvvəlki nüfuzunu və sayını itirməklə yanaşı, mövqelərini də tədricən əldən verməkdədir. İstər siyasi, istərsə də kulturoloci sahələrdə rus diasporunun mövqelərini təhvil verməsi artıq bir reallıqdır və bu etnosiyasi proses Rusiyanın hakim dairələrini narahat etməyə bilməz. Çünki bu, Rusiya üçün hər şeydən əvvəl, siyasi geopolitik problem kimi qarşıya çıxır. Ona görə də bugünkü Rusiya Qafqaza münasibətdə ikili siyasət yeritməyə məcburdur. Bir tərəfdən o, müstəqillik hərəkatı ilə barışmağa çalışır, mütərəqqi bəşəriyyətin təsiri altında dünyada genişlənməkdə olan demokratikləşməni qəbul edir, ikinci bir tərəfdən isə Qafqaza olan əvvəlki imperiya ambissiyalarından əl çəkmək istəmir, həmin regionun geopolitik vəziyyəti bunu etməyə imkan vermir. Ona görə də siyasi manevrlər yolu ilə əvvəlki nüfuzunu bərpa etmək istəyir. Bu yolda ona kömək edəcək vasitələrdən ən başlıcası respublikalarda yaşayan ruslar və rusdilli əhalidir. Onun istər kəmiyyəti, istərsə də keyfiyyəti bu gün çox böyük deformasiyalara uğrayıb və öz əvvəlki hakim vəziyyətini itirib. Deməli, hazırkı şəraitdə Cənubi Qafqazda öz diasporundan məhrum olan Rusiya istər-istəməz bu regionda mövqelərini də itirməyə başlamışdır. Halbuki, 70-ci illərdə həmin regionun rus əhalisinin sayı artıq bir milyonu keçmişdi. Keçmiş SSRİ zamanında, 50-70-ci illərdə Rusiya öz əhalisinin bir qismini bu respublikalara bir növ «ixrac» edirdi. O zamanlar yeni yaranmaqda olan sənaye müəs¬sisələrində, şəhərlərdə, SES-də və AES-də, habelə kənd təsərrüfatının müxtəlif sahələrində Rusiyanın ayrı-ayrı guşələrindən gəlmiş adamlar yerləşdirilirdi. Bu gəlmələrin əksəriyyətini gənc qızlar təşkil edirdilər. Onlar yerlilərlə qaynayıb qarışmalı və yerlərdə rus “dayaq nöqtələri”nin yaran¬ma¬sına səbəb olmalı idi. Gəlmə kadrlar ən yaxşı mənzillərlə təmin edilir, onların sosial ehtiyacları birinci növbədə ödənilirdi. 1959-1978-ci illərdə RSFSR dörd milyondan çox belə kadr ixrac etmişdi. 70-ci illərdə Cənubi Qafqaza rusların miqrasiyası öz zirvəsinə çatmışdı, daha doğrusu, sayda bir milyonu keçmişdi.  XIX əsrin əvvəllərindən başlanan bu miqrasiya Qafqazın Rusiya imperiyası tərəfindən işğalına təsadüf edir. Əlverişli coğrafi şəraitə malik olan Qafqaz, eləcə də Azərbaycan yeni rus mühacirələrinin əsas məskunlaşma yer¬lə¬rindən biri olmuşdu. Rus mərkəzi hakimiyyəti tərəfindən təqib olunan malakanlar, duxaborlar və pyatidesyatniklər bura axışıb gəlirdilər.  XIX əsrin sonunda neft sənayesi çoxlarını Azərbaycana cəlb edirdi. Mütəxəssis mühəndislər və fəhlələr də köçüb iş dalınca buraya gəlirdilər. Məhz bu səbəblərdəndir ki, rus icması üzvlərinin sayına görə Azərbaycan Cənubi Qafqazda həmişə aparıcı yer tutmuşdu. Onların Azərbaycana gəlməsi tarixi müəyyən mərhələlərdən ibarətdir. Sonrakı dövrlərdə, məsələn, İkinci Dünya müharibəsi illərində işğal olunmuş Sovet ərazilərindən qaçıb gələnlər, dövlət tərəfindən evakuasiya olunanlar, bundan xeyli əvvəllər xaricə qaçmış ağqvardiyaçıların böyük bir qisminin geri qaytarılıb Bakıda və Azərbaycanın digər bölgələrində yerləşdirilməsi, 60-70-ci illərdə isə yeni sənaye rayonlarında işləmək üçün rus və rusdilli kadrların buraya gətirilib ən yaxşı mənzillərdə və vəzifələrdə yerləşdirilməsi ruslaşdırma siyasətinin bariz nümunəsi idi. 60-cı illərdə Azərbaycandakı rus icması üzvlərinin sayı artıq 550 min nəfər təşkil edirdi. 1999-cu il siyahıyaalınmasına görə isə Azərbaycanda rusların sayı 141,7 min nəfər təşkil edirdi. Ölkədə rusların sayının belə azalması keçən əsrin 80-ci illərin axırı və 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış ictimai siyasi vəziyyətlə əlaqədardır. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında qaldırılan və heç bir əsasa malik olmayan təxribatçılıq hay-küyləri Azərbaycandan rusların köçməsinə böyük təsir göstərmişdir. Bundan əlavə, 1990-cı il 20 Yanvar hadisəsindən sonra Azərbaycanda yaşayan ruslar arasında Mərkəzin apardığı təbliğatın da burada böyük rolu olmuşdur. Məlum olduğu kimi, həmin dövrdə ruslara belə bir fikir aşılanırdı ki, guya Azərbaycan xalqı 20 Yanvar qurbanlarının hayıfını ruslardan alacaqdır. Bacardıqca tez köçüb qurtarın. Həyat göstərdi ki, Azərbaycan xalqı öz ərazisində yaşamış başqa etnik qrupa qarşı heç vaxt pis addım atmamışdır. Bu uydurulmuş siyasət ancaq müəyyən hakim dairələrin törətdikləri cinayətlərin üstünün ört-basdır edilməsinə xidmət edən bir siyasət idi. Respublikamızda ruslaşdırma siyasətinin aparılması ilə yanaşı, rus dili də geniş intişar tapırdı. Azərbaycanda ilk rus məktəbləri hələ XIX əsrin 30-cu illərindən yaranmağa başlamışdı. Rus məktəbləri ilə yanaşı, rus-tatar məktəbləri də yaranıb möhkəmlənirdi. İmperiya üçün rus dilinə, rus elminə və həyat tərzinə yiyələnmiş yerli kadrlar yetişdirilməli idi. Yeni yaranmış belə məktəblər Rusiyanın həyata keçirdiyi siyasətin Azərbaycanda aparılmasında böyük rol oynayırdı. Belə məktəblərdə təhsil alanlar həm də Rusiya mənafelərinin yerlərdə ifadəçilərinə çevrilirdilər. Hazırda rus diasporunun ən böyük dayaq nöqtələri Bakıdadır. Onlar Bakının əsasən Serebrovski, Bayıl, Bakıxanov qəsəbəsi və başqa yaşayış sahələrində yaşayırlar. Bu gün Azərbaycanda rus mədəniyyət mərkəzi, Rus Dram teatrı, Slavyan Universiteti, Rus Pravoslav Kilsəsi, rus dilli məktəblər, ali məktəblərdə rus şöbələri fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda radio və televiziyada rus dilində verilişlər, kino-teatrlarda rus dilində filmlər geniş nümayiş etdirilir, əhalinin rus dilinə olan ehtiyacını ödəmək üçün müxtəlif mərkəzlər yaradılır. Bu faktın özü göstərir ki, Azərbaycanda əvvəllərdə olduğu kimi rus dilinə bu gün də böyük əhəmiyyət verilir. Təsadüfi deyil ki, Rusiya Federasiyasının Prezidenti Rusiyada Azərbaycan günləri ilə əlaqədar tədbir zamanı Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük əhəmiyyət verildiyini qeyd etmişdir. Rus dili müasir azərbaycanlı üçün də dünya elm və mədəniyyət sərvətlərinə yiyələnməyin başlıca vasitələrindən birini təşkil edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra rus dilinin Respublikada işlənmə dərəcəsi və əhəmiyyəti demək olar ki, aşağı düşməmişdir. Böyüməkdə olan gənc nəsil rus dilini istəyindən asılı olaraq öyrənməyə cəhd edir. Azərbaycanlıların bir qisminin iş dalınca Rusiyaya üz tutması, orada yaşayıb çörək pulu qazanmaq üçün məhrumiyyətlərə dözməsi, onların həm də rus dilini öyrənmələrinə səbəb olur. Digər tərəfdən, Azərbaycan ziyalılarının tarixən Rusiyaya mehriban qonşuluq münasibətləri, Avropa elmlərinə yiyələnməkdə Rusiyanın rolu və başqa amillər Rusiyaya olan müsbət meyli saxlamaqdadır. Rus şovinizminin xalqımıza qarşı apardığı müstəmləkəçilik siyasəti sadə rus xalqına olan etimadımızı aradan qaldırmamışdır. Həmin səbəblər üzündən Azərbaycan xalqı yüksək qonaqpərvərlik və humanistlik göstərərək, Azərbaycanda yaşayan ruslarla öz xoş münasibətini saxlayır və inkişaf etdirir. Doğrudur, sosial-iqtisadi çətinliklər, Ermənistanla müharibə, ictimai-siyasi vəziyyət və təbii fəlakətlər Azərbaycandakı rus əhalisinin bir qisminin Rusiyaya mühacirət etməsinə səbəb olmuşdur. Lakin Ermənistandan və Gürcüstandan mühacirət edən rusların sayı ilə müqayisədə bunlar ölkəmizdə azlıq təşkil edir. Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan xalqının rus icması ilə ikitərəfli əlaqələri qarşılıqlı qonşuluq və dostluq münasibətlərinə əsaslanır və inkişaf edir. Bütün bunların rus sosial şovinist siyasəti ilə heç bir əlaqəsi yoxdur. Qafqazda və eləcə də Azərbaycanda marağı olan mafioz xarici qruplaşmalar həmin əlaqələrin istiqamətini dəyişdirib özləri üçün əlverişli olan məcraya salmağa, tarixən formalaşmış və təkmilləşmiş Rus-Azər¬baycan münasibətlərinə başqa don geyindirməyə səy göstərirlər. Rus-Azərbaycan münasibət¬lərinin pozulmasında marağı olan həmin qüvvələr bu münasibətlərdəki hər hansı boşluqdan öz mənafeləri naminə istifadə etməyə çalışır və beləliklə, regionda siyasi vəziyyəti gərginləşdirməyə ümid bəsləyirlər. Lakin son illərdə Azərbaycan iqtidarının, ümummilli liderimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi milli siyasət və bu sahədə həyata keçirilən mühüm tədbirlər respublikada məskunlaşan ruslar və bütün xalqlar tərəfindən rəğbətlə qarşılanmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 avqust 2005-ci ildə İsmayıllı rayonun İvanovka kəndinə bir neçə əsr əvvəl Rusiyadan köçərək məskunlaşmış əhali ilə görüşmüşdür. Prezident demişdir: «Çoxmillətli ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Yalnız bir millətin nümayəndələrinin yaşadığı ölkədə insanlar özlərini çox şeydən məhrum edir, mədəniyyətlərin qarşılıqlı təsirin

Baxış sayı: 212
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 9
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 286
Ümumi hit: 51198

AddThis Feed Button
Add to Technorati Favorites