Reklam verin!
Yuma Ailə Jurnalı

Şuşa_16 ilin Həsrəti

    Şuşa. Səhərlər icherisinde bizim olan ve olmayan Şuşa. Bizden kusen, amma her zaman barişmaqdan otru ilk addim atan Şuşa. 16 ildir bizim senden yoxsa senin bizden kusduyunu derk etmeye çalishan Şuşa....  şuşa

    Herden uşaqliq şekillerime  baxiram. Cidir duzunde 1 yaşimda çekdirdiyim şekilde “kuskun” dururam. Sanki o yerde, torpaq üstündə oturduğuma “uşaq sayaği ingilab edirem”. Ancaq bu gun o yerde ölməyə-basdirilmağa bele hazıram.

    Şuşa..16 ildir senin gezel havani Azerbaijanli sinesine çeke bilmir. Hər dəfə sənin işğal olunan şəklləirinə baxanda sanki yetimləşmişsən ve bizi gözləyirsən. Ona görə başın üzərindən dumanlari esirgəmirsən. Utanirsan sanki bizdən oğurlanmağina. 16 ildir sənin sinəndə ermeni deyilən həşaratlar gezir sanki qollarin yoxmuş ki, onlari vurub əzməyə gücün yoxmuş kimi başını dumanlar ichinde gizləyirsən. Utanma..qurban sənin hər daşına-torpağına. Biz sen bizdən ötrü necə darıxırsan elə də sənin üçün biz darıxırıq. Sən necə utanirsan biz de elə utaniriq.  


Herden valideyinlerim meine Shushanin en agir seyid nesilnden olmagimizi deyir ve xatirladir. Men indi 31 yashimda bele „onlara ingilab edir ve ushaq kimi niye behs ceddimizin ermenileri tutmadigini sorushuram“  Onlar da meine sanki ushagam kimi teselli verir ve Shushaya qayidacagimiza meni inandirmaga chalishirlar. Men de onlara inaniram. Inaniram ki, O GUN GELECEK…Azerbaijan bayragi Shushaya sancilacaq. Herden dostlarim mene ne zaman olmek istediyimi sorushurlar. Men de Shushaya Bayraq sancan yerde olmek istediyimi deyirem. “Mene sen ta denen olmek istemirsen qaqa” deye gulurler. Amma ALLAHA and olsun. Seyid Lazim aganin ceddine and olsun gunu sabah Shushamiz alinsin Bayragimizi sancan kimi olmeyi ele arzu edirem. Agdamda anadan olmusham. Ancaq Ata-babamin Shushasindan oldugumla fexr edirem.  Shusham menim, daxrima qurban olaram sene. Bizi gezle. Azad edecik seni. Biz buna inaniriq. Sene inaniriq ki, sen bizsiz yashaya bilmeyeceyin kimi biz de sensiz yashaya bilmeyecik. Yegane tesseli yerimiz ise ashagidakilara baxmaq ve oz intiqam hissimizi alovlandirmaq gelir. Biz hazirlashiriq Shusham menim. Biz gelirik Shusha.Shushasiz, Agdamsiz, Qarabagsiz senin bir dashin. Vetendashin, 

Ermini cinayeti Shusha shehri filim2007-06- 28http://www.youtube. com/watch? v=UbNz8TGaBHQ 

http://www.livejournal.com/users/kunstkamera/112795.html 

http://gallery.azlink.info/gallery/folderview.asp?folder

http://shusha.aznet.org/gallery/index.html http://www.gateway.az/cgi-bin/cl2_gw/browse.cgi?lang=az&topic=000e3f

uşanın kosmosdan peyk görünüşü maps.yahoo maps.google.com wikimapia  

 Hal-hazırda rayonun ərazisi erməni silahlı dəstələri tərəfindən işğal olunub Ərazisi - 289 km2 Əhalisinin sayı - 241165 İnzibati mərkəzi - Şuşa  Qəsəbələr / Kəndlər       Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçu-lar, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşiilü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər         

Şuşanın dağları başı dumanlı,    

 Dərdindən ölməyə çoxdu gümanı..

.        Ustad Xan Şuşinskinin oxuduğu bu qədim el mahnısını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da çox dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, î cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı "Gövhər ağa məscidi", Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəli belə düşmən gülləsinə tuş gəlib... Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasınından didərgin düşən qaçqınlar yenidən öz yurduna qayıdacaqlar. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq "Xanın səsi", "Qarabağın şikəstəsi..."        Coğrafi mövqeyi       Şuşa Qarabağ silsiləsində 1400-1500 metrdən çox yüksəkliyə malik hamar platoda yerləşir. Dağ-iqlim kurortudur. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu və Şırlan) var.        İqtisadi xarakteristikası       Rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi. Erməni silahlı dəstələri tərəfindən işğaldan əvvəl rayonda 120-dən çox idarə və müəssisə fəaliyyət göstərirdi.  ŞUŞA Bakıdan 373 km məsafədə yerləşən Şuşa şəhərinin bu cür adlanması bu yerlərin təmiz və saf havası ilə bağlıdır. "Şuşa" sözü "şüşə" sözü ilə assosiasiya edilir (adətən azərbaycanlılar təmiz havanı şəffaf şüşə ilə müqayisə edirlər). Ölkəmizin ən gözəl şəhərlərindən biri olan Şuşa İSA BULAĞI, TURŞ SU, SƏKİNƏ BULAĞI, SOYUQ BULAQ, YÜZ BULAQ, QIRX BULAQ, ÇARIQ BULAQ və başqa unikal bulaqları ilə də məşhurdur.  Şuşa şəhərinin yaranması və sonrakı dövrdə tərəqqisi Qarabağ xanlığının gücünün-qüdrətinin artması ilə əlaqədardır.

Şuşanı iki tərəfdən əhatə edən, vaxtilə çox əzəmətli olmuş qala divarları hələ də salamat qalmışdır. Bu şəhərin əsasını qoyan isə Qarabağ hökmdarı Pənahəli xan olmuşdur. Pənahəli xan burada qala tikdirmiş və onu Pənahabad adlandırmışdır (1756-1757-ci illər). Sonradan yaxınlıqdakı Şuşa adlı kiçik kəndin adı bu şəhərə verilmişdir. Pənahəli xan bu bölgədə Bayat və Şahbulaq qalalarını da tikdirmiş, Əsgəran qalasını möhkəmlətmişdir.  XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.  Uca dağlar qoynunda yerləşən bu gözəl şəhər buraya gələn səyyahları özünə məftun edirdi. Rus rəssamı V.Vereşşagin Şuşa barədə belə yazmışdır: "Onun evləri düzgün formalı qəşəng və hündürdür, çoxsaylı qəşəng pəncərələrdən evlərə işıq düşür. Şəhər qayalar üzərində yerləşir və elə həmin qayalardan çıxarılan daşlardan tikilmişdir. Bütün küçələrə enli plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".  Şuşanın məhəllələrində daş sütunlarla diqqəti cəlb edən üstü örtülü qalereyalar vardır. Bazar meydanları kifayət qədər geniş idi.

Şəhərin əsas MEYDANINDA isə sıra ilə tikilmiş ticarət köşkləri, iki mərtəbəli karvansara və qoşa minarəli cümə məscidi vardır.  Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. Əsrarəngiz "Xəzinə qala" mağarası da orada yerləşirdi. Şuşaya gələn qonaqların hamısı burada olurdu.  Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi vardır. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev - muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı və s.  Şuşanı "Şərqin konservatoriyası adlandırırlar" - bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin musiqiçilərinin, böyük bəstəkarların və drijorların vətənidir:

CABBAR QARYAĞDI OĞLU, QURBAN PİRİMOV, BÜLBÜL, SEYİD ŞUŞİNSKİ, XAN ŞUŞİNSKİ, RƏŞİD BEHBUDOV, ÜZEYİR HACIBƏYOV, NİYAZİ, FİKRƏT ƏMİROV, SÜLEYMAN ƏLƏSGƏROV əslən şuşalıdır.  Tanınmış yazıçılar SÜLYEMAN SANİ AXUNDOV, ƏBDÜRƏHİMBƏY HAQVERDİYEV, NƏCƏF BƏY VƏZİROV, şairə XURŞUDBANU NATƏVAN, şair QASIM BƏY ZAKİR, rəssam TOĞRUL NƏRİMANBƏYOV, heykəltaraş CƏLAL QARYAĞDI və başqaları bu şəhərdə doğulmuşdur.  Şuşadan bir qədər aralıda yerləşən Xankəndi şəhərinin adına ilk dəfə IX əsrə aid yazılı mənbələrdə rast gəlmək olar. Əsası türk qəbilələri tərəfindən qoyulmuş bu şəhər əvvəlcə Vərəndə adlanırdı. XVIII əsrin axırlarında Pənahəli xanın oğlu Mehdiqulu xan həmin yerdə böyük bir yaşayış məntəqəsi salmış və onu Xankəndi adlandıraraq öz arvadı Pərican bəyimə hədiyyə etmişdir. 1923-cü ildə Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert adlandırılmış, SSRİ dağılandan sonra Azərbaycan müstəqillik əldə edəndə şəhərin tarixi adı ona qaytarılmışdır.  

Baxış sayı: 199
Açar sözlər:
Bookmark and Share


1
maga yazıb:

dunyanin seherlerini yuxaridan baxmaq lazimdir

İyun 3, 2008 22:09

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 344
Ümumi hit: 51256

AddThis Feed Button
Add to Technorati Favorites