Reklam verin!

Azərbaycan diasporunun “şimal” qanadı

RusiyaBu gün Azərbaycan diasporu anlayışı özünün mürəkkəbliyi, çoxmərkəzliyi, daxili problemləri, müxtəlif siyasi sosial baxışları, xarakterik xüsusiyyətinə görə seçilir.İlk növbə olaraq onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan diasporunda "Vətən" və "Dövlət" anlayışı heç də onların təsəvvüründə eyni deyil və onların baxışları bir-birini tamamlamır. Bunun başlıca səbəbi Ana Vətən Azərbaycanın tarixinin ziddiyyətli və qarışıq məsələlərlə zəngin olması bir dövlət olaraq parçalanmış halda olmasıdır. Buna görə də xaricdəki azərbaycanlılar parçalanmış, iki hissəyə bölünmüş bir xalqın təmsilçisi olmaqla, onlar arasında hüquqi-siyasi status, vətəndaşlıq mənsubiyyəti, fərqli sosial-siyasi anlayış və baxışlar baxımından fərqlər var. Düzdür azərbaycanlıların bir xalq olaraq din, tarix, mədəniyyət, ədəbiyyat folklor, milli varlıq, adət-ənənələr, soykök, milli psixoloji xüsusiyyətlər baxımdan eynimi, bərabərmi, oxşarlıq olsa da, vətəndaşlıq mənsubiyyətində irəli gələn düşüncə və etnopsixoloji istiqamətdən fərqlər bu gün də hiss olunur.

 


Bü gün Azərbaycan diasporu anlayışına müraciət edib ondan istifadə edən ziyalılar, mütəxəssislər, siyasətçilərin əksəriyyəti xalqımızı spesifik cəhətlərini nəzərə almır və ya ala bilmir.Son iki yüz ildə Azərbaycan diasporunun yaranmasında 3 müxtəlif ölkənin vətəndaşı olan azərbaycanlılar - Şimali və Cənubi Azərbaycandan və Türkiyədən olan soydaşlarımız iştirak ediblər. Buna görə etinomədəni və sosial siyasi hüquqi dəyərlər baxımından 3 müxtəlif formanı öz varlığında daşıyırlar.Azərbaycan Respublikası, İran və Türkiyə dövlətləri ilə vətəndaşlıq mənsubiyyəti, sosial siyasi institut və tədqiqatlardan asılılıq bağlılığı olan Azərbaycan diasporunun nümayəndələri arasında fərqli mövqe və ümumi problemlərə müxtəlif yanaşma meylləri var.Onu da qeyd edək ki, bəzən Gürcüstan, Dağıstan və Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar Azərbaycan diasporunun tərkib hissəsi kimi verilir.

 Bu fikirlər və yanaşmalar kifayət qədər yanlışdır. Bu ərazilərdə yaşayan azərbaycanlılar öz dədə-baba, etnik torpaqlarında yaşamaqla diaspor hesab edilə bilməz. Baxmayaraq ki, Gürcüstan, Rusiya və İran müstəqil dövlətdirlər, oradakı ərazilər Azərbaycan xalqının tarixi torpaqlarıdır.Bu gün üçmərkəzçilik - Şimali Azərbaycan, İran, Türkiyə əsasında formalaşmış diasporumuz bu üç dövlət bir-birindən sosial iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni inkişaf səviyyəsinə görə fərqləndiyindən, bu Azərbaycan diasporuna öz təsirini göstərir. Şimaldan olan azərbaycanlılarla Türkiyə və İrandan olan soydaşlarımız arasında fərqli baxışların dünyagörüşünün olması, Azərbaycan diaspor probleminə müxtəlif maraqlar mövqeyindən yanaşılması halını qaçılmaz edir. Azərbaycan diasporunun əsas qanadını təmin edən cənublular şimallıları əsl azərbaycanlı kimi çox zaman qəbul etmir, Türkiyədən olan soydaşlarımız isə ümumilikdə bir çox istiqamətlərdə ümumazərbaycan işində iştirak etməkdən çəkinirlər

Müasir dövr diasporumuzun  Şimali Azərbaycan qanadını XX əsrin əvvəllərindən ölkəni tərk edən şəxslərin nəvə-nəticələri, II Dünya müharibəsində əsir düşərək geri qayıtmayan və 1990-cı ildən sonra ölkədən  mühacirət edən şəxslər təşkil edir.Birinci qrupdan olan soydaşlarımız ümumi Azərbaycan işində ikinci və üçüncü qrupdan fərqli olaraq bir qədər aktivdirlər. Lakin onların bu məsələyə nostalji və ata-babalarının işinin davamçısı kimi yanaşması  mövqeyini nəzərə alsaq, onların çoxunun başqa mühütün, yaşadığı ölkələrin sosial-mədəni xüsusiyyətlərinə malik olduğunu görərik. Birinci qrupun nəsli hesab olunan şəxslərin müəyyən hissəsi artıq amerikalı, ingilis, fransız, rus və ya başqa millətlərin təsiri altına düşərək, fərqli sosial mədəni-mənəvi inkişaf səviyyəsi keçiblər.

Şimali Azərbaycan qanadının ikinci qrupu olan soydaşlarımızın çoxu özlərindən sonra yeni bir azərbaycanlı icmasını, nəslini formalaşdıra bilməyiblər. Demək olar ki, ikinci qrupun çox hissəsi sadəcə olaraq sıradan çıxıblar. Hazırda yaşayanlar uzun illər sovet əks kəşfiyyatının qorxusundan tamam qapalı və gizli həyat yaşadıqlarından indinin özündə onlarda "KKB" xofu qalmaqdadır.

II Dünya müharibəsindən sonra məskunlaşdıqları ölkələrdə  passiv mövqedə durmaqla gizli yaşaması  mahiyyət etibarı ilə onları  bəhrəsiz - sonsuz bir nəslə çevrmiş, özlərindən sonra azərbaycançılıq dəyərlərini, və əlaqələrini qoruyub saxlayaraq inkişaf etdirə bilən fiziki cismani mənada milli sərvətlər qoya bilməyən qrupa döndərib.İkinci qrupun müəyyən hissəsi ailə həyatı qurmamış və Vətəndə qoyduqları ailələrin xiffətini çəkə-çəkə ixtiyarlaşmış, çox hissəsi isə həyatdan köçüb getmişdir. Onların yaşadıqları evlər Azərbaycanı hərtərəfli xatırlatsa da, ömrü "KKB" xofunun təsirindən digər millətlər içərisində təbliğat işindən uzaq qaçmış, onlarla ünsiyyətə girməmişlər.

Bu şəxslər Azərbaycanda gedən prosesləri diqqət mərkəzində saxlamış, yaşadıqları ölkəyə Azərbaycandan gələn olanda onlarla əlaqə yaradaraq Vətənlə maraqlanmış, lakin özlərinin harada tapmaq lazım olduğunu bildirməyiblər. Bu şəxslərin bir çoxu ürək xəstəliyinə tutulmuş, sakit, qapalı və maddi-iqtisadi maraqlar güdmədən yaşamış və yaşamaqdadırlar. İkinci qrupun müəyyən hissəsi isə türk, rus, ingilis, alman və başqa xalqlarla qarışıq nikaha girmişlər. Lakin bu ailələrdən "yeni azərbaycanlı" - nəslinin meydana çıxması baş vermədi. Cüzi hissəni çıxmaq şərtilə azərbaycanlıların övladları türk, alman və başqa xalqların təsiri altında böyümüş, assimilyasiya olunmuş və demək olar ki, Ana dil, Ana Vətən baxışından uzaq olmuşlar. Bunların əsasında isə ideoloji işin zəif olması bu gün onların itirilməsi təhlükəsini yaradıb və onların əldən çıxaraq, azərbaycanla bağlılığının qopması məqbul sayılmadığından, onlarla xüsusi proqram çərçivəsində iş aparmaq zəruri və vacibdir. İkinci qrupun nümayəndələri olan soydaşlarımızın müəyyən hissəsi intellektual və maddi cəhətdən yaşadıqları ölkələrdə güclü mövqeyə və nüfuza malikdirlər. Onların sosial-mədəni xüsusiyyətlərini, Azərbaycana birtərəfli yanaşma nöqteyi-nəzəri diqqətlə və ciddi araşdırmağa ehtiyacı var.

Çünki bu insanlar artıq məskunlaşdıqları ölkəni vətəndaşlarıdır və demək olar ki, Azərbaycana onların bağlılığı yoxdur.Onlarla iş aparmaq üçün mütləq azərbaycançılıq ideologiyası diqqətlə işlənib hazırlanmalı və  ümumazərbaycan işində onların iştirakını təmin etmək vacibdir.Şimali azərbaycanlıların üçüncü qanadını 90-cı illərdən başlayaraq bu günün özündə də intensiv şəkildə davam edən azərbaycanlı mühacirlər təşkil edir. Bu qrup digərlərindən xeyli fərqlənməklə, onların çoxunda Vətənə münasibət anlayışı başqa-başqa istiqamətlərdə inkişaf edir.Üçüncü qrupun nümayəndələri təhsil, siyasi-iqtisadi səbəblərdən Azərbaycanı tərk edən şəxslərdir. Təhsil və elm  dalınca başqa ölkələrə mühacirət edən azərbaycanlıların 60%-i Vətənə qayıtmaq barəsində düşünsələrdə 20% qayıtmayacaqlarına tam əmindirlər. Yerdə qalan 20% isə  Vətənə geri qayıtmaq, yoxsa qalıb burada yaşamaq arasında çıxan yolu tapa bilmirlər. Təhsil məqsədilə ölkəni tərk edib gedən azərbaycanlıların ideoloji düşüncəsi zəif olduqlarından  onlar daha tez təsir altına düşürlər. Məsələn; Türkiyə, İran, Misir, Malaziya və digər ölkələrdə təhsil alan tələbələrimizin çox hissəsi dindar və dinlə bağlılığı olan şəxsləri kimi geri dönürlər. Azərbaycanda dini təhsilin passiv olmasını səbəb göstərən gənclərimizin panislamizm, pantürkizm, vəhabi və digər təsirlər altına düşməsi olduqca təhlükəli və qorxuludur.

Avropa və Amerika ölkələrində təhsil alan gənclərimizin əksəriyyəti kosmopolit ideoloji təsiri altına düşürlər. Qərb mədəniyyəti, adət-ənənələrin, geyimin və mətbəxinə aludə olan belə gənclərimizin dinə münasibəti, Ümumazərbaycan işinə birtərəfli yanaşma meyilləri Azərbaycan diasporu fəaliyyətində hiss olunur.Qərb dövlətlərində təhsil almaq istəyən gənclərimiz Vətənə qayıdandan sonra belə artıq doğma yerlərdə yaşamaq istəmirlər. Qərb təsiri yenidən Azərbaycan gənclərinin bu ölkələrə kütləvi axın etməsinə səbəb olur. Tək azərbaycanlılar deyil, keçmiş Sovetlər Birliyindən hazırda kütləvi mühacirət axını sayəsində Qərbə axın intensiv şəkildə davam edir. Qərb təsirinə düşmələrinə baxmayaraq, Şimali Azərbaycan qanadının 3-cü qrupunun bir hissəsi olan bu şəxslər ilk iki  qrupundan fərqli olaraq diaspor işində xeyli  aktivdilər.Şimali Azərbaycan qanadının 3-cü qrupunun bir hissəsində sosial-iqtisadi səbəblərlə Azərbaycanı tərk edən şəxslər təşkil edir.

Bu isə öz-özlüyündə aydındır - bu şəxslər Azərbaycanda malik olduqları işdən, qazancdan daha gəlirli olan Qərbdə işləmək, yaşamaq məqsədilə Vətəni tərk edirlər, onların müəyyən hissəsinin artıq xarici ölkələrdə qohumlarının olması səbəbilə bu şəxslər köçdükləri ölkələr də çətinliklə qarşılaşmır. Qohumu olmayan şəxslər isə yəhudi, rus, gürcü və başqa millətlərlə qohum olaraq onların yanına köçürlər. Sosial səbəbli mühacirət nəticəsində Azərbaycan diasporunun nümayəndələrinə çevirilən bu şəxslərin çox hissəsi passiv mövqedə durmağa üstünlük verir və ümumi Azərbaycan işindən kənarda duraraq, adlarının hallanmasını istəyirlər. Diaspor təşkilatlarının təşkil  etdikləri tədbirlərdə, yığıncaqlarda və etiraz aksiyalarında görünməyən bu şəxslər təşkilatlara üzv olmaqlarına, pul ödəmələrinə baxmayaraq, qapalı və gizli yaşamaq istəyirlər. Ancaq işlə məşğul olmaq mövqeyini bildirən bu şəxslərdə ideoloji iş olduqca zəifdir. Bəzən onlar içərisində " Vətən mənə nə verdi ki, mən də Vətən üçün burada çalışım" - şüarların, fikirlərin eşitmək olar.

Onların bu cürə mövqeyi gələcəkdə Azərbaycan diasporunun güclənməsini  sual altına alır.Sosial-iqtisadi səbəblə Qərb ölkələrinə axın edən şəxslər özlərinə normal şərait düzəldib. Vətəndə qalan ailələrini bura gətirərkən, avropalı, amerikalı xüsusiyyətlərini mənimsəyirlər. Bu qrupu çox zaman məhəlli mühacirət - yəni bir neçə ölkədən keçməklə mühacirət edirlər və bu səbəbdən də onlar barəsində statistik araşdırma aparmaq çox çətindir. Siyasi səbəbilə mühacirət edən bir hissə Şimali Azərbaycan qanadının üçüncü qrupunun ayrılmaz tərkib hissəsidir. İctimai-siyasi fəaliyyətinə görə, xeyli aktiv olan bu qrup Vətənlə bağlılığın başqa vasitələrlə büruzə verməyə çalışırlar. Siyasi motivli mühacirlərin əksəriyyəti Vətəndə gedən prosesləri diqqətlə izləyir və buradakı proseslərə təsir göstərməyə çalışırlar.Şimali azərbaycanlılar qanadı göründüyü kimi çox şaxəli və ziddiyyətli qruplardan ibarətdir.

Son zamanlar isə bəzi neqativ cəhətlər şimal qanadında hiss olunur. Regionluq anlayışı artan Azərbaycan diasporunun Şimali azərbaycanlılar qanadında büruzə verilməsi məqbul sayıla bilməz. Bu gün Azərbaycan diasporunda bəzən qarabağlı, şamaxılı, naxçıvanlı, bakılı faktorları görünməkdədir. Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, Rusiya, Ukraynada bu faktorlar daha çox nəzərə çarpır.Bu problemlər zamanla həll olunmalıdır. Əks təqdirdə biz Azərbaycan diasporunun tam nəzarətdən çıxması və itirilməsilə üz-üzə qala bilərik.

Baxış sayı: 115
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Cənubi Azərbaycanın taleyin nece görürsünüz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 10
Keçən ayın hiti: 4698
Dünənki hit: 191
Bugünki hit: 100
Ümumi hit: 36019

AddThis Feed Button
Add to Technorati Favorites