Qarabağ ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində sivilizasiyanın ən qədim dövlətlərinə aid Azıx mağarasında 250, 300 min il əvvəl poleolit dövründə yaşamış ibtidai insanların düşərqəsi tapılmışdır. Mağarada ibtidai insanın qalığı, əmək alətləri ilə yanaşı, iri qaya parçalarından inşa olunmuş yaşayış tikintisinin bünövrəsi aşkar edilmişdir. Ehtimal ki, tikinti bəşər memarlığın ən gədim nümunələrindəndir.Bizim eradan əvvəl II minilliyə və I minilliyin əvvəllərinə aid zəngin və maraqlı arxeoloji kəşflər burada qədim mədəniyyət ocaqların olduğunu sübut edir.
Azərbaycan Respublikasının Qarabağ torpaqlarının bağlıq hissəsinə aid ərazi iddialarını əsaslandırmağa çalışan erməni separatçılarının sifarişi ilə təbliqat xarakterli müxtəlif kitabçalar nəşr edib xarici ölkələrdə yaşayan erməni millətçiləri tarixi həqiqətləri qəsdən saxtalaşdırırlar. Bu məqsədlə olan Qarabağdakı xristian abidələri ilə möhtəkirlik edirlər. Halbuki qərəzli mövqe tutmayan hər kəsə aydındır ki, xristian məbədini və ya digər, təriqətlərə aid memarlıq abidəsini bəhanə edərək, hər hansı bir ərazinin bu və ya digər dövlətlə mənsub olduğunu iddia etmək mənasız və gülüncdür.
Tarixi, elmi faktların araşdırılması göstərir ki, hələ eramızdan əvvəl Qarabağ ərazisində maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan türk və alban tayfaları yaşamışlar. Bu barədə “tarixin atası” sayılan Herodotun və digər antik müəlliflərin əsərlərində və tarixi mənbələrində kifayət qədər məlumat vardır. Qarabağ ərazisi eramızdan əvvəl IV əsrin əvvəllərində Bizans imperiyasının təsiri altında Zaqafqaziyada xristianlıq yayılmağa başladığı dövrdə xristian dini Qafqaz Albaniyasının rəsmi dövlət dininə şevrilmişdi. Bununla əlaqədar ölkədə xristian memarlığı üslubunda kilsələr, məbədlər tikilirdi.
VII əsrdə ərəblər Qafqaz Albaniyasını işğal etdikdən sonra alban tayfaları arasında islam dinini yaymağa çalışırdılar. Ərəb işğalçılarına qarşı baş verən üsyanlar nəticəsində işğalçılar cəza tədbirlərinə əl atır, alban kilsə və məbədlərini dağıdırdılar. 1940-cı illərdə Mingəçevir hidroelektrik stansiyası tikilərkən arxeoloqlar orada dağıdılmış alban məbədlərinin qalıqlarını aşkar etmişdilər. Təzyiqlərə və təqiblərə baxmayaraq, islam dinini əhalinin heç də hamısı qəbul etməmişdi. Bəzi alban tayfaları, xüsusilə Qarabağın dağlıq hissəsində yaşayan tayfalar xristian dininə sadiq qalmışdılar.
Qarabağdakı bir sıra alban xristian abidələri bu tarixi həqiqətlərdən bixəbər olan adamlara qəribə görünsə də xalqımızın milli mədəniyyətinə aiddir. Bunlardan Kəlbəcər rayonundakı Xocavənd monastr kompleksini (VI-VII əsrlər), Laçın rayonundakı Ağoğlan monastr kompleksini (IX əsr), Amaras monastr kompleksini (IV-IX-XII əsrlərdə), müqəddəs Yelisey məbədi kompleksini (V-XIV əsrlər) və Qandazar monastr 1216-1240-cı illərdə Aşağı Xaşen vilayətinin hakimi Həsən Cəlal tərəfindən inşa edilmişdir. Həsən Cəlal Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Mehranilər sülaləsinin və Gürcü çarı Tamaranın məçhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir.
1261-ci ildə monqol-tatarların hücumu zamanı həlak olmuş Həsən Cəlal və onun nəslindən olan alban həlak katalikosları bu monastr kompleksinin ərazisində dəfn olunmuşlar. Qandazar monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə alban kilsəsi ləğv edilənədək Alban xristianlarının iqamətgahı olmuşdur. Uzun illə Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir.
Orta əsr yazılı mənbələrində Qarabağ ərazisindəki qalalar, şəhər qalalar, qəsrlər və digər memarlıq abidələri barədə məlumatlara rast gəlmək olar. XIII əsr ərəb səyyahı Yaqut əl-Həməvi “Mücam əl-buldan” əsərində Bərdə şəhərinin bişmiş kərpicdən və daşdan tikilmiş binaları və şəhər yaxınlığında yerləşən İzz qalası, Şamxor qalası, Kazanc qalası barədə məlumatlar verir. Onun fikrincə “Kazanc” sözünün mənası “gizlənc yeri” deməkdir. Babək Xürrəmi vaxtilə Kazanc qalasında müdafiə olunurmuş. Müəllif Beyləqan qala şəhərinin və Bərdə şəhərindəki tikililərin monqol-tatarların hücumları zamanı yerlə yeksan edildiyini xəbər verir. XIII əsr səyyahı Həmdullah Qəzvini “Nüzhət əl-qülub” əsərində Kür və Araz çayları arasındakı “Aran vilayəti” adlandırır. Əsərdə göstərilir ki, Bərdə şəhəri eramızdan əvvəl Makedoniyalı İsgəndər tərəfindən salınıb.
Sonralar Sasani şahı Qubad ibn Firuz şəhərdə geniş abadlıq, inşaat işləri aparıb.Müxtəlif Xüdafərin körpüləri barədə məlumatları xüsusilə maraqlıdır. O, yazır ki, Araz çayı üzərində Zəngilan yaxınlığındakı (onbir aşırımlı) körpu hicri tarixi ilə 15-ci ildə (636-cı il) Məhəmməd peyğəmbərin yaxın adamlarından Bərk ibn Əbdallah tərəfindən salınmışdır. Buna görə də “Xüdafərin”, yəni “Allah yaratmış” körpu adlanır. On beş aşırımlı körpünü isə Karkar ticarət mərkəzinin yaxınlığında xeyriyyət məqsədilə Diya əl-Mülk Naxçıvani saldırmışdır.IX əsr ərəb səyyahı İbn Xordadbeh “Yollar və ölkələr haqqında kitab” əsərində Bərdə və Beyləqan şəhərlərinin çiy kərpicdən hörülmüş qala divarları ilə əhatə olunduqlarını bildirir.
1953-1954-cü illərdə Beyləqan və Bərdə şəhərlərinin yerində “Örən qalada qazıntı işləri aparmış arxeoloqlar bu məlumatın həqiqiliyini təsdiq etmişlər.XIII əsrin əvvələrində monqol-tatar işğalçılarının viranedici hücumları nəticəsində Qarabağ torpaqlarındakı memarlıq abidələrinin böyük əksəriyyəti dağılmış, Gəncə, Bərdə və Beyləqan şəhərləri yerlə yeksan edilmişdir.Yaqut əl-Həməvinin yazdığına görə kərpicdən və daşdan inşa dilmiş gözəl və yaraşıqlı banaları ilə adamı valeh edən Bərdə şəhəri monqol-tatar basqınından sonra xarabalığa çevrilmiş, adi bir kəndi xatırladırmış.XIII əsrin ikinci yarısı Qarabağ xanlığı dövrü Qarabağın tarixində intibah dövrü olmuşdur.
Qarabağ xanlığının yaradıcısı Pənahəli xan qədim zamanlardan burada məskunlaşmış Cavanşir elindən olmuşdur. Döyüşlərdə sücaət göstərmiş cəsur bacarıqlı hərbi sərkərdə olduğundan İran hökmdarı Nadir şahın ordusunda qulluq edirdi. O dövrdə şah üsul-idarəsinin zülmünə və baş alıb gədən ədalətsizliyə dözə bilməyən Pənahəli xan ordunu tərk edərək Qarabağa qayıtmış, 1947-ci ildə Nadir şah öldürüldükdən sonra uğurlu hərbi əməliyyatlər keçirərkən, bütün Qarabağı özünə tabe edib, burada feodal dövləti-Qarabağ xanlığı yaratmışdır.1748-ci ildə İran hökümdarı rəsmi olaraq Qarabağ xanlığını tanıdığı barədə fərmanı, qızıl yəhərli at və qiymətli daş-qaşla bəzədilmiş qılıncla birlikdə Pənahəli xana göndərmişdir. Pənah xanın və onun oğlu İbrahim xanın hakimiyyəti illərində Qarabağda böyük abadlıq, inşaat işləri aparılmışdır.
Ardı-arası kəsilməyən xarici hərbi hücumlardan qorunmaq üçün Pənah xan yerli memarların və inşaatçıların qüvvəsilə möhtəşəm müdafiə qalaları tikdirmişdi.O dövrdə qarabağ xanlarının yanında vəzir işləmiş Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” əsərində bu qalaların tikilməsi barədə maraqlı və ətraflı məlumatlar vardır. Qarabağın Kəbirli mahalında 1747-1748-ci illərdə Bayat qalası ucaldılmışdır. 1751-1752-ci illərdə Tərnəküt adlandırılan yerdə, Şahbulağın üstündə Avropadakı orta əsr qalalarına məxsus əzəmətli stildə məhşur Şahbulaq Qalası tikilmişdir. Qarqarçayın sağ və sol sahillərində iki istehkamdan ibarət Əskəran qalası inşa edilmişdir. Artmaqda olan xarici hərbi təcavüz təhlükəsi qarşısında qalan Pənah xan dağın zirvəsində, keçilməz yerdə elə bir alınmaz şəhər-qala tikdirmək istəyirdi ki, onu ən güclü düşmən belə mühasirə edib, ala bilməsin. Nəhayət 1756-1757-ci illərdə uca bir dağın başında Şuşa qalası salındı. Qalanın tikilməsinin canlı şahidi olmuş “Qarabağ tarixi” əsərinin müəllifi yazır ki, “o vaxtadək burada yaşayış evləri yox idi. Bura şərq tərəfdə qalanın altı verstliyində yerləşən Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi”Şuşa qalası o dövrün ən möhtəşəm müdafiə qurğularından biri olmuşdur.
1758-ci ilə İran şahı Məmməd Həsən Qacar çoxminillik ordusu ilə Qarabağ xanlığına hücum edib bir ay Şuşa qalasını mühasirədə saxlamış, lakin ala bilməmişdi.1783-1784-cü illərdə İbrahim Xəlil xan şəhərin qala divarlarını daha da möhkəmləndirmişdir. 1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacarın otuz üç günlük mühasirəsinə mərdliklə sinə gələn qala müdafiəçiləri qəhrəmancasına döyüşərək düşməni məğlub edib, çəkilməyə məcbur etmişdilər. İbrahim xanın hakimiyyəti illərində (1759-1806) Şuşada geniş tikinti-abadlıq işləri aparılmışdır. Şuşa 1757-ci ildən 1822-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur.Qarabağ torpaqlarında ermənilərin kütləvi məskünlaşdırılması XIX əsrin birinci yarısında təsadüf edir. Rusiya-İran müharibəsi nəticəsində şimali Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra bu regionda imperiyanın “təhlükəsizliyini” təmin etmək məqsədilə 1828-ci ildə 1880-ci ilədək İranın Marağa, Səmas, Xoy və digər xanlıqlarından buraya 40 mindən artıq erməni köçürülüb, Qarabağda və Qərbi Azərbaycan torpaqlarında məskünlaşdırılmışdır.
Sonrakı illərdə də davam etmiş bu proses Qarabağın demoqrafik balansına nəzərəçarparaq dərəcədə təsir göstərmişdir. Rusiyanın XIX əsrə aid rəsmi dövlət sənədlərində, o cümlədən Qafqaz təqviminin illik statistik məlumatlarında bu təkzibedilməz faktlar öz əksini tapmışdır. Əsrimizin əvvəllərində Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra azərbaycanlılar gah rəsmi, gah da qeyri-rəsmi şəkildə, açıq-aşkar zorakılıqla öz tarixi vətənlərindən deportasiya edilmiş, bu ərazilərdə xalqımızın mədəni irsinə aid olan memarlıq və sənətkarlıq abidələrindən mavzoleylərdən, türbələrdən, dekorativ qəbirüstü daşlardan əsər-əlamət belə qalmamışdır.
1990-cı illərin əvvəllərində Qarabağın xeyli hissəsi erməni separatçıları tərəfindən işğal olunduqdan sonra bu ərazilərdə də abidələrimizə millətşi vandallar xaincəsinə divan tutmuşlar.Azərbaycan Qarabağ torpaqlarında tariximizin müxtəlif dövrlərinə aid memarlıq abidələri dünya memarlıq xəzinəsinin qiymətli inciləridir.
Mədəni irsimizin bu əvəzolunmaz yadigarlarını sevməyi, öyrənməyi və qoruyub gələcək nəsillərə çatdırmağı bizdən əcdadlarımızın müqəddəs ruhu tələb edir.Azərbaycan xalqın mədəni irsi dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan maddi mədəniyyət abidələrimizin mühafizəsi və geniş təbliği beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Azərbaycan Tarix və mədəniyyət Abidələrini Mühafizə Cəmiyyət hal-hazırdan Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin səlnaməsini-“Azərbaycan Abidələri albomunu nəşrə hazırlayır.
Albomun ingilis, rus, alman dillərində olması ABŞ, İngiltərə, Rusiya, Almaniya və digər xarici ölkələrdə olan Azərbaycan mədəniyyət mərkəzləri vasitəsilə yayılmasına, dünya xalqlarına abidələrimizlə geniş tanış olmağa imkan verəcək.




bu dergileri butun dillere tercume edib, ermenilerin kim olduqlarini dunyaya gostermek lazim!!!!!!!!!!!
Noyabr 30, 2008 20:38