“Böyük Ermənistan” Ermənilərin Mənşəyi və antiaborigenliyi
Erməni daşnak liderləri üç dəniz – Qara dəniz, Aralıq və Xəzər dənizi arasındakı əfsanəvi “Böyük Ermənistan” xülyasını ermənisayağı üsulla zaman-zaman gərçəkləşdirmək məqsədilə vahid proqram əsasında fəaliyyət göstərirlər.“Dənizdən-dənizə Böyük Ermənistan” proqramının konteksti üzvi vəhdətdə olan üç fəaliyyət istiqaməti ilə şərtlənir:Birincisi “Böyük Ermənistanın tarixi konsepsiya”-sını yaratmaq;Ikinci, fövqəldövlətlərin böyük siyasət oyununda erməni məsələsi adı ilə maskalanaraq tarixən siyasi alət rolunda çıxış etməklə millətçi-şövinist siyasətini professionallıqla yeritmək;Üçüncü isə “Böyük Ermənistan” təcavüzkar ideyasının həyata keçirilməsində “mədəni” etnosun alternativi olmayan-tarixin yaddaşına qanla həkk olunmuş nekrofiliyanın erməni etnik genetikasının atributu kimi şərtlənməsi;
Erməni tarixçisi A. Lalayan Daşnaksütyun partiyasının mübarizəsinin məqsədini şərh edərək yazırdı: “Azərbaycandakı Qarabağ, Naxçıvan, Gürcüstandakı Borçalı, Axıska, Axalkələk torpaqlarını məhv etmək və Türkiyənin Şərqi Anadolu, lap Aralıq dənizinədək ərazisini qopartmaqla nəhəng müstəqil Ermənistan yaratmaq”.
İndi isə erməni tarixsünaslığında “Böyük Ermənistan” haqda uydurulmuş saxta, “elmi konsepsiya”-sının təhlininə keçək.İrəvanda çap olunmuş “Армения в первой половине XVIII века” xəritəsində Azərbaycanın bütün ərazisi, kiçik Asiyanın üçdə bir hissəsi və cənubi Gürcüstan ərazisi də “Böyük Ermənistan”ın tərkib hissəsi sayılır. Eyni zamanda Bakı şəhəri erməniləşdirilərək “Bakunaker” kimi verilmişdir.Qatı şovinist erməni müəllifləri İrəvan, Moskva və xaricdə nəşr etdirdiyi kitablarda və saysız-hesabsız məqalələrdə Alban dövlətini Ermənistanın tərkib hissəsi hesab edirlər, o cümlədən Ermənistanın tarixi coğrafiyası Qara dəniz, Aralıq dənizi və Xəzərin qərb tərəfini ehtiva edən ərazi kimi təqdim olunaraq dünya ictimai fikrində yalnış təsəvvür yaradır.
Eyni zamanda subyektiv tarix düzüb-qoşan erməni müəlliflərinin fikrincə Qarabağ 600 il, yəni 387-ci ilə kimi “Böyük Ermənistan” dövlətinin tərkibində olmuş, elə bu dövrdə də yerli əhali erməniləşmə prosesinə düçar olmuşdur.Yuxarıda göstərilən tarixi saxtakarlıq nümunələri erməni “allimlərinin” çap etdirdiyi “История Агван”, “Албания-Алуанк” в греко-латинских и древноармянских источниках, “Армянский геносид”, “Турки перед историей” “Нагорный Карабах” və b. əsərlərdə öz əksini tapmışdır. (N. Axundovun “Qarabağ salnamələri”, Bakı, Yazıçı, 1989 səh.5)“Böyük Ermənistan” ideyası nəinki-elmi əsərlərdə, habelə erməni kinofilmlərində, bədii əsərlərdə, abidələrdə, jurnal və qəzet səhifələrində, dərsliklərdə ustalıqla təbliğ olunur. Orta məktəb dərsliklərində sirayət edən tarixi mübaliğələrdən biri belə bir cümlə ilə başlanır: “Sən daşlar ölkəsini,tufanlar diyarını tanıyırsanmı? Bu Sovet Ermənistanıdır. O, Xəzər dənizi və Qara dəniz arasında Qafqaz və Türkiyə arasında yerləşir” ( Y. A. Yesayan “Rus-dili”, V sinif üçün dərslik, “Luys” nəşriyyatı, Yerevan, 1972. səh., 61-62).V.L. Vekiçko yazmışdır: “Biz hələ bədnam Böyük Ermənistan barədə və özünü bütün qonşularını mədəniləşdirmək kimi dünya miqyaslı bir missiyanı öz boynuna götürən ermənilərdən söz açan cəfəng dərsliklərdən danışmırıq.
Həmin kilsə məktəblərində paytaxtı Tiflis olmaqla az qala Voronejə qədər Böyük Ermənistanın xəritələri də intişar etdirilirdi”(В. Л. Величко Кафказ. Русское дело и междуплеменные вопросы. С-Петербург,1904. səh.,107)İ. Çavçavadze göstərmişdir: “Lakin bəla burasındadır ki, danışıqlarda da, yazıda da and-aman elənib bütün dünyanı inandırmağa çalışırlar ki, güya yaranışdan Qafqaz dağlarının bu tayı az qala Qara dənizlə Xəzər dənizindən Dəclə və Fərat çaylarının mənbələrinə qədər Ermənistan deyilən ölkə (güya Somtexiya yəni somex-haykanlar ölkəsi) olmuşdur və haradasa hansı vratsilərsə (erməni dilində Gürcü deməkdir) daldalanmışlarsa, olsa-olsa beş-on pəyəlik ərazi tutmuşlar, o da güya ermənilərin mərhəmətindən. ( Bax, Çavçavadze. Армянские ученые и вопющие камни. Тифлис, 1902, səh,3-4).
Erməni mənbələrinə dəyişikliklər edən köhnə havaların yeni ifaçıları olan erməni “alimləri” uydurma tarix yazıb onu təbliğ etməklə erməni təcavüzkarlığına zəmin hazırlamaq və ona haqq qazandırmaq məqsədini güdmüşlər. Bu barədə N. Adons erməni “alimlərinin” belə kələklərini səciyyələndirərək yazırdı: “Abidələr yeni nöqteyi-nəzərdən işıqlandırılmış, çox vaxt yeni şəraitə və dövrün tələblərinə uyğun dəyişikliklərə məruz qalmışdır. Bir çox tarixi məzmunlu əsərlərin yarandıqları əsrə uyğun gəlib-gəlməməsi haqlı şübhə doğurur. Həmin abidələrin qədim mənşəli olduğu aydındır, lakin bu da aydınca, hiss olunur ki, onlara sonradan əl gəzdirilmişdir”.Hələ 1787-ci ildə erməni mxitarist M.Çançyan “Böyük Ermənistan”ın tarixi coğrafiyasını saxtalaşdırmaqla tarixi təhriflərə yol vermişdir. Belə ki, onun fikrincə guya 387-ci ilə qədər Albaniyanın cənub sərhəddi Kür çayı boyunca keçirmiş, başqa sözlə desək, sağsahildəki Arsaq, Uti və Paytakaran əyalətləri Ermənistana məxsus olub və yalnız 387-ci ildən sonra Albaniyaya qatılıb. (F. Məmmədovanın məlum əsərindən götürülüb. səh.52)
Bu mülahizəni əsaslandırmaq üçün “təcavüzkar Ermənistan” problemi üzrə mütəxəssis olan erməni “akademik” və “professorlarının” “böyük niyyətlərinə” çatmaq üçün tarixi əsaslandırılmasını yorucu olsa da sadalayaq;S.T. Yeremyanın mülahizəsinə görə üç alban vilayətindən (Uti, Arsax və Paytakaran) yalnız Paytakaran M.Ə. II əsrdə erməni çarı I Artaşes tərəfindən işğal edilmiş, faktiki olaraq 338-ci ilədək Ermənistanın tərkibində olmuş, yalnız bundan sonra Albaniyaya qaytarılmışdır. Kürün sağ sahilindəki Arsax və Uti vilayətləri isə lap əvvəldən ermənilərə mənsub olmuş və yalnız 387-ci ildən sonra Albaniyaya qaytarılmışdır. Ümumiyyətlə erməni “alimlərinin” mülahizələrinə elmi cavab verməmişdən əvvəl bu cür tarixi saxtakarlıqların, təhriflərin mahiyyətini çox dəqiq ifadə edən bir dəyərli aksiomanı dinləyək: “Təəssübkeş, səhv fikirlər saysız-hesabsız bədbəxtliklərə səbəb olur və elmin əsas vəzifəsi, nailiyyəti keçmişdən qalmış, daşlaşmış mənfi iddiaları təkzib etmək onların köklərini araşdırıb üzə çıxarmaqdır. Bu köklər isə çox vaxt uzaq-uzaq əsrlərin dərinliklərində gizlənir. (Bax: L.N. Qumilyov, A.İ. Kürkçü “Qara əfsanə”. “Xəzər” jurnalı, 1991,)
Bəli, doğrudan da bu dahiyanə müddəalar erməni tarixçilərinin “alim” saxtakarlığını düzgün ifadə edir. Odur ki, “Böyük Ermənistan” məsələsində tarixi həqiqəti təhrif edən erməni müəlliflərinin irəli sürdüyü mənfi iddiaların kökləri uzaq keçmişin dərin qatlarından keçir. Erməni “alimlərinin” dəlilləri ilə elmi-nəzəri prinsiplər arasında barışmaz təzadlar var, belə ki, bu tarixi dəlillər gerçəklik üstündə deyil, qeyri reallıqlar üstündə qurulub. Misal üçün, Zori Balayan yazır: “Burada həmişə daşlar olmuşdur Milyon illər ərzində bu yerlərdə ermənilər həmişə yaşamışlar. Min illər boyu, burada bizim eradan əvvəl ikinci-üçüncü minilliyin qurğuları var”. (Z. Balayan. “Ocaq”, “Sovetakan qrax” nəşriyyatı. Yerevan 1984 (rus dilində), səh., 314).
B. Ulubabyan göstərir ki, Aqvank ölkəsinin əhalisi ermənilər olmuş və erməni dilində danışmışlar. Daha sonra o uydurmalarını şişirdərək yazır: “Kür və Araz çayları arasındakı ərazini əhatə edən və sonrakı dövrlərdə Ermənistanın şərq diyarı adlandırılmalı olan aran diyarında hələ M.ə. II əsrdə danışıq dili erməni dili olmuşdur. Başqa sözlə ifadə etsək, burada erməni xalqının formalaşması prosesi tamamilə başa çatmışdır və ermənilərə qədər bu tərəflərdə yaşayan qəbilələrdən əsər-əlamət qalmamışdır.Bir sözlə erməni tarixşünaslığında yuxarıda söylənilən tarixi yalanlar konsepsiya şəklinə salınaraq belə ifadə olunur ki, guya ermənilər Ermənistan və Qarabağ ərazisində avtoxton (yəni bu ərazilərin sahibləri) habelə bu ərazilərdə məskunlaşan azərbaycanlılar isə XI-XIII əsrlərdə Orta Asiyadan gəlmə köçəri türk və tatar monqolların sonrakı nəsilləridir.Alban və erməni mənbələrində, erməni tarixçilərinin uydurmalarını ifşa edən təkzibedilməz faktlar çoxdur. Biz isə burada aşağıdakı faktları nəzərinizə çatdıracağıq.Alban mənbəyi olan Moisey Kalankatuklu “Albaniya tarixi” əsərində erməni katalikosu İlyanın Əmirəlmöminin Əbdülməlikə söylənilən barədə məktubu misal gətirir. “Biz və Albanlar vahid İsa dininə etiqad edirik”. (M.Kalankaturlu. “Albaniya tarixi”, Bakı, “Elm” nəşriyyatı – 1993, səh.,176)
Alban etnosunun mövcudluğu haqqında V əsrdə yaşamış bir erməni müəllifi Lazar Parapetsi yazır ki, İran şahına Zaqafqaziyada işlərin gedişi haqqında Mərzban Mehran belə məlumat verir. “...əgər ermənilər bizim tərəfimizdə olsaydılar onda nə iberlər, nə də albanlar üsyan qaldırmağa cəsarət etməzdilər”. Yenə də Parapetsi göstərir ki, İran vəziri Mihrnarse Partakaran şəhərinə gəldi. Burada alban polklarını silahlandıraraq Ermənistana göndərir”. (F.Məmmədova Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993, səh.70-71).
Beləliklə belə bir nəticə hasil etmək olar ki, Ermənistanın və Qarabağ ərazisinin yerli əhalisi olan alban etnosu özlüyündə ayrıca bir tarixə, mədəniyyətə, dinə bir sözlə ermənilərdən köklü surətdə fərqli olan özünəməxsus xüsusiyyətlərə malikdir. Onu da əlavə edək ki, erməni aborigenliyinin əsassızlığını sübut edən daha bir mənbəyə də istinad etsək aydınlıq yaranar ki, bunlar hamısı ağ yalandır. Orada yazılır: “Yaxın vaxtlardan etibarən dağlıq ərazidə ibtidadan ermənilərin yaşaması haqqında intişar tapmış nöqteyi-nəzər... bir sıra səbəblərə görə əsassız sayılmalıdır”. Daha sonra orada yazılır; “Dağlıq Ermənistan protoerməni dili təmsilçilərinin gümanının b.e. əvvəl XII əsrdən irəliyə təsadüf etməsini sübut edəcək dəlil yoxdur”.Çoxsaylı dəlillər və sübutlar göstərir ki, ermənilər Qafqaz regionunda aborigen (yerli) olmayıb sonradan gəlmədirlər. Erməni əllamələri hay ilə ermənin eyni mənşədən götürməklə “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün tarixi zəmin yaradırlar. Hələ vaxtı ilə XIX əsr Qafqazşünası İ.Şopen erməni tarixçilərinin bu cür kələkləri haqqında yazmışdır: “Aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni hayastanın adını tamamilə başqa xalqın adı ilə dəyişib tərcümə ediblər; aydındır ki, yafəs mənşəli, şimaldan gəlmiş dağlı Armenlə, cənubdan gəlmiş sami mənşəli haykanların (hayların) heç bir ümumi oxşarlığı yoxdur və ola da bilməz”.
İ. Çavçavadzenin izi ilə fikrimizi davam etdirək. O “Erməni alimləri və fəryad edən daşlar” əsərində yazırdı ki, adını əvvəllərdə çəkdiyimiz elm adamları arasında ən qədim dövrlər tarixinin bilicisi sayılan Fransua Lenorman kitabələrin, ələlxüsus Assuriya-Babilistan kitabələrinin nüfuzlu tədqiqatçısıdır. Bu o məhşur Lenormandır ki, C. Qolmeterimin iddia etdiyinə görə, guya ermənilərinəm deyə fəryad qoparan Mixi kitabələri tədqiq etmişdir.
Məhz o sübuta yetirmişdir ki, Ermənistan heç də etnoqrafik termin deyildir coğrafi termindir, bu ad ilk dəfə Əhəmənilər (Haxamanişilər) dövründə, daha dəqiq desək, miladdan əvvəl VII yüzilliyin axırında çəkilir. Assuriya mixi kitabələrində, eləcə də yerli mixi kitabələrdə ümumi şəkildə “Nairi” ölkəsi adlandırılan ərazilərdə o zaman erməniləri, haykantsların hələ izi-tozu belə yox idi; sonralar bu ərazilər “Urartu”, orada yaşayan tayfa isə urartulular adlandırıldı. Haykantelar, hayoslar (ermənilər) Urartuya miladdan əvvəl VI yüzillikdə gəlmişlər. Urartululardan bəhs edən mixi kitabələr isə daha erkən aiddir, çünki ən axırıncı kitabə Miladdan əvvəl IX əsrə aiddir.Aydındır ki, miladdan əvvəl IX əsrədək həkk olunmuş mixi kitabələr təxminən üç əsr sonra meydana gəlmiş bir xalqdan bəhs edə bilməzdi.
F. Lenorman deyir: “Linqvistikanın cəbr fənni, qədim etnoqrafiyanın qüdrəti və kamil vasitəsi, bərpaçısı sayılan “filologiya” bizə sübut edir ki, Ermənistan adlanan ölkədə milad”dan əvvəl VII əsrin axırınadək yaşamış aborigenlərdir ki, bibliya onları Hayos övladları ilə heç bir əlaqəsi olmayan “toqormlar” adlandırır. İezegil də Ermənistan aborigenlərini “toqormlar” adlandırır. İndiyədək “Van kitabələri” adı ilə məhşur olan mixi kitabələrin xeyli hissəsi o zaman daşlarda artıq həkk edilmişdir.
Lenorman aydın bir şəkildə sübut edir ki, urartulular və alarodilər (alarduşlar-iverlər) sinonimdilər. Yalnız Lenorman deyil, onun istinad etdiyi məşhur ingilis alimi Raulinson da eyni şeyi sübut edir .Lenorman urartuluların alorodilərlə bu eyniliyinə əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, urartuluların dili və mixi kitabələri deyil, alarodi dili və mixi kitabələri adlandırılmalıdir. O təsdiq edir ki, nə bu dilin, nə də bu xalqın erməni dili və erməni xalqı ilə heç bir qohumluğu yoxdur. Lenorman əlavə edir: “Raulinson deyir ki, “Alarodu” “Alaruda”nın loru variantıdır, çünki qədim Farslar l və r səslərini eyni cür tələffüz edirdilər. “Ararodi” asanlıqla “Ararat”a, o da Assuriya kitabələrində rast gəlinən “Urartu”ya çevrilmişdir. Lenorman deyir: “Mixi” kitabələrin dilinin haykants dilinə azacıq da olsa oxşarlığı yoxdur. Bu kitabələri həkk etmiş və miladdan 6 əsr əvvəl Ermənistandan hökmran olmuş xalqın nə mənşəyinə, nə də dilinə görə ermənilərlə, hayoslarla heç bir qohumluğu yoxdur”.“Hayoslar Ermənistana Van kitabələri artıq mövcud olduğu bir vaxtda gəlmişlər, o vaxt ki, bu kitabələri həkk etmiş xalq (Urartu) Neynəvanın dəhşətli hökmdarları (Assuriyalılar) və Babilistan ilə bir neçə əsr ara verməyən müharibələrdə zəif düşərək, şimala, məhz qədimdə İveriya, indi isə Gürcüstan adlanan yerlərə çəkilmişlər. Lenorman yazır: “Yuxarıda gətirilmiş faktlar əsasında mən də Henrix Raulinson deyəni deməyə məcburam; “Urartu” dilinin müasir hayos dili ilə heç bir qohumluğu yoxdur. Əsli Frigiyadan olan hayoslar Frigiyadan Şərqdəki hündür yerləri tədricən tutmuş, qədim Urartuluların bir qismini öz içərilərində əritmiş, onların adlarını, etiqadını, dilini, rəvayətlərini özlərininki ilə əvəz etmişdir”. (Bu məlumatlar İ.Q.Çavçavadzenin məlum əsərindən götürülmüşdür).
V.Veliçko yazır: “Bəs ermənilər kimlərdir? Tarix şəhadət verir ki, əvvəlcə Babil əsarəti zamanı, sonra isə Qüds dağıdıldıqda yəhudilərin çox böyük bir kütləsi ermənilərlə qaynayıb-qarışmışdır. Antropoloji baxımdan onlar əksərən ifrat braxikefallar, yəni başıgödəklərdir.Şantrın, Erkertin, Pantyuxovun və başqalarının tədqiqatlarından göründüyü kimi, bu cəhətdən dağ yəhüdilərinə və siro-xaldeylərə (aysorlara) daha çox bənzəyirlər. İngilis alimi Bertin onları Fələstindən əvvəlki dövrün Yəhudiləri ilə eyni tipdən bunu hesab edir.Professor D.N.Anuçkin yazmışdır ki, ermənilər ari tayfası deyildir, yəqin ki, ariləşmiş (dil cəhətdən) tayfadır. Erməni jurnalı “Murc” başqa xalqları assimilyasiya etməkdə ermənilərin çox mahir olduqlarını söyləyərək, 90-cı illərin axırlarında ermənilər arasında assimilyasiyaya uğramış qaraçıların faizini çox yüksək olduğunu göstərir.Böyük Sovet ensiklopediyasında ermənilərin mənşəyi və vətəni haqqında qiymətli məlumatlar var. Belə ki, orada yazılır: “Ermənilərin ən qədim sığınacağı kiçik Asiyanın şimal-şərq hissəsi olmuşdur.
Vətəni kiçik Asiyada olan erməni xalqının təkmilləşməsi prosesi eradan əvvəl IV əsrdə Yunan-Makedoniya fəthi vaxtı başa çatdı. Erməni əhalisi öz ölkəsinin adını Hayk və ya Haystan, Ayastan, özünü isə hay adlandırır. (Böyük Sovet ensiklopediyası, I cild, Moskva-M., 1970, səh., 634-635).
Akademik N. Y. Marr VI əsrdə yaşamış erməni müəllifi Zelob Qlakın əsərinə əsaslanıb onların Hindistandan çıxıb gələn qaraçıların bir qolu olduğunu təstiqləyir. Bununla bərabər hay xalqının yaranması haqqında başqa bir nəzəriyyə də var. Bu nəzəriyyəyə görə hayların mənşəli tikinti işləri ilə bağlanır. Belə ki, Urartu ilə Assuriya arasında uzun sörən çəkişmələr zamanı çoxlu qul qənimət kimi bir əldən o biri ələ keçirdi. Onlardan əsasən ağır tikinti işlərində istifadə edirdilər. Eramızdan əvvəl VIII əsrdə Yrartu şahı Assuriyaya qarşı on dörd hərbi yürüş edir və nəticədə 91 min kişi, 52.500 nəfər qadın və 74 min nəfər uşaq ələ keçirə bilər. Bu qullar həm ev, həm tikinti işərində istifadə olunurdu. Assuriyadan qənimət kimi gətirilən qullar yalnız assuriyalılardan ibarət olmayıb, habelə müxtəlif millətlərdən olan hərbi əsirlər, müxtəlif zümrələrdən olan adamlardan ibarət idi. Haylar da Assuriyada ağır katorqalarda işlədilirdilər. Assuriyalıların özləri Urartuya qalib gələndə öz qullarını bu əraziyə gətirib və ağır tikinti materialları əldə etmək üçün daş karxanalarında işlədirdilər. Nəticədə Assuriya qulları dağlıq ərazilərdə məskunlaşmış çoxalırdılar. Hayların dağlarda məskünlaşmasına həm Urartu, həm də Assuriya kömək edirdi.Assuriyada böyük qalalar “xar-xar” adlanırdı. Qullar elə “xar-xar” daca yaşayır və işləyirdilər. Belə ehtimal etmək olar ki, hay sözü də mənşəcə “xar-xardan” törənmişdir. Assuriyanın tənəzzülündən sonra Urartulular “xar-xar”da işləyən məhbusları-hayları qənimət götürmüşlər. Dağlarda pərakəndə səpələnmiş assuriyalıların, xüsusilə “xar-xar” tipli ağır əmək rejimində saxlanan qullar yeni bir etnosun əsasını qoydular.Haylar və ermənilər nəinki bir olmuş, əksinə bir-biri ilə düşmən olmuşlar. Erməni alimi Q. A. Kapansiyana görə haylıların ilk məskəni olan Xajasanı “tənə”, “şəhər” kimi izah edir. Eyni zamanda onu da qeyd edək ki, bu sözü hayların eponimi “hayk” adı ilə bağlayırlar. Həqiqətdə isə Assuriya ilə Urartu arasında çox mübahisəli olan: - Assuriyalıların yaşadığı bir ərazi var idi. Görkəmli tarixçi Hüqo Vinkler bu mübahisələr barədə yazır: “Bu, təkrar adı çəkilən yuxarı Dəclə və Fəratın üstündəki vilayət idi ki, Salmanasar vaxtında oranı Assuriya müstəmləkəçiləri ilə məskunlaşdırmışdır. Assuriya zirapalı yenidən öz itaətinə almaq istəyirdi. Urartu hücum etdiyi zaman bu vilayət yenidən urartuluların və onlara qohum olan qəbilələrin əlinə keçirdi. Buradan belə nəticəyə gəlmək olar ki, bu münaqişə mənbəyi olan qulların saxlandığı yer “xar-xar” olub.Ayson mənşəli alim D.S. Sadayev yazır: “... Assuriyaya on minlərlə əsir aparıb, bu ölkəni də Nairi adlandırıblar”. Hayların Assuriya ilə bağlılığı M. Xorenlinin hayların təşəkkülü haqqında əfsanəsində də özünü göstərir. Bunların burada Aram ilə hayk bir-birindən seçilirlər və hayların Cənubdan – Dəclə-Fərat tərəfindən gəldiyi təsdiq edilir. Erməni alimi M. Abekyan yazır: “Haykın nəsli oğlu Armenakın başçılığı ilə Xarkdan Şimali-Qərbə yayılıb Araratda məskunlaşmışlar. Burada qədim sakinlər var idi. Sonra haylar (ermənilər) Şiraka Dexakuni və Siunikə doğru hərəkət etmişlər”.
Demək həm də Xayasi adlanan hayların qədim məskəni Xarka (harka) Urartudan cənubda Assuriyanın olduğu ərazidə olmuşdur.Ermənilərin ulu əcdadlarının digər hissəsi isə Anadolunun şərqində Hayasa adlı əyalətdə yaşayırdılar. Bu əyalətin adı Het mənbələrində eramızdan əvvəl XIV əsrdən ermənilər Balkandan (eradan əvvəl XII əsrdə) gəlməzdən əvvəl məlumdur. Hayasa toponiminin hay komponetində və Luviya dilində (Luviyalılar Anadoluda yaşamış Hind-Avropa mənşəli ğədim bir xalq hesab olunur) sa şəkilçisindən ibarətdir. (Bax: Менекишвили Г. А. Л древней истории Грузии, Тбилиси, 1954, səh.171).
Erməni alimləri ermənilərin yaşadıqları ərazilərdə erməni dilinin yerliliyindən bəhs edirlər. Hətta onlar bizim eradan əvvəl XIV-XVII əsrlərə aid edilən “hays heroqlif yazısı” haqqında məqalələr çap edirlər. Güya, bizim eradan əvvəl XVIII əsrin “metsamorqiksos – qədim erməni” əlifbasından bütün xalqların əlifbaları meydana gəlmişdir; Vanın Mixi yazıya bənzər yazısı güya erməni mixi yazısıdır və onu ermənicə oxumaq lazımdır. Bu fikir erməni dilinin “qədimliyini” göstərmək üçün uydurmadan başqa bir şey deyildir. Akademik Piotrovski bu ağ yalanlara ğz məqaləsində tutarlı cavab vermişdir. ( S. Rüstəmxanlı. Ömür kitabı B.,1989, səh. 82-85).
Erməni (hay) müəlliflərinin bu dil haqqında mülahizələrini qeyd etmək yerinə düşər. Altı dili sərbəst bilən X. Abovyan yazır: “Mənə elə bir müasir dil məlum deyildir ki, o yeni erməni dilinin qədim erməni dilindən fərqləndiyi qədər fərqlənsin... Heç bir (söhbət “qədim erməni dili” olan qrabardan gedir) dil mənim üçün bu qədər çətin olmamıçdır”. O bu çətinliyi yaradan amillərdən sadalayaraq yazır: “...ona görə ki, bütün anlayışlar, sözlərin quruluşu, hətta ayrı-ayrı sözlər müasir dövrdəki ifadə tərzinə və şərhlərə uyğun deyildir”Bəs hay (erməni) dili necə təşəkkül tapmışdır? Akademik N. Y. Marr bu barədə yazır: “erməni xalqı kimi, erməni dili də hibrit (calaq) dildir”.
Eyni ilə həmin fikri akademik M. Abaqyan ifadə edərək yazırdı: “Erməni dili hibrit dildir”. O biri yandan erməni qəbiləsi də hibritdir”Erməni (hay) dilinin kənardan gətirilməsi barədə rus alimi İ. M. Dyakonov yazır: “Qədim erməni dili Ermənistan yaylasının yerli əhalisinin dillərinə qohum olmadığından... aydındır ki, o dil buraya kənardan gətirilmişdir. Ermənistan yaylasına sinfi cəmiyyət tanımayan, yardımçı əkinçiliyi olan səyyar maldarlar kimi gəlmişlər. Yaylanın təbiəti də erkən sinifli cəmiyyətin sosial şəraiti ilə onlar o zamanlar hələ erməni dilinə keçməmiş olan yerli əhalinin vasitəsi ilə tanış olmuşlar”Deməli qədim erməni (hay) xalqı b.e.ə təxminən birinci minilliyin birinci yarısında indiki Ermənistandan çox-çox uzaqda başqa bir coğrafi mövqedə, yəni yuxarı Fərat vadisində təşəkkül tapmışdır.
Dilin ana kökü, həmin dilin daşıyıcısı olan xalqın yaranması ilə sıx sürətdə bağlıdır. Başqa sözlə ifadə etsək deyə bilərik ki, xalqın təşəkkülü hansı arealla, vətənlə bağlıdırsa, o xalqın ana dili də bu torpaqdan boy atır.(obrazlı ifadə etsək, xalq torpaqdırsa, dil də bitkidir). Yəni hər bir xalq müəyyən bir tarixi ərazidə təşəkkül tapır, inkişaf edir. Sonradan bu və ya digər səbəblərə görə başqa ərazilərə köçür. Bu tarix fəlsəfəsinin aksiomudur.Bu məntiqə əsaslansaq aydın olar ki, qədim hay (erməni) xalqı Yuxarı Fərat vadisində təşəkkül tapmış, sonradan Qafqaz ərazisinə köçmüşdür. Belə olduğu halda erməni (hay) dilinin Zaqafqaziyada aborigenliyindən danışmaq xülyadır.Fikrimizin mabədini, yəni ermənilərin (hayların) yerdəyişməyə tarixi meylinin səbəbləri haqqında erməni alimi K. N. Yüzbaşyanın mülahizələrini dinləyək: “Ermənistanda yadelli hakimiyyətdən irəli gələn spesifik xüsusiyyətlər erməniləri Vətəni tərk edib Bizans imperiyasının hüddlarında məskünlaşmağa məcbur edirdi. İlk kütləvi köçmələr Ermənistanın birinci bölünməsindən sonra (387-ci il) başlandı. Ərəblərin və Səlcuqların hakimiyyəti dövründə daha da gücləndi”. Odur ki, ana kökü Balkan yarımadasının Frakiya vadisi ilə bağlı olan ermənilərin ulu əcdadları lap qədim dövrlərdə Avropadan Asiyaya keçərək, silsilə köçmələr nəticəsində əvvəlki yaşayış yerlərini tərk edib yeni ərazilərdə - Cənub-Qərbi Zaqafqaziya regionunda məskunlaşmışlar.
Daha dəqiq ifadə etsək, ermənilərin 3000 il ərzində mərhələ-mərhələ yad ərazilərə köçmələri prosesi davam etmişdir”.Onu da qeyd edək ki, yad əhalinin əhatisində yaşayan ermənilər hər bir vasitə ilə tutduqları yüksək vəzifələrdən (sərkərdələr, vilayət canişinləri, ali əyalət məmurları və b.) öz xalqının xeyri üçün səmərəli sürətdə istifadə edir, təbəəsi olduqları dövlətin siyasi həyatında fəalrol oynamaqla bərabər antidövlət çıxışlarında iştirak edirdilər. Onlar öz məqsədlərinə nail olmaq üçün hər cür çirkin vasitələrdən həyasızcasına istifadə edirlər. Eyni zamanda erməni etnosu və onların başçıları köçüb gəldikləri ərazilərdə qonşu xalqlara qarşı ərazi iddiası sürərək təcavüzkarlıq hərəkətlərini uzaq keçmişdən çağdaş zamanımıza qədər davam etdirirlər.


