May ayının 24-u Isveçin Linköping şəhərində Azərbaycan Demokratik Cumhuriyyətinin 90 illiyi çox böyük tədbirlə qeyd olundu.Isvechin Linköping şəhərində fəaliyyət göstərən"Babek Linköping" dərnəyinin təşkilatçılığı ilə həyata keçirilən bu tədbir haqqında Östergötland viayətinin "Extra" ve çox nüfuzlu "Correspondenten" qəzetleri etraflı yazdılar.Dərnəyin sədri Aslan bəy Arablounin şəxsən təşəbbüsü ilə bu gün artıq Isveçin Linköping bələdiyyəsi tərəfindən "Azərbaycan dili" rəsmi qeydiyyata alındı. Ana dili məktəbi açmağa və məktəbin müəliminin əmək haqqını Isveç dövlətindən almağa şərait yaratdı.
”Correspondenten” 28 may 2008
“Två fria år firas ännu efter 90 år” Iki il ömrü olmuş müstəqillik 90 ildən sonra qeyd olundu.
Linköping
Bu gün Linköping azərbaycanlıları öz vətənlərində 90 il əvvəl qazanmış lakin cəmi iki il yaşamış demokratik cumhuriyyətlərinin il dönümünü təntənə ilə keçirirlər. 28 may onlarçün heç də adi, az əhəmiyyət kəsb edən gün deyildir.Bu tarixdə,1918-ci ildə müsəlman şərqində ilk dəfə olaraq məhz Azərbaycanda Demokratik Cumhuriyyət qurulmuşdu ki, bu da insanlara xüsusi ilə də qadınlara azad seçim ixtiyarı verirdi.Amma düz iki il sonra tərkibində hazırlıqlı zabitlər də olan ”qırmızı ordu”nun mütəşəkkil dəstələri tərəfindən bu gənc demokratik quruluş süquta endi.Bununla belə Azərbaycanın bölünməsi 1828-ci ildən başlanmışdı ki, məhz elə həmin dövrdə Çar Rusiyası bu ölkənin beşdən birinə Farsstan (qeyd tərcüməçi:Persien-İran nəzərdə tutulur) isə qalan hissəsinə sahib olmuşlar.
Bölünmək hələ də əvvəlki kimidir. Bu gün Azərbaycan hələ də bir bölünmüş ölkədir ki,şimal hissəsi əvvəllər Sovetlərin tərkibində idi və cənub hissəsi də hal-hazırda İran idarəçiliyində davam edir ki, burada da azərbaycan dili bir rəsmi əlaqə vasitəsi kimi istifadə olunmur. Linköping və onun ətrafında 800-ə yaxın azərbaycanlılar yaşayır ki,onlar həm Azərbaycan Respublikasından həm də şimali İran ərazisindəkı cənubi Azərbaycandan gəlmə insanlardır.
-Baxamyaraq ki bizim hələ də bir vahid torpağımız yoxdur, amma burda, Linköpingdə biz biləşmişik deyə Aslan Arabloui məlumat verir. O Tallbodada (qeyd: Linköpingdə ərazi vahidi) şəxsi şirkət sahibi, mülkiyyətçi və maşın mexanikidir, 1992-ci ildən İsveç vətəndaşı və 18 il əvvəl 12 üzv ilə birlikdə yaratdıqları Östergötland (qeyd:İsveçin ən böyük vilayətlərindən biri) vilayətindəki azərbaycanlılar dərnəyinin sədridir. Hazırda dərnəkdə 100-dən artıq insan məşğul olur. Mədəniyyət nümunələrini paylaşmaq. Məhz elə bunun prakrik tərkib hissəsi kimi ötən şənbə dərnəyin Landerydsgardendə(qeyd: Linköpingdə bir mədəniyyət evinin adıdır) öz ölkələrinin müstəqilliyin 90 illik münasibəti ilə keçirdikləri tədbiri qeyd etmək yerinə düşərdi.
Dərnəy hazırda Studiefrämjandet (qeyd: araşdırmalar və inkişaf təşkilatı) təşkilatı ilə birlikdə işləyir ki, onların binasından da həftəlik görüşlər və mədəniyyət tədbirlərinin keçirilməsi üçün istifadə edir. -Əvvəllər buraya köçən azərbaycanlılar olaraq bizim məqsədimiz yalnız görüşmək idisə indi isə əsasən daha çox həm öz mədəniyyət nümunələrimizi paylaşmaq və həm də İsveçdə doğulanlara öz ana dilimizdə danışmağa yardım etməkdir.Bu həm də gəlmələrə inteqrasiya sahəsində yardım etmək deməkdir- deyə Linköping Xalquniversitetinin tələbəsi 17 yaşlı 4 il əvvəl ailəsi ilə birlikdə İsveçə gəlmiş Allahverdi Verdizadə əlavə etdi. Buna nümunə olaraq bu ilin əvvəlində yaradılmış Azərbaycan Xalq Rəqs kursunu qeyd eləmək yerinə düşərdi.
Hal hazırda on dörd nəfər(qeyd:rəqs kollektivi 16 nəfərdən ibarətdir.) kollektiv üzvü bir çox tədbirlərdə çıxış edirlər-necə ki, şənbə günündəki yubiley tədbirində də çıxış etdilər.
Birgitta Pettersson, müxbir.
Jan Christer Persson, fotograf
Məqaləni orjinaldan Rahim Sadıqbəyli tərcümə etdi.


