Reklam verin!

ESTONİYADA AZƏRBAYCAN DİASPORU

Ümumi məlumat:

Rəsmi adı Estoniya Respublikası

Ərazisi: 45,227 km2

Əhalisi: 1,315,912 mln. (2007)

Paytaxtı: Tallin Rəsmi dili: eston Pul vahidi: eston kronu estoniya

Milli bayram: 24 fevral-Müstəqillik günü (1918)

 

Qısa tarixi məlumat:

 Estoniya Azərbaycanın müstəqilliyini 20 fevral 1992-ci ildə tanımış, ölkələrimiz arasında diplomatik münasibətlər 20 iyun 1992-ci ildə qurulmuşdur. Azərbaycanın Latviyadakı Səfiri T.Zülfüqarov eyni zamanda Estoniyada akkreditə olunub. Estoniyanın Türkiyədəki Səfiri M.Volmer Azərbaycana akkreditə olunub.

 *******************

 Baltikyanı respublikalardakı Azərbaycan diasporu həmişə fəal olub. Bu respublikaların müstəqillik qazanmasında soydaşlarımızın da kiçicik əməyi olub desək, yanılmarıq. Azərbaycanlılara yaxşı münasibətin kökündə bununla yanaşı, ortaq hərəkat və hərəkət taleyi də var. Bunlar içərisində Azərbaycan diasporunun mütəşəkkil fəaliyyətinə, ictimai siyasi aktivliyinə görə Estoniyadakı Azərbaycan diasporu xüsusilə seçilir.


 Azərbaycanlıların Estoniyada nə zaman gəldiyi barədə dəqiq məlumat yoxdur. Hələ XIX ərin sonlarında Estoniya kitabxanaları və mahal müəssisələrində Azərbaycanın tanınmış şair və ədiblərindən Mirzə Şəfi Vazeh, Molla Pənah Vaqif və Mirzə Fətəli Axundovun alman dillərində tərcümə edilən kitabları barədə məlumat verilir. 1851-ci ildən etibarən Yuxan Kiyv, Qustav Vulf və Anna Haov dahi Vazehin əsərlərini alman dilindən eston dilinə tərcümə etmişdir ki, azərbaycanlı ədib və şairlərin əsərlərinin təsiri altına düşən Eston alimləri və ədəbiyyatçıları onların əsərləri ilə yaxından tanış olmağa başlayırlar.

1978-ci ildə "Skala" qəzetində tanınmış eston yazıçısı F. R. Kreysvald eston dilinə Molla Pənah Vaqifi müxəmməslərin tərcümələri dərc olunmuşdur.Azərbaycan ədəbiyyatına artan maraq bu dövrdə Estoniyanın böyük universitetlərindən biri olan Tartu Universitetində təhsil alan soydaşlarımız Azərbaycan tələbələri birliyi yaradırlar ki, onların əsas işi ədəbiyyat klubunda Azərbaycan dahilərinin əsərlərini eston dilinə tərcümə etməklə təbliğ etmək idi. XX əsrin əvvəllərində isə təsis olunan "Bakı Eston Cəmiyyəti"-nin əsas məqsədi  əsasən bu istiqamətdə iş aparmaq idi.

XX əsrin 20-ci illərində Estoniya da  Azərbaycan kimi bolşevik işğalına  məruz qalır. 1991-ci illərə qədər azərbaycanlıların müəyyən ziyalı və ticari təbəqəsi hissə-hissə Estoniyaya köçür və burada daimi məskunlaşırdılar.1991-ci il Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xaricdə yaşayan soydaşlarımızdan Estoniyada yaşayanlar qısa zaman ərzində fəal diaspor formalaşdıraraq ətrafında burada yaşayanları toplaya biliblər. Estoniya azərbaycanlıları əsasən ticarətlə məşğul olurlar. Lakin burada ziyalı təbəqəsi də azlıq təşkil etmir.

 Əsasən Tartu, Tallin, Narva şəhərlərində çoxsaylı məskunlaşan azərbaycanlıların ictimai fəaliyyəti diqqətəlayiqdir. Hüquq, ədəbiyyat, texnika, ticarət və digər sahələr üzrə çalışan azərbaycanlılar içərisində eston dövlət vəzifələrində çalışanlar da var. Burada yaşayan təqribi sayı iki minə qədər olan azərbaycanlılar Estoniyanın ictimai, iqtisadi, siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Eston dövlət və ictimai xadimlərilə isti münasibətləri olan soydaşlarımız bu ölkəyə gələn hər bir azərbaycanlıya kömək əlini sevə-sevə uzadır.

Estoniyada ana dili qorunur. Azərbaycanlılar həmişə evlərində ana dilində danışırlar. Buna görə də ana dili unudulmur. Paralel olaraq, azərbaycanlı uşaqlar eston və ingilis dilində tədris alırlar ki, bu da onların gələcəkdə hakimiyyət orqanlarında təmsil olunmasına şərait yaradır. Artıq Estoniyada Azərbaycan məktəbləri fəaliyyət göstərirDüzdür, Estoniyadakı Azərbaycan cəmiyyətləri arasında həmişə fikir ayrılığı olub. Bu fikir ayrılığı da şəxsi maraqlardan irəli gəlir. Bundan başqa Estoniyada Azərbaycanı istəməyən ermənipərəst qüvvələr var ki, onlar cəmiyyətlər arasında problem yaratmaq istəyirlər.Vaxtilə bu ölkədə “Azərbaycan” qəzeti nəşr olunurdu və orada lazımi məlumatlar gedirdi. Hazırda da Estoniyada dərc edilən qəzetlərdə Azərbaycan barədə müəyyən məqalələr çap olunur.

Ermənilərdən kimsə Azərbaycan əleyhinə yazı yazanda dərhal ona reaksiya verilir və onun qarşısı alınır.Estoniyada da, azərbaycanlılar əsasən biznes sahəsində fəaliyyət göstərirlər. Öz bacarıqları hesabına hətta bəziləri ofis, idarə, firma yaradır. Eyni zamanda azərbaycanlılardan dövlət və ictimai vəzifələrdə işləyənlər, universitetdə dərs deyənlər də var. Orta məktəblərdə müəllim çalışanlar da az deyil. Yəni demək olmaz ki, Estoniyadakı azərbaycanlıların hamısı bizneslə məşğul olurlar. Azərbaycanlılar Estoniyada bütün sahələrdə özlərini tanıdırlar.Estoniyada Azərbaycan diasporasının formalaşması çox yüksək səviyyədə gedir. Bu ölkənin parlamentində demək olar ki, Azərbaycan diasporası var. Azərbaycanlı Eldar Əfəndiyev parlamentin üzvüdür.

Eyni zamanda Azərbaycan-Estoniya-Türkiyə qrupunun da rəhbəri Eldar Əfəndiyevdir. Estoniyada Azərbaycana qarşı münasibət getdikcə yaxşılaşır. Bu gün üçün Azərbaycan diasporası Estoniyada yüksək səviyyədə fəaliyyət göstərir.2004-cü il dekabrın 15-də Estoniya hökumətinin qərarı ilə Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti təsis olunub. Universitet Tallində fəaliyyət göstərən bir çox assosiasiyaların təşəbbüsü ilə yaradılıb. Təhsil ocağının fəaliyyətinin bir qismini Estoniya hökuməti maliyyələşdirəcək. Universitetin əsas vəzifələri Estoniyada yaşayan bütün xalqları türkdilli və Qafqaz xalqlarının mədəniyyəti, dili və tarixi ilə tanış etmək, müxtəlif millətlər arasında tolerant multimədəni əlaqələr formalaşdırmaq, türkdilli və Qafqaz xalqlarını Estoniyanın mədəniyyəti və tarixi ilə tanış etmək, bu xalqların eston cəmiyyətinə inteqrasiyasına nail olmaqdır. Təhsil ocağında ilkin olaraq filologiya, tarix, mədəniyyətşünaslıq, iqtisadiyyat və hüquq fakültəsinin açılması nəzərdə tutulur.

Estoniyada Azərbaycan diasporuna məxsus bir sıra ictimai təşkilatlar və kütləvi informasiya vasitələri var. Onlar aşağıdakılardır:

1.                 Ocaq Cəmiyyəti - 1988-ci ildən fəaliyyətə başlayıb. Cəmiyyət 1996-cı ildə Azərbaycan icması kimi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Estoniya-Azərbaycan əlaqələrinin inkişaf etməsi, kütləvi mədəni tədbirlər keçirmək, Azərbaycan kitablarının eston dilinə tərcümə edilməsi və s. işləri həyata keçirən "Ocaq" - Estoniya rəsmiləri və ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Cəmiyyət "Ocaq" adlı qəzet nəşr edir. Eyni adlı bazar günü məktəbinə hamilik edir. Eston televiziyasında ayrıca proqram hazırlamaq hüquqi alan Cəmiyyət Azərbaycan barədə Tallində ətraflı məlumat verir. Cəmiyyəti və Eston dil fondu tərəfindən birgə fəaliyyətin müsbət işlərindən biri Azəri-Eston lüğət-kitabçası nəşr olunmuşdur. Cəmiyyəti www.azeri.ee  internet saytı fəaliyyət göstərir ki, bunun vasitəsilə Estoniyada Azərbaycan diasporu barədə ətraflı məlumat əldə etmək olar.

2.                 Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti - 2000-ci il 15 fevralında Tallin şəhərində təsis olunub. Cəmiyyətin əsas fəaliyyət istiqamətini - Estoniya azərbaycanlılarının həmrəyliyinə nail olmaq, Azərbaycan Mədəniyyətinin təbliğ etmək, ana dilini qoruyub saxlamaqdır.

3.                 Tartu Azərbaycanlıları Cəmiyyəti - Tartu şəhərində yaşayan soydaşlarımızın təsis etdiyi cəmiyyəti əsasən mədəni, elmi və təbliğat işi ilə məşğul olur. Bu şəhərdə yaşayan azərbaycanlıların birliyini yaradan cəmiyyət Estoniya elm və təhsil müəssisələri ilə sıx əlaqəsi var.

4.                 Qürbət Skandinavya Azərbaycanlılarının Mədəniyyət Cəmiyyəti - ətrafında əsasən biznesmenləri birləşdirən Cəmiyyət kütləvi-mədəni tədbirlər keçirir. Azərbaycanlı  musiqiçilərin Estoniyada konsertini təşkil edən cəmiyyət Azərbaycan və Estoniya dövlət rəsmilərilə sıx əlaqəsi var.

5.                 Estoniya-Azərbaycan Cəmiyyəti - Azərbaycan diasporunun böyük təşkilatlarından biri olan cəmiyyət 1990-cı ildən sonra yaradılmışdır

6.                 “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi. 1988-ci ildən Tallinndə fəaliyyət göstərir.

7.                 “Irs” Azərbaycan Gənclər təskilatı. 2004-cü ildən fəaliyyət göstərir

8.                 “Fidan” Usaq və Gənclər Mərkəzi . 2006-ci ildən fəaliyyət göstərir.  

Hazırda Estoniyada Azərbaycan diasporu öz fəaliyyətinə görə digər ölkələrdəki diasporlardan fərqlənir. Burada yaşayan soydaşlarımız yaxın zamanlarda burada böyük müsəlman məscidi tikməyi planlaşdırıb.Eyni zamanda burada «Bakı klubu»  yəaliyyət göstərir ki,  onun yaradılması iki dövlət və xalq arasında əlaqələrin möhkəmlənməsinə təkan verir. 

 Burada soydaşlarımızın informasiya təbliğatı işi də fəal sayıla bilər. www.az.ee, www.azeri.ee , www.irs.ee, www.islam.pri.ee, www.fidan.ee  saytlarını yaradan Azərbaycanlılar dövlətimiz və diaspor işi haqqında ətraflı məlumatları burada yerləşdiriblər

Baxış sayı: 123
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Cənubi Azərbaycanın taleyin nece görürsünüz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 6
Keçən ayın hiti: 4698
Dünənki hit: 191
Bugünki hit: 96
Ümumi hit: 36015

AddThis Feed Button
Add to Technorati Favorites