Reklam verin!

"Ginnesin Rekordlar Kitabına" düşən azərbaycanlılar

ginnesCəbrayıl rayonunda anadan olmuş, hazırda Belcikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. Həmvətənimiz 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) cəkməklə bu şərəfə nail olub.  F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib. Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. Həmyerlimiz 2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belcika kralicası Fabiolanın rəsmini cəkib. Əsər kralicanın cox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib. Vətənimizin Belcikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.

 


Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə dünyada ilk azyaşlı "Ginnesin Rekord-  lar Kitabına" düşən şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib. Qeyd edək ki, onun adı rekordcuların siyahısına 7 yaşı olanda düşüb.  Stanislav Şpanin  "Ginnesin Rekordlar Kitabına" planetin  ilk gənc professional rəssamı kimi düşübdür. Bakı şəhərində anadan olan Stanislav bir cox beynəlxalq mükafatların sahibdir. Cənubi azərbaycanlı Hüseyn Rezazadə "Ginnesin Rekordlar Kitabına" planetimizin an güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağrlığı başı üzərinə qaldıran həmyerlimiz 2004-cü ildə 263.5 kq. ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyibdir. 

Baxış sayı: 196
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 321
Ümumi hit: 51233

AddThis Feed Button
Add to Technorati Favorites