Reklam verin!

Milli, etnik yoxsa dövlət maraqları

       milliMüasir tədqiqatçılar və siyasətçiləri maraqlandıran və mübahisə doğuran bir nüans da “milli maraq” və “dövlət marağı” anlayışlarının mahiyyətindəki oxşarlıq və fərqli cəhətlər, “milli” və ya “etnik” marağın mövcud olması məsələsidir. Milli maraqlardan danışarkən monolit bir xalqdan ibarət dövlətlərdəki milli maraqlarla, çoxmillətli dövlətlərdəki milli maraqları bir-birindən ayırırlar. Çoxmillətli dövlətlərdə milli maraq konsepsiyası daha çox problemlərlə rastlaşır. Burda ilk problem elə “milli maraq konspesiyası” ifadəsindəki “milli” sözüdür. Çünki dövlət ərazisində dominant xalq bunda bir cür baxır, kiçik xalqlar isə başqa aspektdən yanaşırlar. Kiçik xalqlar belə hesab edirlər ki, milli maraq dedikdə həmin millətin, yə”ni dominant xalqın mənafeyinə xidmət edən maraqlardır və bu heç vaxt bu kiçik xalqların xeyrinə ola bilməz. Burda problem yaradan “milli marağın” etnik (etnos) maraları kimi qəbul edilməsidir. Y.Etinqer buna misal olaraq, “Avstriya-Macarıstan İmperiyasının apardığı siyasətin çex, slovak və polyakların maraqlarına zidd olmasını göstərir”.


       Dövlət maraqları ilə milli maraqlar arasındakı münasibətlərə gəldikdə çox zaman bu iki anlayış üst-üstə düşür, hətta bir-birinin sinonimi kimi də çıxış edir. Lakin eyni zamanda bunlar bir-birinə zidd fikirlər kimi də ortaya qoyulur. Məsələn, tez-tez mətbuatda belə bir fikir görsənir ki, hansısa dövlətin xarici siyasəti onun milli maraqlarına ziddir.Bə'zi müəlliflərə görə milli maraqlar obyektivdir, dövlət maraqları isə bu maraqların hakimiyyətdə olanlar tərəfindən interpretasiyasından ibarətdir. Amma burda işlədilən maraqlar dövlət maraqlarından çox, hökümət maraqları hakimiyyətdə olan qüvvələrin marağıdır, çünki hakimiyyətdə elə qüvvələr ola bilər ki, onlar dövlət maraqlarına da, dövlətçiliyə də əks fəaliyyətlə məşğul ola bilər. Yenicə müstəqillik qazanmış bir dövlətdə hakimiyyətə gəlmiş qüvvələr əgər bu dövlətləri digər bir dövlətə birləşdirmək, tabe etmək istəyirlərsə, bu artıq dövlət, milli maraqlara ziddir. İranın İraka qarşı müharibəyə girməsi heç də onun milli və ya dövlət maraqlarına olan təhlükədən irəli gəlmirdi. Burda milli maraqlardan çox liderlərin şəxsi ambisiyalarından, rəhbər qrupun irrasional planlarından, ölkədə hakimiyyətlərini möhkəmlətmək ölkə əhalisinin inqilab nəticəsində ağır vəziyyətini arxa plana çəkmək məqsədi daşıyırdı. Tsıqankov P.P., Pozdnyakov G. kimi müəlliflər milli maraqlarla dövlət maraqlarını eyniləşdirirlər.  Amma bunları eyniləşdirməklə problem aradan qalxmır. Problemin obyektiv həll yolunu tapmaq üçün Pozdnyakova görə milli maraqlarla dövlət maraqlarını yox, ictimai maraqlarla dövlət maraqlarını müqayisə etmək lazımdır.2 İctimai maraqlar vətəndaş cəmiyyətində formalaşır. Burda tədqiqatçılar arasında əsas mübahisə doğuran məsələ milli maraqların “subyekti” məsələsidir. Pozdnyakova görə, milli maraq cəmiyyətin dövlətin maraqlarının birliyində yaranır. Dövlət-milli maraqların ən ali qəbul edən Pozdnyakova görə bu maraq vətəndaşın şəxsi marağı ilə dövlətin ümumi məqsədinin, xalqın ruhuna, təbiətinə uyğun olaraq, qarmonin birliyidir. Lakin burda əsas ümumi maraqlardır ki, şəxsin marağın ikinci plana keçir. Digər bir fikirə görə, milli maraqların subyekti vətəndaş cəmiyyətidir. Milli maraqların formalaşdırılmasında prioritet hüquqlar vətəndaş cəmiyyətinə verilməlidir, daha doğrusu dövlətdən asılı olmayan şəxsi mülkiyyət sahibləri təbəqəsinə verilməlidir.  Bu fikrin əsas tərəfdarları politoloq A.A.Kara-Murza, P.Felqenqauer və başqa liberal fikirli tədqiqatçılardır. Uzun tarixi dövr ərzində formalaşan milli maraqlara müxtəlif şəxsi maraqlar tə'sir etməsi mümkündür. Vətəndaş cəmiyyətinin formalaşması ilə milli maraqların milli-etnik məzmunu arxa plana keçmiş onun yerini müxtəlif sosial maraqlar tutmuşdur.          Dövlət və vətəndaş cəmiyyəti milli maraqların formalaşdığı iki əsas mühitdir. Vətəndaş cəmiyyətinin normal inkişaf etdiyi dövlətdə fərdi maraqlarla dövlət maraqlarının bərabərləşdirilməsi, tarazlaşdırılması mexanizmləri mövcud olur. Vətəndaş cəmiyyətinin zəif və inkişaf etmədiyi cəmiyyətlərdə milli maraqları dövlət formalaşdırır. Bu müasir dövrdə totalitar sistemdən demokratik dövlət quruculuğuna keçən postsovet respublikalarında özünü tam büruzə verir. Göstərdiyimiz dövlət-vətəndaş cəmiyyəti ikiliyinin iki qütbü var: despotik idarəçilik üsulu altında vətəndaş cəmiyyətinin yoxluğu və vətəndaş cəmiyyətinin hegemonluğu. Bu hər iki hal neqativ nəticələrə gətirir. Totalitar idarəçilik sistemində dövlət cəmiyyətə özünün “milli maraq anlayışını” qəbul etdirir, hakimiyyətdə olan siyasi qrupların iradəsi ön plana keçir. Bunu faşist Almaniyası, keçmiş SSRİ kimi dövlətlərin nümunəsində açıq şəkildə görmək olar. Müasir dövrdə İraqın apardığı siyasətdə də bunun təzahürləri görsənir. Səddam Hüseyn hökümətinin apardığı siyasətin nəticəsində İraqın ərazi bütövlüyü pozulub, əhalinin sisial-iqtisadi vəziyyət daha da ağırlaşıb.       Vətəndaş cəmiyyətinin hegemonluğu şəraitində dövlətin rolu çox zəif olur. Belə hallarda ümumi-ictimai maraqlar institusional dəstək və müdafiəsini itirir, fərdi, şəxsi maraqların cəmiyyətdə hakimiyyəti, üstünlüyü qurulur. Bu şəxsi, fərdi maraqların hər biri ümummilli statusa iddia edir, cəmiyyət anarxiya və xaosa çevrilir. Vətəndaş cəmiyyətinin hegemonluğu, demokratiyanın güclü inkişaf etməsi inkişaf etmiş ölkələrdə milli maraqların formalaşmasında yeni bir problem ortaya çıxartdı. Bu problemin mahiyyəti ondan ibarətdir ki, dövlətin həddən artıq demokratikləşməsi, plüralist cəmiyyətdə ayrı-ayrı qrup maraqları ümummilli maraq səviyyəsinə qalxır, ölkənin ümumi ictimai maraqları bir kənarda qalır, qrup marağı dövlət səviyyəsinə qaldırılır.Bu problemi Samuel Hantinqton “Foreign Affairs” jurnalından çap edilmiş “Amerikanın milli maraqlarının eroziyası” adlı məqaləsində Amerika cəmiyyəti timsalında geniş təhlil edir.1 Hantinqton göstərir ki,Amerikanın dünya işlərinə cəlb edilməsi onun milli maraqlarından çox kommersiya və etnik maraqlara yönəlib. İqtisadi və etnik parbikyullarizm Amerikanın dünyada rolunu müəyyənləşdirir.        Burda göstərilən kommersiya maraqları elə də böyük təhlükə törətmir. Amerika üçün əsas təhlükə Hantinqtona görə etnik qrupların maraqlarıdır, çünki onlar Amerikadan kənardakı xalqların və qurumların maraqlarını tə'min etməyə çalışırlar.1 Bu Amerikaya gəlişi ayrı-ayrı millətlərin nümayəndələrinin fəaliyyətini nəzərdə tutur. ABŞ-da mövcud olan demokratik qurluşdan, siyasi plüralizmdən istifadə edərək bu qruplar güclü diaspora yaradaraq Amerika xarici siyasətinə tə'sir edirlər.        Yəhudi diasporunun erməni diasporunun fəaliyyəti bundan ibarətdir. Məhz, erməni diasporunun, fəaliyyəti nəticəsində regionda Qərbpərəst siyasət yeridən Azərbaycana qarşı qəbul edilmiş və onun ABŞ-dan rəsmi yardım almasına maneə olan Azadlığı müdafiə aktına 907-ci düzəliş belə qrupların fəaliyyətinin nəticəsidir 

Baxış sayı: 129
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Cənubi Azərbaycanın taleyin nece görürsünüz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 15
Keçən ayın hiti: 4698
Dünənki hit: 191
Bugünki hit: 105
Ümumi hit: 36024

AddThis Feed Button
Add to Technorati Favorites