Dağlıq Qarabağ probleminin həllinə onların münasibəti
Beynəlxalq təşkilatların yaradılmasında məqsədlərdən biri də dövlətlər
arasında yaranan münsibətləri tənzim etmək, əlaqələrin dənləşməsinə kömək etməkdir. Bu mənada beynəlxalq təşkilatların funksiyalarından biri sülh və təhlükəsizliyin qorunub saxlanılması, artıq meydana gəlmiş və ya yaranmaqda olan hərbi münaqişələrin tez həll olunmasında dövlətlərə köməklik etməkdir.
Belə ki, BMT Nizamnaməsinin preambulasında və ayrı-ayrı maddələrində bu barədə birbaşa göstərişlər vardır. Lakin qeyd etmək lazımdır ki, mövcud beynəlxalq təşkilatlar ümumi və konkret məsələləri həll etmək üçün yaradılır. Ümumi məsələləri həll edən beynəlxalq təşkilatlara BMT-ni, Avropa Şurasını və digər bu kimi beynəlxalq və regional təşkilatları misal gəstərmək olar. Konkret məsələləri həll edən beynəlxalq təşkilatlara isə NATO-nu (hərbi məsələlər üzrə), Beynəlxalq Əmək Təşkilatını (əmək məsələləri üzrə), Ümumdünya Səhiyyə Təşkilatını (sıhiyyə məsələləri üzrə) və s. bu kimi təşkilatları aid etmək olar.
Bu mənada qeyd etmək lazımdır ki, mövcud beynəlxalq təşkilatlardan hamısı heç də beynəlxalq münaqişələrin həll olunması üzrə fəaliyyət göstərmir. Belə səciyyəvi məqsədlər üçün ümumi səlahiyyətə malik olan beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq qurumlar yaradılır. Məsələn, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu və s.
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də iki dövlət arasında mövcud olduğu üçün beynəlxalq səciyyə daşıyır və bu münaqişənin həll olunmasında bir sıra beynəlxalq təşkilatlar səy göstərir. Qarabağ münaqişəsinin ədalətlə və beynəlxalq hüquq normaları çərçivəsində həll olunması, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınların öz yurd-yuvalarına qaytarılması, Erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılması ilk növbədə Azərbaycan xalqının haqlı tələbidir və beynəlxalq ictimaiyyət beynəlxalq hüquq normaları əsasında mövcud beynəlxalq təşkilatlar vasitəsilə bu problemin həllinə çalışmalıdır. Lakin münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana eyni münasibətlə yanaşılmaması, ikili standartların mövcud olması, o cümlədən işğalçı, təcavüzkar dövlətlə təcavüzə qurban olmuş dövlət arasında məhz siyasi mülahizələrə əsasən fərq qoyulmamasına baxmayaraq, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üzrə bir sıra beynəlxalq təşkilatlar fəaliyyət göstərirlər. bu təşkilatlar aşağıdakılardır:
- Birləşmiş Millətlər Təşkilatı
Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasında ən ali məqsəd beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasına, üzv dövlətlər arasında sülh əlaqələrinin genişlənməsinə nail olmaqdır. BMT öz məqsədlərini bir sıra orqanları vasitəsilə həyata keçirir. BMT-nin belə orqanları içərisində BMT-nin Təhlükəsizlik Şurası xüsusi yer tutur. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında başlıca məsuliyyət məhz onun üzərinə qoyulmuşdur. Təhlükəsizlik Şurasının malik olduğu geniş səlahiyyətlərə beynəlxalq ixtilflara gətirib-çıxara bilən və ya beynəlxalq mübahisəyə səbəb ola bilən istənilən mübahisəni və ya stuasiyanı, o cümlədən artıq yaranmış və münaqişə ocağına çevrilmiş hərbi konfliktləriaraşdırnaq və ona hüquqi qiymət vermək, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görmək, potensial və ya mövcud münaqişə regionuna müvafiq dövlətin razılığı ilə sülh məramlı qüvvələr göndərmək, beynəlxalq sülhün və qorunub-saxlanması üçün BMT-nin Nizamnaməsinin 39-51-ci maddələrində nəzərdə tutulmuş digər səlahiyyətlər daxildir. BMT-nin Nizamnaməsi ilə Təhlükəsizlik Şurasına beynəlxalq sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxara bilən beynəlxalq xarakterli hərbi münaqişələrə münasibət bildirmək və mövcud problemin həll olunması istiqamətində fəaliyyət göstərməsi funksiyası həvalə olunmuşdur. Bu mənada beynəlxalq münaqişəyə çevrilmiş Dağlıq Qarabağ problemi ilə məşğul olmaq hüququ da BMT-nin orqanları içərisində Təhlükəsizlik Şurasının səlahiyyətlərinə daxildir. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı BMT-nin Təhlükəsizlik Şurası bu münaqişəyə münasibətini bildirən 4 qətnamə qəbul etmişdir. Bu qətnamələr aşağıdakılardır:
- Erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonunu işğal etməsini pisləyən 822 saylı qətnamə (BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 3205 iclasında qəbul edilmişdir);
- Erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etməsini pisləyən 853 saylı qətnamə (BMT-nin Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 3259-cu iclasında qəbul edilmişdir);
- Erməni hərbi birləşmələrinin Azərbycan Respublikasının Dağlıq Qarabağın ətrafyanı ərazilərini işğal etməsini pisləyən 874 saylı qətnamə (BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 3292-ci iclasında qəbul edilmişdir);
- Erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini azad etməməsini və əlavə olaraq Zəngilan rayonunu və Horadiz şəhərini işğal etməsini pisləyən 844 saylı qətnamə (BMT-nin Təhlükəsizlik Şurasının 33 noyabr 1993-cü il tarixli 3313-cü iclasında qəbul edilmişdir).
Qeyd olunan bu qətnamələrlə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan Respublikasına məxsus hərbi birləşmələrlə Azərbaycan ərazilərinin işğal olunması faktı pislənir, Ermənistandan işğal etdiyi əraziləri təcili və qeyri-şərtsiz boşaldılması, qaçqın və məcburi köçkünlərin yaşadıqları ərazilərə qaytarılmasına şərait yaratması tələb olunur. Lakin təəssüflər olsun ki, Təhlükəsizlik Şurasının çıxartdığı qətnamələr bir sıra səbəblər ucbatından kağız üzərində qalmışdır. Əvvəla, BMT-nin qərarlarının da tərkib hissəsi olduğu beynəlxalq hüquq normaları birbaşa sanksiyaya malik deyildir, başqa sözlə yerinə yetirilmədiyi təqdirdə münasibətin subyekti üçün birbaşa məsuliyyət nəzərdə tutmur. BMT-nin Təhlükəsizlik Şurasının da qətnamələrində də belə bir məsuliyyət nəzərdə tutulmamışdır. Digər tərəfdən Qarabağ münaqişəsində böyük qüvvələrin də marağı olduğundan çıxarılmış qətnamələrin həyata krçirilməməsinə siyasi mülahizələr də mane olur. Bu mənada, münaqişə tərəflərinə ikili standartların tətbiq olunması da bura aid edilə bilər.
Dünyada beynəlxalq sülhün və təhlükəsizliyin qoruyucusu kimi çıxış edən BMT Qarabağ münaqişəsinin həll olunmasına çalışır və münaqişənin həll olunması istiqamətində daha effektiv nəticələr əldə ilunması məqsədilə problemin həlli ilə birbaşa məşğul olmağı ATƏT-ə həvalə etmişdir. ATƏT-in Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olması münaqişənin həll olunmasına BMT çərçivəsində yenidən baxılmasına mane olmur. Belə ki, münaqişə tərəfləri olan hər iki dövlət mövcud təşkilatların (ATƏT və s.) münaqişənin həll olunmasındakı fəaliyyətini yetərsiz və səmərəsiz olduğu qənaətinə gələrsə, münaqişənin həlli istiqamətində BMT-nin yenidən aktivləşməsi məqsədilə BMT-nin Baş Məclisinə müraciət edə bilər
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin birbaşa həlli ilə məşğul olan beynəlxalq təşkilat məhz ATƏT-dir. 1994-cü ilə qədər Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) adlanan bu təşkilat vahid təsis aktı olmayan, başlıca məqsədi Avropada uzunmüddətli sülhün təmin edilməsi üçün şəraitin yaradılması, təhlükəsizlik, tərksilah münaqişəli stuasiyanın qarşısının alınması, eləcə də iqtisadiyyat, mədəniyyət, insan hüquqları və digər sahələrdə əməkdaşlığı əhatə edən beynəlxalq regional təşkilatdır. Bu təşkilatın məqsədləri və fəaliyyət istiqamətləri 1975-ci il Helsinki Yekun Aktı, 1990-cı il Yeni Avropa üçün Xartiya və Budapeşt Sammiti (1994) Qərarında əks olunmuşdur.
Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-ə geniş funksiya və səlahiyyətlər həvalə olunmuşdur. Münaqişə üzrə ATƏT-in funksiyalarına münaqişənin dərinləşməsinə və genişlənməsinə yol verən halların aradan qaldırılması (bu məqsədlə ATƏT rəsmiləri tərəfindən dövrü olaraq münaqişə tərəflərinin təmas xəttində ATƏT-in fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsinin mandatına uyğun olaraq monitorinqlər keçirilir və müşahidənin nəticələri Baş Ofisə göndərilir), münaqişənin həll olunması üçün zəruri şəraitin yaradılması (bu məqsədlə dövlət başçılarının dövrü olaraq görüşlərinin keçirilməsi təşkil olunur), münaqişənin həlli istiqamətində səmərəli təkliflər hazırlanması və tərəflərə təqdim edilməsi, münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyətə mövcud stuasiya barədə məlumat verilməsi və s. daxildir.
ATƏM-in 1992-ci ilin 27-28 fevral tarixlərində keçirilən konfransında BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həll olunması ATƏM-ə həvalə olunmuş və bununla da münaqişə beynəlxalq konflikt statusu almışdır. 1994-cü il martın 24-də ATƏM-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının birinci əlavə görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunaraq münaqişənin sülh yolu ilə həll edilməsi üçün Minsk şəhərində konfrans çağırılması haqda qərar qəbul edilmişdir. Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş konfransda problemin həlli ilə məşğul olmaq üçün xüsusi Qrupun yaradılması qərara alındı. Sonradan ATƏT- in Minsk Qrupu adlanan bu Qrupa xüsusi imtiyaz və səlahiyyətlər verildi.
Minsk Qrupunun fəaliyyəti çərçivəsində atılacaq ilk addım kimi münaqişə tərəflərinə hərbi əməliyyatların dayandırılması üzrə danışıqlar oldu. Bu danışıqlar öz bəhrəsini verdi və hər iki ölkənin dövlət başçısı 1994-cü ilin may ayında Bişkek şəhərində atəşkəs barədə Bişkek protokolu imzalandı. Bununla da aktiv hərbi əməliyyatlar dayandırıldı. ATƏT-in 1994-cü il 5-6 dekabrda keçirilən Budapeşt Sammitində iştirakçı dövlətlər Minsk konfransının nəticələrini dəstəkləyərək həmsədrlik institutunu yaratdılar. Həmsədrlik institutuna 3 dövlət daxil edildi: Amerika Birləşmiş Ştatları (Beynəlxalq Birliyi təmsilən); Fransa (Avropa Birliyi təmsilən); Rusiya (SSRİ-nin varisi kimi regionu təmsilən).
Sammitdə qərara alındı ki, münaqişənin həlli istiqamətində aparılacaq danışıqlar üzrə həmsədrlər öz səylərini ATƏM-in prinsipləri və razılaşdırılmış mandat üzərində quraraq Minsk Qrupunun görüşlərində birlikdə sədrlik etməlidirlər. Qərara əsasən həmsədrlərin səylərin çərçivəsində atılacaq ilk addım kimi münaqişənin yaratdığı əsas nəticələri aradan qaldıra biləcək hərbi münaqişənin dayandırılması üzrə siyasi sazişin imzalanması məqsədilə həmsədrlər tərəfindən əməli qaydada danışıqlar aparılmalıdır. Budapeşt Sammitinin nəticələrinə əsasən 1994-cü il dekabrın 20-də Vyanada Ermənistan – Azərbaycan münaqişəsi üzrə Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olundu. Bu Qrupun əhəmiyyətli effektiv fəaliyyəti olmadığından bütün nəzərlər Minsk Qrupunun fəaliyyətinə yönəldi. 1995-ci il avqustun 28-də ATƏT-in Minsk Qrupunun müzakirəsində olan münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi vəzifəsi təsis olundu. ATƏT-in 1996-cı il dekabrın 2-3-də keçirilən Lissabon Sammitində 54 iştirakçı dövlət tərəfindən Qarabağ münaqişəsinin həllinə dair aşağıdakı prinsiplər bəyan edilmişdir:
Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi;
Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat
1997-1998-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk Qrupu Həmsədrləri tərəfindən 3 təklif irəli sürülsə də, ilk iki təklif Ermənistan, sonuncu Azərbaycan tərəfindən qəbul olunmamışdı. Daha sonra Minsk Qrupu vasitəsi ilə Ki-Uestdə və Praqada hər iki ölkənin dövlət başçılarının görüşləri keçirilmiş və müəyyən açıqlanmayan irəliləyişlərin olduğu bildirilmişdir. Lakin bütün səylərə baxmayaraq , heç bir nəticə əldə olunmadığına görə Azərbaycan tərəfi ATƏT- in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətini yetərsiz qiymətləndirməş və fəaliyyət cəhdlərini artırmağı tələb etmişdir.
Beynəlxalq hüququn prinsip və normaları, xüsusilə də ATƏT-in əsas sənədi olan Helsinki Yekun Aktının prinsiplərini kobudcasına pozan təcavüzkar ölkəyə qarşı ATƏT-ə üzv dövlətlərin güclü siyasi iradə nümayiş etdirib ciddi tədbirlər həyata keçirməməsi bu təşkilatın nüfuzuna əsaslı olaraq xələl gətirir.
Avropa Şurası və Avropa Birliyi
Avropa Şurası (AŞ) 1957-ci ildə yaradılmış regional təşkilatdır. AŞ-nın əsas fəaliyyət istiqamətlərinə Avropanın regional və yerli sosial-iqtisadi, mədəni inkişafı və digər sahələrlə bağlı qərarların müzakirəsi və qəbulu kimi geniş məsələlər daxildir. Avropa Şurası siyasi bir təşkilat olmaq etibarilə həm də bütün Avropa ərazisində mövcud siyasi və etnik qarşıdurmalardan törənən hərbi konfliktlərin həll edilməsinə çalışır. Azərbaycan Respublikası hələ 2001-ci ildə quruma üzv olarkən Avropa Şyrası Parlamrnt Assambleyasının (AŞPA) qəbul bəyannaməsində qeyd olunmuşdu ki, AŞ Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə tərəfdardır və onun səylərini dəstəkləyir. AŞPA bəyan etmişdir ki, bu qurum Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olmasa da, üzvlərin arzusu ilə problemin həlli istiqamətində müəyyən məsələni Parlament Asambleyasının müzakirəsinə çıxara bilər. qarabağ probleminin həlli istiqamətində beynəlxalq birliyin (xüsusən də Avropa dövlətlərinin) səylərinin kifayət qədər olmadığını əsas gətirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin müraciəti ilə əlaqədar AŞPA-nın 2004-cü ilin payız sesiyasında Qarabağ probleminin həlli yolundakı son vəziyyətlə bağlı müzakirələr keçirildi və münaqişə vəziyyəti üzrə Alt Komitə yaradıldı. Bunun ardınca Alt Komitənin məruzəçıləri seçildi və artıq onlar da keçən dövr ərzində münaqişə reqionuna səfər etmiş və məruzə hazırlayaraq AŞPA-ya təqdim etmişlər.
Avropa Birliyi və Fransanın qismində münaqişənin həllində iştirak edir və bəyan etmişdir ki, o tərəflərin gəldiyi nəticəni dəstəkləyəcəkdir.
Lakin qeyd etmək lazımdır ki, Avropa Şurası və Avropa Birliyi siyasi təşkilatlardır və dəfələrlə rəsmi səviyyələrdə bildirmişdir ki, hər iki qurum həm Azərbaycana, həm də Ermənistana fərq qoymadan eyni münasibətlə yanaşır. Bu isə o deməkdir ki, Avropa təşkilatlarından təcavüzkarı tanımalarını tələb etmək və problemin həlli istiqamətində ədalətli mövqe tutmalarını gözləmək məntiqsizdir. Hesab edirik ki, belə olan təqdirdə Azərbaycan tərəfi əsasən Avropa təşkılatları vasitəsilə Avropaya, bütün dünyaya onun haqq səsini çatdırmaq, münaqişənin yaranma səbəbləri və Ermənilərin işğalçılıq niyyətləri ilə bağlı informasiyalar çatdırmaq, Erməni lobbisi tərəfindən Azərbaycana qarşı yaradılmış mənfi rəyin aradan qaldırılmasına çalışmaqdır.
- Beynəlxalq Cinayət Məhkəməsi
17 iyul 1998-ci ildə Roma şəhərində qəbul olunmuş Statut (müqvilə) əsasında yaradılmış və Haaqa şəhərində fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında bəşəriyyətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. BCM beynəlxalq cinayət işləri üzrə ən ali məhkəmə orqanıdır. BCM-in fəliyyətini əhatə edən sahələrlə beynəlxalq sülhün və təhlükəsizliyin pozulmasına səbəb olan dörd qrup cinayətlər daxildir. Bu qruplara genosid cinayətləri, bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər və hərbi təcavüz cinayəti daxildir.
BCM Qarabağ münaqişəsinin həlli ilə məşğul olan təşkilatlar sırasına daxil olmasa da, hesab edirik ki, BCM Qarabağ probleminin həlli istiqamətində mühüm rol oynaya bilər. Belə ki, Azərbaycan dövləti illərlə Ermənilər tərəfindən törədilmiş heç bir normaya sığmayan, qeyri-insani vəhşilikləri BCM vasitəsilə tətbiq etdirə və bununla da bütün dünyaya qəbul etdirə bilər. BCM-in Roma Statutunun 11-ci maddəsində nəzərdə tutulur ki, BCM-in Roma Statutu onun qüvvəyə mindiyi dövrdən (2001-ci il) sonra törədilmiş beynəlxalq xarakterli cinayətlərə tətbiq olunur (ratione temporis). Bu maddəyə əsasən artıq Azərbaycan Respublikası Xocalı soyqırımının araşdırılması və günahkarların cəzalandırılması məqsədilə BCM-ə müraciət edə bilər.
Belə ki, “Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası”nın rəsmi məlumatına əsasən hal-hazırda Ermənistan Respublikası və işğal olunmuş ərazilərdə 4000-ə yaxın azərbaycanlı əsir saxlanılır. Ermənistan rəsmiləri bu məlumatı dəfələrlə təkzib etsələr də, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində bu faktların mövcudluğunu sübut edən kifayət qədər dəlillər vardır. Ermənilərin azərbaycanlı əsirləri atəşkəs dövründə əsirlikdə saxlamaları beynəlxalq hüquq normalarının (həm 1949-ci il Cenevrə Konvensiyalarının, həm də 1998-ci il BCM-in Roma Statutunun müvafiq normalarının) kobud pozuntusudur və beynəlxalq cinayət hesab olunur. Bu əsirlər Qarabağ müharibəsinin aktiv dövründə əsirliyə götürülsə də, üzərindən uzun illər keçməsinə baxmayaraq onların əsirlikdən azad edilməmələri davam edən beynəlxalq cinayət kimi qiymətləndirilir və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 5-ci maddəsinə əsasən BCM-ə müraciət etmək üçün əsasdır.
Digər tərəfdən BCM-ə qoşulmaq üçün BCM-in Roma Statutuna qoşulmaq tələb olunur. Lakin hələlik Azərbaycan Respublikası Statuta qoşulmayıb. Statutun 11-ci maddəsinin tələblərinə əsasən əgər Azərbaycan Respublikası BCM-ə müraciət etmək istəyərsə, həmin Statuta qoşulmalıdır. Ona görə də elmi dairələrdə, rəsmi səviyyələrdə Azərbaycan Respublikasının Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması imkanları nəzərdən keçirilib, təhlil olunmalıdır. Çünki hərbi münaqişə vəziyyətində olan ölkəmiz üçün bu çox vacib və əhəmiyyətli ola bilər.



