Reklam verin!

Azərbaycanlı alpinist Əli Sənai

alpinistKaliforniyanın şimalında yaşayan azərbaycanlı alpinist Əli Sənai Meksikanın ən yüksək zirvəsi olan Orizaba dağını fəth edib.

Soydaşımız 5636 metr hündürlüyündə olan və Şimali Amerikanın üçüncü ən yüksək zirvəsi sayılan Orizabaya Azərbaycan bayrağını sancıb. Əli Sənai verdiyi açıqlamada bildirib ki, Meksikanın ən hündür zirvəsini fəth edərkən Xocalı soyqırımı qurbanlarını yad etmək və onların harayını dünyaya çatdırmaq istəyib. Həmyerlimiz bu aksiya ilə həmçinin vətəni olan Azərbaycanı təbliğ etmək məqsədi daşıdığını da qeyd edib.

Əli Sənai yaxın gələcəkdə Afrikanın Kilimancaro, Cənubi Amerikanın Akonakua, Alyaskanın Denali və Himalayın Everest zirvəsini fəth etmək niyyətindədir. Qeyd edək ki, Əli Sənai 18 yaşından etibarən alpinizmlə maraqlanır. O, Meksikanın Orizaba zirvəsinə türkiyəli dostu Hakan Yalçın ilə bir yerdə qalxıb.


Baxış sayı: 116
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Cənubi Azərbaycanın taleyin nece görürsünüz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 4
Keçən ayın hiti: 4698
Dünənki hit: 191
Bugünki hit: 94
Ümumi hit: 36013

AddThis Feed Button
Add to Technorati Favorites