Reklam verin!

Azərbaycan diasporunda Azərbaycan dövlətinin rolu və yeri

diaspAzərbaycan yeni müstəqillik qazanmış və erməni kimi problemi olan bir dövlətdir. Ona görə də xaricdə diasporun olması çox vacibdir. Diaspor bir millətin (dövlətin) hər hansı bir xarici ölkədəki mühacirlərinin təşkilatlanmış formasıdır. Diasporun əsas vəzifəsi hər hansı xalqın mədəniyyətinin, müxtəlif sahədəki uğurlarını, həyat tərzini yaymaq, onun lehinə təbliğat aparmaq, mövcud olduğu ölkənin ictimaiyyətində müsbət fikir oyatmaq və həmin ölkə ilə öz ölkəsi arasında münasibətləri yaxşılaşdırmağa çalışmaqdır. Diaspor Azərbaycana nə üçün lazımdır?

 


Azərbaycanın dünyada öz mövqeyini möhkəmləndirməsinə ehtiyacı var. Azərbaycanı dünyada hərtərəfli tanıtmaqda dövlətlə yanaşı disporun da rolu olmalıdır. Ermənilərin əsassız iddialarının yalan olmasını dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan diasporu güclü olmalıdır. Diasporu yaranmasına aparan mərhələ mühacir axınıdır. XIX əsrin birinci rübündə Azərbaycanın Rusiya tərəfindən işğalı nəticəsində soydaşlarımızın mühacirət etməsinin əsası qoyuldu. Bundan sonra mərhələlərlə Azərbaycandan mühacir axını davam etdi. Mühacirlərin bir-biriləri ilə əlaqələri zəif idi. 1956-cı ildə ilk dəfə olaraq ABŞ-da “Amerika-Azərbaycan Cəmiyyəti” yaradıldı. Lakin Azərbaycan diasporu vətənlə əlaqə saxlaya bilmirdi. Yalnız Azərbaycan müstəqilliyini təmin edəndən sonra diaspor ilə əlaqə yaratmaq mümkün olmuşdur. Azərbaycan Respublikası milli diasporun formalaşmasına iki aspektdən təsir göstərir. 1. Xarici ölkələrə səfərlər zamanı soydaşlarımızla görüşdə ölkəmiz haqqında geniş məlumat verilir, erməni təcavüzkarlarının əsl siması ifşa edilir, informasiya blokadasını yarıb müstəqil respublikamızın mövcud vəziyyəti barədə dolğun və obyektiv təsəvvür yaradılır. 2. Xaricdəki soydaşlarımız, habelə ölkəmizə gəlmiş diaspor nümayəndələri ilə görüşlərdə onlar qarşısında vacib və aktual problemlər qaldırılır ki, onları yerinə yetirmədən diasporun fəaliyyətini lazımi vəziyyətdə qurmaq olmaz.       

Iran istisna olmaqla dünyanın müxtəlif ölkələrində 15 milyondan çox azərbaycanlı yaşayır. Onları dünyanın 32 ölkəsində 140-dan çox milli-mədəni diaspor təşkilatları var. Ən çox belə təşkilat RF, Ukrayna və AFR-dədir. Azərbaycan diasporunun daha fəal olduğu ölkələr isə ABŞ, Türkiyə və Almaniyadır. Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdə öz mətbuat orqanları da fəaliyyət göstərir. Dövlət diaspor münasibətlərini düzgün tənzimləmək üçün Azərbaycan diasporu ilə Azərbaycan dövləti qarşılıqlı himayə mexanizmini yaratmalı, diasporun rolu xarici siyasətdə aparıcı amillərdən birinə çevrilməlidir. Diasporumuzun təşkili, qüvvətlənməsi və inkişafı üçün Azərbaycan dövləti bir sıra addımlar atmışdır. 1990-cü il noyabrın 3-də İstanbulda Azərbaycan cəmiyyətlərinin Beynəlxalq Qurultayı keçirildi. Qurultayda dünyanın bir çox ölkələrindən (İngiltərə, Norveç, İspaniya və s.) gələn diaspor nümayəndələrimiz iştirak etmişdir. 1991-ci ilin yanvarında Respublika Nazirlər Kabineti “Ayrı-ayrı respublikalarda yaşayan azərbaycanlılarla əlaqələri möhkəmləndirmək, milli mədəniyyətin, doğma dilin və ənənələrin inkişafında onlara kömək göstərmək tədbirləri haqqında” qərar qəbul etdi. 1992-ci ilin avqustunda Bakıda xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətlərinin əlaqələndirmə mərkəzi yaradılmış, xaricdəki cəmiyyətlərin Bakı konfransı keçirilmişdi. 1993-cü ilin oktyabrında Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsini nəzərdə tutan plan hazırlanmışdı. Lakin bu ancaq 2001-ci il noyabrın 9-da baş tutdu. Qurultaya 1005 azərbaycanlı qatılmışdı. Onların 403 nəfəri dünyanın 28 ölkəsini təmsil edirdi. Qurultay ərzində Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradıldı. Həmin il prezident Heydər Əliyevin sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi yaradıldı. 1989-cu ilin dekabrında Naxçıvanla İran və Türkiyəni ayıran istehkamlar və tikanlı məftillər Azərbaycan əhalisi tərəfindən dağıdıldı. Naxçıvan Muxtar Respublikası 1991-ci ildə hadisə barədə xüsusi qərar qəbul edərək 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Diasporumuza dövlət qayğısı göstərən amillərdən biri də mərhum prezident H.Əliyevin prezidentliyi dövründə getdiyi hər ölkədə Azərbaycan diasporu ilə görüşür, onlar qarşısında nitq söyləyir və həll edilməsi gərəkən problemlər haqqında onları məlumatlandırırdı.

Eyni zamanda mərhum H.Əliyev diaspora nümayəndələrinin problemləri ilə maraqlanır, onların həlli yolunda addımlar atılması haqqında müvafiq orqanlara göstərişlər verirdi. Indiki prezident İlham Əliyev də səfər etdiyi xarici ölkələrdə ənənəni davam etdirərək Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır. Azərbaycan dövlətinin diasporumuzun inkişafı naminə gördüyü müsbət tədbirlərlə yanaşı çatışmayan cəhətlər də mövcuddur. Hətta çatışmayan cəhətlər üstün cəhətlərdən daha çoxdur. Birinci cəhətdən diasporamız maliyyə cəhətdən korluq çəkir. Xaricdə, həmçinin, Azərbaycanın özündə yaşayan soydaşlarımızın əksəriyyəti öz şəxsi mənafeyini üstün tutur və diasporamıza, təşkilatlanmaya pul ayırmaq istəmirlər. azərbaycanlılar təşkilatlanmağı sevmirlər, bu işə məsuliyyətsiz yanaşırlar. Diaspora nümayəndələrimiz pərakəndə olmaqla regionçuluq prinsipi ilə yaşayırlar. Diaspor təşkilatları regionlar üzrə yaranır və digər ərazilərdəki azərbaycanlıları özündə birləşdirmir.           

 Məhz bu baxımdan yəni birliyin olmaması üzündən Azərbaycan diasporu rəqibimiz erməni diasporundan zəifdir. A.Qurbanovun dediyi kimi: “Bizim xalq 80-ci illərin Neftçi futbol komandasına oxşayır. Ayrı-ayrılıqda hamımız yaxşı oyunçuyuq, amma komanda halında çıxış edə bilmirik. Ermənilər isə əksinə, təklikdə zəif oyunçu olsalar da komandada birləşəndə qüvvəyə çevrilirlər”. hələ SSRİ-nin dağılmasından təxminən 50 il öncə Ermənistanda Sov. İKP siyasi bbürosu və Sovet hökumətinin icazəsi ilə Erməni diasporu ilə əlaqədar Dövlət Komitəsi fəaliyyət göstərirdi. Azərbaycanda isə belə qurum yalnız SSRİ-nin dağılmasından sonra XX əsrin 90-cı illərinin II yarısında yaradılmışdır. Diaspora nümayəndələri Azərbaycana gələrkən dövlət məmurlarının biganəliyi ilə qarşılaşırlar. Dövlət rəsmiləri tərəfindən bu cür qarşılanan soydaşlarımız xaricdə Azərbaycanın mənafeyini müdafiə etməyi ürəkdən istəyərmi? Məncə yox!        

 Diaspor – lobbi fəaliyyəti haqqında dövlət siyasətini müəyyən edən bir proqram, fəaliyyət planı yaradılmışdır. Konkret bu sahə ilə məşğul olan orqanın isə fəaliyyəti normaldır. Azərbaycanda iqtidarla müxalifət bir-birilərini düşmən kimi görürlərsə, onda xaricdəki azərbaycanlılardan birlik, dövlətin mənafeyi üçün çalışmağı tələb etməyə haqqımız yoxdur. Çatışmamazlıqlardan biri də xaricdə yaşayan azərbaycanlıların Azərbaycan haqqında informasiya qıtlığının olmasıdır. Bu qıtlığın səbəbi isə I növbədə səfirliklərin lazımi iş aparmamasındadır. Bütün bu çatışmamazlığı aradan qaldırmaq üçün nə etmək lazımdır?        

Respublikada sırf diaspor quruculuğu ilə xaricdə yaşayan Azərbaycan icmalarının təşkilatlanması və respublikadan bir mərkəzdən idarə olunması ilə məşğul olan və yalnız ölkə başçısına hesabat verən yüksək statuslu dövlət orqanının yaradılması dövlət maraqlarımıza tam şəkildə cavab verər, bu işdə pərakəndəliyə, dövlətçiliyimizin xaricdəki imicinə ciddi zərbə vuran əməllərə son qoyardı. Bu orqanın həm daxildə, həm də xarici ölkələrin birində bank hesabı olmalıdır.

Köçürülən vəsaitlə bu sahədə fəaliyyət göstərən elmi, analitik informasiya mərkəzi yaratmaq, həm də xaricdən bu və ya digər hadisə ilə əlaqədar Azərbaycan dövləti və diaspor adından müəyyən aksiyalar keçirmək mümkün olardı. Həmin dövlət orqanı bu sahə üçün gərəkli olan hüquqi sənədlərin hazırlanmasını və prezident adından milli məclisə qanunvericilik təşəbbüsü ilə çıxarılıb qəbul edilməsini də təmin edə bilərdi. Xaricdə yaşayan azərbaycanlılara Azərbaycan vətəndaşlığı verməklə, onları dövlət işinə dəvət etməklə soydaşlarımızın Azərbaycan dövləti ilə hüquqi, siyasi, iqtisadi, sosial bağlılığı yönündə mühüm addım atılmış olar. Xaricdə yaşayan azərbaycanlıların assimillyasiyasının qarşısını almaq üçün onların kompakt yaşadığı ərazilərdə məktəblər açmağa kömək etmək, dərs vəsaitləri mədəni – təbliğat vasitələri, dini ədəbiyyat və s. göndərilməsi də labüddür. Xaricdəki azərbaycanlı iş adamlarının güzəştli şərtlərlə Azərbaycana böyük sərmayə qoyuluşuna nail olmaq olar. Diasporanın ilkin milli – mənəvi, mədəni ehtiyaclarının öyrənilməsi və ödənilməsi də vacibdir. Bu məqsədlə ayrı-ayrı ölkələrdə mədəniyyət mərkəzlərinin, kitabxanaların, klub, fond, xalq evləri və s. təşkilinə, Azərbaycan mühacirlərin respublikamıza maneəsiz gəliş gedişi, burda təhsil alması və işləməsi üçün geniş imkanlar və hüquqi baza yaradılmasına səy göstərilməlidir. Diaspor nümayəndələri arasında birlikdə olmalıdır. Mərhum Heydər Əliyev Almaniyadakı çıxışında belə demişdir: “Mən demirəm ki, bu 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu heç də lazım deyil. Amma hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər”. Bundan başqa səfirliklər diaspora hər cür köməkliyi əsirgəməməlidir. Informasiya qıtlığı aradan qaldırılmalıdır. Iqtidar və müxalifət hər şeydən əvvəl xaricdə Azərbaycanın mənafeyini müdafiə etmək. Ermənilərin əsassız iddialarının yalan olduğunu dünyaya çatdırmaqla bağlı məsələlərdən birgə hərəkət etməlidirlər. Diasporun təşkilində Azərbaycançılıq ideyası əsas götürülməlidir. Təbliğat gücləndirilməlidir.

Diaspor Azərbaycan haqqında internet saytı açaraq ora Azərbaycanla bağlı elmi əhəmiyyəti olan əsərlərdən parçalar yerləşdirə bilər. Eyni zamanda saytda pul köçürmək üçün bank hesabının kodunu yerləşdirə, Azərbaycana məlum olmayan xaricdə çıxan mühacir ədəbiyyatı ilə bağlı məlumatları e-mail vasitəsilə sayta göndərilməsi soydaşlarımızdan xahiş oluna bilər.      

Göründüyü kimi cavan diasporumuzun çoxlu çətinlikləri vardır. Bu çətinliyi aradan qaldırmaq üçün isə həm Azərbaycanda yaşayan əhalinin, həm də xaricdəki həmvətənlərimiz hər cür köməkliyi əsirgəməməlidir. 

Baxış sayı: 153
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Cənubi Azərbaycanın taleyin nece görürsünüz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 18
Keçən ayın hiti: 4698
Dünənki hit: 191
Bugünki hit: 108
Ümumi hit: 36027

AddThis Feed Button
Add to Technorati Favorites