Məlumdur ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK)
X (növbədənkənar) BIRLIK Qurultayı 21-23 iyun 2008-ci il tarixində Belçikanın paytaxtı Brussel şəhərində Avropa Parlamentinin Iqamətgahında keçiriləcəkdir. DAK və DDAK arasında imzalanmış 03 dekabr 2007-ci il tarixli Sazişə uyğun olaraq Birlik Qurultayının keçirilməsi qərara alınmışdır.
DAK haqqında çox danışmaq istəmirəm. Mən tarixi sevmirəm. Keçmişdə olanları yada salaraq təssüflənmək və “kaş ki, bu belə olaydı” demək mənim xasiyyətimə ziddir. Mən sabahın tarixinin BU GÜN yazılmasının yanındayım. Biz tarixin gedişini bu gün dəyişə bilsək gələcək nəsillərimiz Azərbaycanlı olmaqdan həqiqətən fəxr edəcəklər. Belə bir imkan isə yaranıb. Dünya Azərbaycanlıları Konqresi Brüsseldə mühüm tədbirə imza atır. Bu tədbir DAK-ın bu gününü və gələcəyini həll edir. Ona görə dostlrımız daha ehtiyatlı olmalı, sıralarımızda olan düşmənləri tanımalı və düzgün qərarlar qəbul etməlidir.
Hesab edirəm ki, DAK mənim aşağıda qeyd etdiyim təklifləri nəzərdən keçirib onların icrası üçün müəyyən addımlar atsa biz diasporumuzun güclənməsi və düşmənlərlə savaşmaq yolunda azərbaycanlıların həmrəy olmasına nail ola biləri:
- DAK-da həmsədrlik institutu yaradılsın. Amerika, Avropa və Asiya üzrə 1-3 nəfər arası tanınan şəxslər DAK rəhbərliyində təmsil olunsunlar.
- QURULTAYA böyük səlahiyyət verilsin və Sədrin dəyişməsi, istefası onun nəzarətində olsun. İştirikaçıların qeydiyyat bazası yaradılsın və İdarə Heyəti sədrlə bağlı narazılıqlarını tutarlı faktlarla izah etsə iştirakçıların 50+1 səs üsütünlüyü ilə Sədrin dəyişməsi və yaxud istefası mümkün olsun.
- DAK İdarə Heyətinin sədr seçmək və sədrin işlərinə birbaşa əsassız müdaxilə etmək kimi səlahiyyətləri azalsın.
- DAK İdarə Heyətinin tərkibi qitələr üzrə bərabər bölünsün.
- DAK-ın ancaq 3 departamenti yaradılsın:
· Beynəlxalq əlaqələr-bu ancaq DAK-ın nüfuzlu beynəlxalq təşkialtarda təmsilçilik hüququ əldə etməsi və lobbiçilik işinin icrası ilə məşğul olan qurum olsun. Onun rəhbərinə tapşırılsın ki, ən azı ay ərzində DAK sədrini və digər üzvlərinin beynəlxalq təşkilatlarla, yaşadıqları dövlətlərin qanunverici və icraedici hakmiyyət orqanlarının əməkdaşları ilə görüşlərini keçirtsin. Eyni zamanda xarici ölkələrdə kütləvi etiraz aksiyalarının keçirilməsi səlahiyyəti bu departamentə həvalə edilsin.
· İnformasiya və Strateji Araşdırmalar-bu departamentin işinə İnformasiya və azərbaycalıların problemini, dövlətlərin ölkəmizə və millətimizə münasibətini, strateji addımlar və digər bu tipli istiqamətlər daxil edilsin. Hər bir ölkədə bu departamentin təmsilçisi olsun və onun səlahiyyətinə gündəlik olaraq xəbər və informasiyanın tez və müxtəlif dillərdə yayılmasına aid edilsin. Bu departament DAK saytı, dərgi, kitab və digər paylaq və informasiya tipli işlərə məsul olsun. İran, Ermənistan kimi düşmən ölkələrlə yanaşı digərlərinin bizim əleyhimizə olan siyasətləri öyrənmək və hesabatlar hazırlayıb bütün dünya azərbaycanlılarıa paylamaq kimi işlər də departamentə tapsırılısın.
· Cənubi Azərbaycan və Qarabağ-Bu departamentin səlahiyyətinə dünya azərbaycanlıların ən böyük dərdləri olan iki problemin dünya səviyyəsinə qaldırmaq aid olmalıdır. Bu məsələlər ciddi olaraq DAK qarşsında mühüm iş kimi qoyulsun və onun icrasına HƏR KƏS cəlb edilsin.
- Dünya Azərbaycanlılarının ölkə üzrə təmsilçikləri təyin edilsin və onlara ay ərzində ümumi işimizin həyata keçirilməsi üçün soydaşlarımızdan simvolik olaraq 1$ üzvülük haqqı yığsın.
- DAK FONDU yaradılsın və bunun xərcləri və daxil olan vəait şəffalıq naminə Saytda öz əksini tapsın.
- Dünya Azərbaycanlılarının Qeydyiyyat Bazası yaradılsın və hər bir azərbaycanlı haqında məlumat ora daxil edilsin. bu bizə soydaşlarımızın say-statistik göstəriclərini müəyyən etməyə yardım edəcək.
- Xarici alimlər və siyasilər arasında dostlarımız müəyyən edilsin və onlarla mütamadi əlaqələr saxlanılsın.
- DAK XƏBƏR adlı elektron qəzet yaradıslın.
Biz müasir Azərbaycan tarixini yazmaq kimi səlahiyyətə malikik. Bu imkanı gəlin səhf yola istiqamətləndirməyək. Dünya Azərbaycanlılarının Birliyinə nail olaq. Çünki qarşıda bizi BÜTÖV AZƏRBAYCAN və TÜRK DÖVLƏTLƏRİNİN BİRLİYİ kimi işlər gözləyir.



Zaur ela yazidir. Bilirsen ki bu DAk-larla baqli bizde her hansi bir melumatin verilmesine qadaqa qoymusam. Amma inan bu yazi o qeder gozelidi ki artiq bunu bizim www.presspost.az yerlesdirdik
İyun 19, 2008 0:17