Reklam verin!

Benilüks Azərbaycanlılar Konqresi niyə parçalanır?

6-8 iyun Almaniyanın Köln və 21-23 iyun 2008-ci il tarixli fotoBelçiknaın Brüssel (Birlik) Qurultayları rəsmən Dünya Azərbaycanlıları Konqresinin iki hissəyə parçaladı. Artıq iki cəhbəyə bölünən və bir-birlərini dəşhətli ittihamlar edən DAK-ın ardınca Avropa ölkələrində fəaliyyəti və gördükləri işin müsbət tərəfləri ilə seçilən Benilüks Azərbaycanlılar Konqresinin (BAK) parçalanması xəbəri bizləri sarsıtdı.  2006-cı ildə 18 noyabr tarixində Belçika, Niderland, Lüksemburq dövlətlərinin 15 təşkilatının (Konqres Azərbaycan hakimiyyətinə müxalif mövqedə duran, neytral olan və iqtidaryönlü cəmiyyətləri birləşdirir)birləşməsi nəticəsində yaranmışdır. Konqresin təşəbbüs qrupunun məqsədi  Belçika, Niderland və Luksemburqda uzun illər boyunca pərakəndə şəkildə fəaliyyət göstərən onlarla diaspora təşkilatını  bir  konqresdə birləşdirmək və birləşmə nəticəsində yaranacaq BAK –ın fəaliyyətini birgə kordinasiya edərək daha effektli fəaliyyət göstərməkdən ibarət olmuşdur.  BAK da birləşmiş bütün təşkilatların məqsədi vətənimizə, dövlətimizə xidmət etmək və Azərbaycanımızı Avropada layiqincə təmsil etməkdən ibarətdi.


Qeyd edim ki, BAK xaricdə diaspor təşkilatlarımız içində ən güclülərdən biri hesab edilir və onun görüdkləri işə qısa bir nəzər salaq:

 ·                   Amsterdamda "Bakı FM" radiosunun açılması bu ilə gözlənilir. Azərbaycan, həm holland, həm də ingilis dilində verilişlər, proqramlar, musiqilər səslənəcəyi radio mədəniyyətimizi və milli kimliyimizin Avropaya təbliğində mühüm işlər görəcək

;·                   Potterdam şəhərində BAK-da təmsil olunan Hollandya-Azərbaycan Həmrəylik Cəmiyyətinin mənzil iqamətgahında BAK-ın himayəsi ilə azərbaycanlı qadınların şurası təsis edilmişdir;

·                   Hollandiyanın Haqa şəhərində yerləşən Beynəlxalq Məhkəmə önündə, ardından da İran Islam Cümhuriyyəti elçiliyinin önundə, bu ölkədə yaşayan Azərbaycanlılar mitinq kecirdilər. Beniliks Azərbaycan Konqresinin təşəbbüs qrupunun rəhbəri Sahil Qasımov açıq surətdə  Cənubi Azərbaycanlıların haqq səslərini dünya ictimaiyyətinə çatdırmaqda Hollandiya mətbuatını və televiziya əməkdaşlarını tənqid etmişdir;

·                   Holland rejissoru Suzan Kruqerin  ermənilərin tam mənafeyinə hesablanaraq çəkidiyi «Ümid sonuncu ölür»  filminin nümayişinin qarşısı BAK tərəfindən qətiyyətlə  alınmışdır. Bu filmin həm kinoteatrda nümayişi  həm də prokata verilməsi qadağan edilmişdir.

 ·                   Erməni rejissoru Vardan Ovanesyanın Qarabağa həsr edilmiş «Hərb və sülh insanlarının aqibəti» filminin İdfa Beynəlxalq Kinofestivalında mükafata layiq görüləcəyi artıq bir sıra qüvvələr tərəfindən razılaşdırılmışdır. Yenə BAK-ın faktlara söykənmiş təkidi və israrı nəticəsində filmin fistivaldan çıxarılması təmin edilib;

·                   Bazar günlərində fəaliyyət göstərən ana dili məktəbi açılmış və həmn məktəbdə azərbaycanlı uşaqlarla yanaşı İraq türkmənləri uşaqları da təhsil alırlar;

·                   Erməni təbliğatının qarısını almaq məqsədi ilə  Beneluksda fəaliyyət göstərən  Azərbaycan və Türk Diaspora təşkilatlarının birgə kordinasiya edilmiş şəkildə təbliğat  aparmaları üçün BAK-ın Bakıdakı nümayəndəsinin təşəbbüsü ilə Azərbaycanda tanınmış informasiya texnoloqlarından ibarət qrup yaradılmışdır;

·                   İyunun 28-29-da Niderland Krallığının Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyi münasibətilə “Azərbaycan-Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə doğru 90 il” mövzusunda konfrans keçirəcək. Tədbirdə Benilüks ölkələrinin hökümət rəsmilərinin, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları fəallarının iştirakı nəzərdə tutulub. Benilüks Azərbaycanlıları Konqresi həmin ərəfədə Azərbaycanı tanıtmaq məqsədilə daha bir tədbir təşkil edəcək. Benilüks ölkələrinin təmsilçilərinə Azərbaycan Demokratik Respublikası və müasir Azərbaycan haqqında fotosərgi təqdim olunacaq, film nümayiş etdiriləcək və s..

Bu qeyd edilən işlərə imza atan qurumun iki aparıcı siması sədr Sahil Qasımov və icraçı direktor Elman Mustafazadə arasında olan mübahisəli məqamların diasporun bütün üzvlərini əhatə etməsi porblemin kökündə zidiyyətli məqamların olduğunu göstərir. Mən Elman Mustafazadəni və Sahil Qasımovu birincini yazılarına, ikncini isə fəaliyyətinə və Avropada olan dostlarımın onun haqqında müsbət fikirlərinə görə tanımışam. Hər dəfə də xaricdəki azərbaycanlılarla diasporumuz və soydaşlarımız mövzusunda danışıq aparanda:”Sahil Qasımov Azərbaycanı ürəkdən sevən bir insandır.”,  ”Sahil Qasımov cəsarətli və qətiyyətli bir şəxsdir”, ”Sahil Qasımov Avropada ermənilərin çəkindiyi bir soydaşımızdır” sözləri ilə rastlaşmalı oluram. Azərbaycanlı olaraq bu sözləri eşitmək çox sevindircidir. Avropa kimi bir məkanda dövlətimiz naminə görülən işlərin müəlliflərindən biri olan Sahil bəyin ermənilərin ”baş-bəlası” olduğu da onların özləri tərəfindən edilən etiraf və xislətlərinə uyğun atdıqları addımlarda görmək olar. Rotterdamda BAK mərkəzinə ermənilər tərəfindən edilən basqınlar Sahil bəyin və sədri olduğu qurumun cəsarətli işlərinin qarşısını almağa yönələn hərəkət kimi qəbul edirik.Daima yazıları ilə Azərbaycanı təbliğ edən Elman bəyin isə BAK və onun sədrinə qarşı tutuduğu mövqe isə anlaşımazdır. Axı Elman bəy hər zaman yazıları və bəyanatları ilə parçalanmağa qarşı olduğunu bildirmiş və Avropa kimi bir məkanda soydaşlarımızın birliyi naminə istənilən addımları atmağa hazır olduğunu qeyd etmişdir.

Elman bəyin BAK Idarə Heyyətinin  12 Iyun 2008-ci il qərarı ilə təşkilatın İcra Aparatının rəhbərliyindən və sıralarından onun haqqında səslənən ciddi ittihamlarla uzaqlaşdıırlması bizləri təəcübləndirmişdir. Rotterdamda yaşayan bir dostumun onun BAK-ın gəlirlərinə şərik olmaq istəyi barədə mənə yazanda ilk öncə inanmağım gəlmədi. Axı Elman Mustafazadə siyasi mühacirdir və ona Hollandiya dövləti tərəfindən aylıq xərclər üçün ayrılan vəsaitin yetərincə olduğu bəllidir. Niyə pul-var dövlət yazıları ilə soydaşlarımızın sevimlisinə çevrilən Elman bəyi də milli mübarizədən-bilrəşmədən uzaqlaşdırdı....Suallar çox.. cavablar isə eyni..pul-vəzifə-stol-şöhrət.Çox təəssüf edirəm ki, bu işlərdə Elman Mustafazadə əks mövqedə durub. Dünənə qədər dövlətimizin təbliğatçısına çevrilən, çiyin-çiyinə mübarizə apardığı və çörək kəsdiyi insanları ittiham edən bəyin bu mövqeyi başa düşülən deyil. Şəxlər arasında mübarizənin təşkilatın parçalanmasına aprdığı yol də qəbul edilən deyil. Avropadakı dostlrımın məlumatına əsaslansaq türk diaspor təşkilatları də prosesdən narazıdırlar və baş verənləri türk-azərbaycan diaspor bilriyinə zərər verəcəyi qorxusu yaradır. Bu parçalanmağı dayandırmaq əvəzinə isə elektron qruplarda mentaliteddən kənar təhqirlərə və ittihamlara güc vermək yanan alovun üzərinə yağ tökməyə bənzəyir. Parçalanmanı dayandırmaq lazımdır hörmətli BAK..Siz Azərbaycan adını özünüzdə daşıyrınız..ən azı Azərbaycan adına hörmətlə yanşmağa məcbursunuz.  

MÖQVE:

Benilüks Azərbaycanlılar Konqresinin sədri Sahil Qasımov

http://www.boxca.com/3q33l5hhxkk3/SahilQasimov.doc.html

«Azərbaycanın dostları» Cəmiyyətinin sədri Elman Mustafazadə

http://www.boxca.com/2pla1o2xntth/ElmanMustafazade.doc.html

Baxış sayı: 287
Açar sözlər:
Bookmark and Share


1
elnur elturk yazıb:

salam Zaur bey,allah bize milli yolda komek olsun.

İyun 26, 2008 14:33

2
Kamilhamidov yazıb:

Men hec bele hallarin olmasini yaxshi qebul etmirem. Kecen il Niderlandda olarken teesuf ki bu ne Sahil bey, ne de Elman beyle gorushmek imkanim olmadi. Amma bir shey aydin gordum ki, ermeniler sayca az olmaqlarina baxmayaraq daha cox teshkilatlanmish kimi gorunurler. Axi niye bir birizle ishlerinzi problemli edirisiz? Eger birnizin xoshuna gelmirse teshkilati ishler, gedib ozu de elave birni yaratsin, amma nebade bunu alternatuv etsin. Cunki qurbetde alternativlik olmaz. Orada bir, tam olmaq lazimdir.

İyun 27, 2008 1:19

3
Hulya Memmedli yazıb:

DAK-in parcalanmasi Azerbaycan diasporunun ve belelikle de Azerbaycanin xaricde movqeyinin zeiflemesi demekdir. Bunun ishtirakcilari veten qarshisinda mesuliyyetlerini derk etmirler!

İyun 28, 2008 9:28

4
vuqar yazıb:

Size islerinizde muveffeqiyyet arzulayiram. Azerbaycanin bele is goren balalara ehtiyaci var.

İyun 28, 2008 13:42

5
habervatan yazıb:

Müstekil Azerbaycan resbuplikası ilk evvel işgal altındaki Qarabag topraklarını azad etmelidir.Bunu yapacak asgari guvvet Azerbaycan ordusunda mevcuttur.

İyun 29, 2008 11:59

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Cənubi Azərbaycanın taleyin nece görürsünüz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 17
Keçən ayın hiti: 4698
Dünənki hit: 191
Bugünki hit: 107
Ümumi hit: 36026

AddThis Feed Button
Add to Technorati Favorites