Türkçülük, Türk milliyətçiliyinin adıdır. 
Türkçülük bir məfkurə-idealdır. İdeallar, millətlərin mənəvi qidasıdır. İdealsız millətlərin ən bəxtlisi də ölgün və sönük qalmağa məhkumdur. Əgər bu millət bəxtli də deyilsə, onun sonucu yenilmək, əzilmək, hətta yox olmaqdır
İdeallar, gerçəklə xəyalın birləşməsindən doğmuş olan, dünənə baxaraq ertəsi gününü arayan, millətlərə inkişaf yolunda sürət verən və uğrunda ölünən ulu diləklərdir. Millətlər, ölə bildikləri qədər yaşamaq haqqına sahibdirlər.
Türkçülük, böyük Türkelində, Türk ulusunun qeyd-şərtsiz hakimiyyəti və azadlığı ilə Türklüyün hər yöndən bütün millət-lərdən irəli və üstün olması idealıdır.
Bu ideal, keçmişdə, bir neçə dəfə gerçəkləşib. Ulu Türkçülük idealı və inancı ilə yetişən gənclik sayəsində yenidən gerçək olacaq.
Türkçülük, dünən bir qaynaqdı, bu gün çaydır. Bu çay ertəsi gün daha da coşğunlaşacaq və önündəki yad düşüncə və duyğulardan ibarət əngəllər yıxılacaq.
Türkçülük beş qaynaqdan gəlir:
1. Kökü çox əskilərə dayanan və Türk ulusunun şüural-tında minillərdən bəri yaşayan milliyətçilik;
2. Türklərin 450 ildən bəri çəkdikləri çətinliklər;
3. Yurdumuzun Türksüzləşdirilməsi istəkləri;
Bu beş qaynaqdan gələn düşüncələr bir-birilə qaynayıb-qarışıb yoğrularaq bugünkü Türkçülük ortaya çıxıb. Bir millət yüksəlmə iradəsini daşımazsa, özünə güvənməzsə, başqalarını yamsılamaqdan başqa bir şey etməzsə, keçmişiylə öyünməzsə, başqalarından üstün olmaq istəməzsə, ideal üçün ölümü gözə almazsa, savaşdan qorxarsa, o millət içindən çürümüş deməkdir.
Göyalpın fikirincə türkçülük siyasi bir partiya deyildir. Elmi, fəlsəfi, estetik bir məktəbdir. Başqa bir deyimlə, kültürlə bağlı bir çalışma və yeniləşən yoldur. Türkçülüyün siyasi ma-hiyyət daşıdığını görkəmli ictimai xadım və şair Əlibəy Hüseynzadə də vurğulayır. Bununla birlikdə, Türkçülük büsbü-tün siyasi məfkurələrə də biganə qalmır. Ona görə ki, Türk kültürü digər məfkurələr ilə birlikdə siyasi məfkurəyə də malikdir. Məsələn, türkçülük heç bir vaxt klerikalizm, teokratiya zülm rejimi ilə sazişə girə bilməz.
Türkçülük çağdaş bir axındır və ancaq çağdaş mahiyyət daşıyan axınlar və məfkurələr ilə sazişə girə bilər. Böyük Türk sosyoloqu Ziya Göyalp türkçülük axımının ortaya çıxmasını ictimai hadisə adlandırır və bu hadisənin izahında «tarix mater-yalizmi» və «ictimai məfkurəçilik» baxışlarına aid iki zidd nəzəriyyəni qaşımıza qoyur: Birinci nəzəriyyəyə görə Türkçülük yalnız iqtisadi səbəblərdən doğmuşdur. Və ikinci nəzəriyyəyə gö-rə, türkçülük axınının doğması ictimai quruluşun dəyişikliyə uğ-ramasından irəli gəlmişdir. Ziya Göyalp əlavə edir: Türkçülüyün ilk əsaslarından biri «Xalqa doğru» prinsipidir. Xalqa doğru getmək isə seçilmiş adamların üzərinə düşür. Seçilmiş adamların burada iki məsuliyyəti daşımalıdırlar. Birincisi xalqın içində yaşayaraq, ondan milli kültürü bütünlüklə almaq, ikincisi xalqa mədəniyyət aparmaq.
Z.B.Göyalp “Türkçülüyün əsasları” kitabında türkçülüyü üç qismə bölür: 1. Türkiyəçilik; 2. Oğuzçuluq və türkmənçilik; 3. Turançılıq. Göründüyü kimi, Z.B.Göyalp Türklərin dövlət mə-nafelərini daha üstün tutaraq birinji yerə türkçülüyü deyil, türki-yəçiliyi qoyur. Bu ideyalar sonradan Kamalizmin təməl daşını təşkil etdi. Kamalizm ölkənin rəsmi ideologiyası kimi qəbul olunanda (1936-jı il) etatizm (dövlətçilik) birinji, türkçülük isə ikinji prinsip kimi qəbul olundu.
Ziya Göyalpa görə, xalqda mədəniyyət yox milli kültür var. O, milli kültürlə mədəniyyət arasında oxşarlıqları və fərqlilikləri belə izah edir:
«Milli kültür ilə mədəniyyət arasında həm bir birləşmə yeri, həm də ayrılıqlar vardır. Kültür ilə mədəniyyət arasında birləşmə yeri ikisinin də bütün toplumasal həyatları içlərinə almasından ibarətdir. Toplumasal həyatlar bunlardır: Din, əxlaq, hüquq, ağıl, estetika, iqtisadiyyat, dil və texnika ilə bağlı həyatlar bu səkkiz növ toplumasal həyatın toplamına cəmiyyətdə «kültür» adı verildiyi kimi, mədəniyyət də deyilir. Kültür ilə mədəniyyətin arasındakı ayrılıqlar bundan ibarətdir ki, birincisi kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır. Kültür yalnız bir millətin din, əxlaq, ağıl, estetika, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütündür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox bütündür. Məsələn, Avropa və Amerika mədəniyyət dairəsində bütün avropalı millətlərin ortaq bir qərb mədəniyyəti vardır. Mədəniyyətin içində biri-birindən ayrı və müstəqil bir İngilis kültürü, bir fransız kültürü, bir Alman kültürü və s. mövcuddur.» Biz Cənubi Azərbaycan türklərinə türkçülüyü aşılamaq üçün millətimizdə milli şüur oyatmalıyıq. Ona görə ki, ümumi bir qayda olaraq, tarix göstərir ki, hansı millətdə milli şüur oyanıbsa o millətdə tərəqqi və təkamül axımı yaranıb və hər şey yüksəlməyə başlayıb və o, millət müstəmələkə olmaq təhlükəsindən əbədi olaraq yaxa qurtarıb. Bunun ən bariz nümunlərindən Avropalılardırlar. Bu millətlərədə milli şüur oyandığına görə Avropanın heç bir ölkəsində müstəmləkə yaratmaq mümkün deyildir.
Biz mədəniyyətdə Avropa millətlərindən geri qalsaq da, kültür yönündən heç bir milləti özümüzdən üstün bilmirik. Bizə görə, Türk kültürü, dünyaya gəlmiş və gələcək kültürlərin ən gözəlidir. Buna görə də, nə fransız, nə Alman, nə də başqa hər-hansı kültürün təqlidçisi və əsiri olmağımız mümkün deyildir. Biz onları da digər kültürlər kimi yalnız, millətlərinə məxsus xüsusi kültür hesab edirik. Onlardan da başqa kültürlər kimi ekzotik-qarışıq bir zövqlə ləzzət alırıq. Türkçülük bütün eşqi ilə yalnız öz orjinal kültürünə vurğun olmaqla bərabər, şovinist və fanatik deyildir. Qərb mədəniyyətini tam və nizamlı surətdə almağa girişdiyi kimi, heç bir millətin kültürünə qarşı laqeydliyi və saymazlığı da yoxdur. Əksinə bütün milli kültürlərə dəyər verib və hörmət edirik, hətta bir çox pisliklərini gördüyümüz millət-lərin belə, siyasi təşkilatlarını sevməməklə bərabər, mədəni və kültürəl əsərlərinə hörmət edib, mütəfəkkirlərinə və sənətkarla-rına qarşı sayğı ilə yanaşırıq. Bizə görə türkçülüyün məqsədi Türk milli kültürü və milli şəxsiyyəti yaratmaqdır. Bu məfkurə din azadlığı və qərb mədəniyyəti ilə tamamlanır.


