Reklam verin!
Yuma Ailə Jurnalı

Ağdam həsrətli şer

Səni görməyincə ölmərəm Ağdam,  ağdam

Gözümün yaşını silmərəm, Ağdam,

Sual çox, cavabını bilmirəm Ağdam.

Səni belə ucuz niyə satdılar?

Düşmənin ayağı altda atdılar.

        *

Yaşadıq bəd aylar,uğursuz illər,

Axdı gözümüzdən kükrəyən sellər,

Dönəndə qoynuna yeni nəsillər.

Ağdam, deyərsən ki, bir German vardı, Vətən həsrətini qəbrə apardı.


Hər birinin xalq içində hörməti,

Məclislərdə şirin-şirin söhbəti,

Nümunədir dostluqlara, vəhdəti.

Üçüncüsü mənəm-adım Germandır,

Bu dostluğa qıyma,Allah,amandır.

                  

Əkbər Rüstəmov, Əbülfəz, Mübariz,

Güləş aləmində qoyubdular iz,

Ceyhun Məmmədovu sevir elimiz.

Hər yarışda çempion adı aldı,

Bayrağımız yeddi dəfə ucaldı.

                     *

Cəbi həm döyüşkən, həm deyib-gülən,

Əli sədaqəti, dost qədri bilən,

Vasif dar günündə hayına gələn.

Hər kəsə dost deyib, güvənmək olmur,

Təmənnasız dostluq heç vədə solmur.

                         *

Kəngərli Adilin vuran əli var,

Ədalətin haqq söyləyən dili var,

Natiq müəllimin neçə rəsmi var,

Baxıb-baxıb Ağdamı yad eyləyək,

Əsir qalan ruhları şad eyləyək.

 

                     *

 

Baş Qərvənddi girəcəyi Ağdamın,

Uzundərə - dərəciyi Ağdamın,

Demə, varmış görəcəyi Ağdamın.

 Ellər ona, o ellərə həsrətdi,

Qəfəsdədir, bül-bül gülə həsrətdi.

 

             *

Rey adlı bir igidimiz olubdu,

Qeyrətilə aləmə səs salıbdı,

Vaxtsız əcəl onu bizdən alıbdı.

İgid ölər adı qalar əyatda,

Tənha çiçək vaxtsız solar həyatda.

                          *

“Fantamas” Elxan tanındı hünərlə

Adətiydi maşın sürmək sürətlə,

Qabili də xatırladıq hörmətlə,

Xalıqoğlu Sabirin qardaşıydı,

“Şef” Vəlinin dostuydu, sirdaşıydı.

                          *

Heydər əmi əzəmətdi, qürurdu,

“Sambist” Yaqub ürəklidi, cəsurdu,

Candan keçər, söz götürməz, məğrurdu.

Haqlını haqızdan xilas edərlər,

Sözdə kəsə, düz yol ilə gedərlər.

                         *

Natiq müəllimin incə qəlbi var,

Ətir saçır gül nəfəsi qış, bahar,

Bir rəssamdır-yaratdığı füsunkar.

Düzdə çiçək, dağ başında dumadır,

Bu dostluğa qıyma, Allah,amandır.

                          *

Ədalətin xasiyyəti adında,

Qızınarsan ürəyini odunda,

Ümid yeri qohumun da, yadında.

Tapındığı haqdı, bir də zamandır,

Bu dostluğa qıyma, Allah,amandır.

  

Çayçıların şahı çayçı Zeynaldı,

Tutduğu iş, verdiyi çay halaldı,

Söz-söhbəti şirin-şəkərdi, baldı,

Çayxanası daim dolu olardı,

Susuzlayan yolun ordan salardı.

                        *

Axşamüstü gün əyilib batanda,

Tay-tuşlarım gəlib mənə çatanda,

Neji, Bəndi semiçkasın satanda

“Dostluq”da bir “Qığılcıma” baxaydıq,

Sonra hay-küy salıb ordan çıxaydıq.

                       *

“Kino” Fazil bir əsəbi kişiydi,

Hirslənəndə söyüş söymək işiydi,

Vay onda ki, dava-dalaş düşəydi-

Tez yetişib abrımızı alardı,

Söyə-söyə bizi çölə salardı.

                      *

Milyon illər dövr eləyib kainat,

Çox şahları yola salıb bu həyat,

Yaxşılıqdan yamanlığa, nəhayət,

Bircə kəlmə sözün yetər, bilginən

Son tikəni imkansızla bölginən.

 

*

Fred Asif nağılımı,əfsanəmi,

Cəfər dərdi çarpaz dağlar sinəmi,

 Ala Yaqub getdi qəhrəman kimi,

Şirinliydi, Eldarlıydı Ağdamım,

Allahverdi vüqarlıydı Ağdamım.

 

 

Sürəyyamız, Tamaşamız var idi,

 Xuramanın adı-sanı var idi,

Gen tarlalar sanki bəyaz qar idi.

Qəhrəmanlar məkanıydı Ağdamım,

Halallığın sükanıydı Ağdamım.

                          *

İmarətin tarixi var yüz illər,

Pənah xanın ruhu burda vərəmlər,

Natəvana yas saxlayır tər güllər.

Yenə çal-çağırlı günlər olaydı,

“İmarət” im izdihamla dolaydı.

                         *

Ağdamın Dursunu, Dilbəri vardı,

Xasayı,Topuşu, Adili vardı,

“Qırın-qırın” Familin, Xəlil vardı.

Hər birinə hörmətlə yanaşardıq,

Şirin-şirin mehriban danışardıq.

                          *

Hamı tanıyırdı uzun Əbişi,

Çox ucaboy idi bu sağlam kişi,

Ancaq heç bir kəslə olmazdı işi.

Elmə fəda etdi o vücudunu,

Hə,bu da bir həyat oyunu.

 

*

 

Bazarımız dillərdə dastan idi,

“Köhnə hamam” canlara dərman idi,

Bulvarımız güllü-gülüstan idi,

Hovuzunda çimərdik, qaralardıq,

Dəcəllikdən necə ləzzət alardıq.

 

 

Murad Rzayevin “Qarabağ bülbülləri”

Gəzib dolaşırdı bütün elləri,

Sanki susdururdu axan selləri,

Tacirin gur səsi, yatımlı səsi,

İlhamiz, İzahat, Nazim nəfəsi.

 

*

Muğam məktəbimiz bizə əzizdir,

Rafiq Rüstəmovun hər işi düzdür,

Kəbleyidir, qəlbi,ruhu təmizdir.

Tar çalanda unudur dərdi, qəmi,

Xəyalları seyrə çıxır aləmi.

                          *

Ürəyimiz qəm qüssəylə dolanda,

Yellər əsib, güllərimiz solanda,

Gözlərimiz bu yollarda qalanda.

Rəmiş gəlib, könlümüzü alaydı,

Gitarada “Zəmin-xarə” çalaydı.

                         *

“Çay evində” oturub çay içəydim,

Uşaq tək “Lenin bağı”nda qaçaydım,

“Uçilişin” qabağınnan keçəydim.

Gözəlləri oğrun-oğrun süzəydim,

Tay-tuşlarla o baş, bu baş gəzəydim.

                         *

Kişilər var idi, edəndə söhbət

Sözündən elə bil süzürdü şərbət,

Zeynal müəllimə oxuyaq rəhmət

Füzuli dühasın əzbər bilirdi,

Qəzələ ağlayıb şerə gülürdü.

 

 

"Ağdam,Qarabağın toy otağısan,

Bülbüllər sayrışan gül yatağısan,

Həmişə baharın oğlan çağısan,

Baxdıqca oluram şad sənə Ağdam,

Nə gözəl yaraşır ad sənə Ağdam!"

*

Şahmalı Kürdoğlu dağ cüssəsiylə,

 Üzümün-gözümün qəm qüssəsiylə,

 Qəlbləri oxşayan həlim səsiylə,

“Rast”ı oxuyurdu, yox ağlayırdı,

 Qaynayan bulaq tək o çağlayırdı.                        

 *

Arif, Qədir, Vahid, Sədi, Səxavət

Məclislərə verərdilər təravət,

“Bəy tərifi” hər kəs üçün şərafət,

Hamı bir-bir nəmərini salardı,

Sağdış, soldış corab-dəsmal alardı.                          

*

Cansız əşyaları dindirir insan,

Mahir tarzən olub Məşədi Nərman,

 Deyirlər bu kişi tar çalan zaman

Quşlar da kiriyib asarmış qulaq,

Sanki çağlayarmış qaynar bir bulaq.

 *

Mənsum, Cabir, Fehruz bənzər bül-bülə

Nəfəsləri həyat verər hər gülə,

Bir “Şikəstə” çağırasız şövq ilə,

Xalq oyana,yürüş edək Ağdama,

Di tərpənin, durun gedək Ağdama.

 

Məni məndən alır xəyalım birdən,

Onda əsər qalmır qəmdən kədərdən,

Ağdam heykəlləşir gözümdə birdən

Ağdamım daşlaşmış Xudumu, Allah?

Xudunun Ağdamsız ruhumu, Allah?

*

Mustafa Çəmənli elinə bağlı,

Şahmar Əkbərzadə sinəsi dağlı,

Xudu Məmmədovun zəkası,ağlı,

Neçə elmin zirvəsini fəth etdi,

Ürəyi Ağdamsız dözmədi, getdi.

*

Aqil Abbas, tapdınmı ədaləti?

Söylə necə dəf eyləyək zilləti?

Haray çəkib söylədin həqiqəti,

Biz eşitdik, nadanlar eşitmədi,

Dərdlərimiz tükənmədi, bitmədi.

*

Gənc dostum, diqqətlə sən də qulaq as,

Muxtar Əliyevlə, Məşədi Abbas,

Ağdamda qoyublar böyük bir miras

Xeyirxah əməllər adətləriydi,

Tikib-qurduqları şöhrətləriydi.

*

Hər yanda məşhurdu sınıqçı Hadı

Hörmətlə, izzətlə çəkilir adı,

Qəfil əcəl onu qapdı, apardı,

Bir evdən yox, getdi eldən bu insan,

Hacı idi, safdı güldən bu insan.

 

Uşaqlıqda Göytəpəyə gedərdim,

Sərbəst idim nə istəsəm edərdim,

Qayğısızdım, yoxdu kədərim,dərdim,

Allahverdi "dədəmlə" iş görərdik,

Qarğılardan arakəsmə hörərdik

*

Fərhadın heykəli əzəmətliydi,

Məscidimiz hər yanda şöhrətliydi,

Ağdamımız güclüydü, qüvvətliydi,

Bükülməyən dizimizi bükdülər,

Sinəmizə çarpaz dağlar çəkdilər.

*

İsa kişi, allah sənə dəyməsin,

Qamətini, görüm fələk əyməsin,

Sənli yerdə heş kəs özün öyməsin,

Kəbleyisən, ağsaqqalsan, alimsən,

Ayələri şərh eyləyən dilimsən.

 

*

Molla Rəşid, yad edirik sizləri,

Unutmuruq dediyiniz sözləri,

İbrət verib öyrətdiniz bizləri,

Dillərdədir sözünüz, söhbətiniz,

Hər bir kəsdə sevginiz, rəhmətiniz.

*

Ağa Rövşən, nurlu mələk simalı

Vidadinin pak təmizdir amalı

Arif müəllimin geniş xəyalı

Kainatı qarış qarış dolanar,

Hacı Ramiz imanıyla dağ aşar.

 

"Qozlu bağ"da nahar edib durardıq,

Poladlıda Qar-qara baş vurardıq,

Axşam Sarcalıda məclis qurardıq,

Ah nə gözəl keflər edib yaşardıq,

Hər çiçəyə gülə nəğmə qoşardıq.

*

 

"SAarıtəpə" bir qarışıq yeriydi,

Orda baş çıxarmaq bir hünər idi,

Burdan neçə kənddə maşın gedərdi,

Şahbulağın qalasına qalxaydım,

Maqsudluya,Nəmirliyə baxaydım

*

Xıdırlının qaymağı çox dadlıydı,

Qiyaslının gilasları adlaydı,

Şelli narı,üzümüylə varlıydı,

SAybalıda tut yeyərdik şipşirin,

Abdalın ab-havası təmiz,sərin

*

Çuxurm əhlə-igidlərin məskəni,

Sarhacılı-Famil Mehdi məskəni,

Seyidlinin ətrafından keçəni

Kötəl çayı qarşılayar, salamlar,

Həzz alardı burda mehman olanlar.

*

Füqarə ocağı, dərdlərə dərman

Seyyid Lazım ağa-cəddinə qurban

Yoxmu bu həsrətin sonuna güman?

Yığışıb qayıdaq, Ağdama gedək

Gedək,yurdumuzu ziyarət edək

 

 

Baxış sayı: 212
Açar sözlər:
Bookmark and Share


1
Dostum yazıb:

Zaur bey, şeir yanğılı olsa da, bədii cəhətdən zəifdir, bəlkə görüşək?

May 15, 2008 17:09

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 301
Ümumi hit: 51213

AddThis Feed Button
Add to Technorati Favorites