ERMƏNİLƏRİN AZƏRBAYCAN ƏRAZİSİNƏ KÖÇÜRÜLMƏSİ VƏ AZƏRBAYCANLILARIN HƏMİN ƏRAZİLƏRDƏN DEPORTASİYASI
Ermənilərin 1000 illər boyu öz tarixi-etnik torpaqlarında yaşadığı azərbaycanlılara qarşı mərhələ-mərhələ gerçəkləndirilən soyqırım, repressiya, deportasiya yolları ilə nail olduğu hər azəri türklərini həmin ərazilərdən zorakılıqla çıxarması sərsəm «Ermənistan» ideyasının gerçəkləşməsi və uydurma sübutların dünyada qəbul edilmələrinin, qarşılığında isə bizim xalqımıza qarşı törədilən genosidlər qabağında dünya ictimaiyyətinin susmasının nəticəsidir. Əslində ermənilərin buradakı iddialarının kökü çox qədimə gedir.
Hələ XVI-XVII əsrlərdə V Şah Abbas dövründə Səfəvi-Osmanlı dövlətlərinə Səfəvinin xüsusi agentlərinin ermənilərdən olması, 1605-ci ildə şah Abbasın verdiyi xüsusi fərmanla ərazidə pərakəndə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün ərazi ayırmaları, hətta Səfəvilər dövlətinin xarici-siyasət məsələləri ilə məşğul olmağı Xoca Səfərə etibar etməyi ilə başlamışdır.
Bu dövrdə Avropadan kömək ala bilməyən Ermənistan regionda möhkəmlənən Rusiyanı bahalı hədiyyələrilə öz tərəfinə çəkə bilmişdi.Belə ki, Xoca Səfərə 1660-cı ildə çar Aleksey Mixaylov və «ermənilərə qarşı, xüsusi lütfkarlıq siyasətinə görə indi Kremlin Silahlar Palatasında saxlanan «Almaz taxt» hədiyyə etmişdir ki, üzərində 987 almaz, 1298 yaqut, 18030 firuzə dənəsi olmuşdur. Ermənilər öz pulları hesabına hətta 60-dan çox kənd və məntəqəni satın almışdılar.
Q.Azərbaycan ərazisi əhalisinin ilkin qaçqınlıq dövrü 1801-də Rusiyanın Şərq, Gürcüstanı ilhaq etməsi, Loru-Pəmbəkdəki əhalinin xanlıq ərazisi və Qarsa sığınan, 2000-əcən erməni ilə Loru-Pəmbəkə köçürülməsi ilə başlamışdır ki, bu 1805-ci ildə də davam etmişdir. Rusların İrəvanı tutmasında isə ermənilər daha çox maraqlı idilər. Bunu bir fakt sübut edir. Erməni vilayətinin rəisi 1828-ci il 21 mayda Paskeviçə yazmışdı: «Erməni Hakan Harutyuna Abbas Mirzənin ordusunda topçu kimi xidmət edərkən döyüş zamanı top atəşi rus qoşununa deyil – İrəvan xanının qoşunlarına yönəltmişdi». Türkmənçay müqaviləsinin 20 martda təsdiqi ilə I Nikolay Erməni vilayəti yaradılması haqqında fərman verir. Erməni vilayəti İrəvan, Naxçıvn əyalətlərinə, Ordubad dairəsinə bölünmüşdü. Hələ 1829-cu ildə Paskeviçin tapşırığı ilə Şopen kamenral siyahıyaalma keçirmişdi. Erməni vilayətində kənd olub. Vilayətdə 81743 müsəlman, 25131yerli erməni olub. 1828-ci il Türkmənçay müqaviləsinin XV maddəsi ilə indiyəcən bu ərazidə pərakəndə halda yaşamış ermənilər indi kütləvi şəkildə köçürülürdü. Müqavilənin XV maddəsi:
Məmur və sakinlər bu gündən başalayaraq öz ailəsi ilə birgə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökümətin və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə, onun satılması və ya özxoşuna sərəncam üçün 5 illik müddət müəyyən edilir. Rusiyanın İrandakı səfiri Qriboyedovun təşəbbüsü ilə İran erməniləri işğal olunmuş ərazilərə köçürüldü. Bu zaman müsəlman əhalisi yaylaqda olduqlarından gəlmələr onların evlərində yerləşdirilirdilər. Şopenin siyahıyaalmasına görə İrəvanda 23568 nəfər, Naxçıvanda 10652 nəfər, Ordubadda 1340 nəfər, nəticədə 3556 erməni köçürülmüş və erməni vilayətində onların sayı 60691-ə çatmışdır. İrəvan xanlığı ərazisindən qaçıb Şərqi Anadoluda məskunlaşan azəri türkləri Rusiyanın oraya hücumu ilə növbəti dəfə – indi isə Türkiyənin içərilərinə qaçqın düşməyə məcbur olmuşdular. 1829-cu il 2 sentyabr Ədirnə müqaviləsinin 13-cü maddəsi ilə Türkiyənin işğal olunmuş ərazilərdə qalan ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə Rusiyanın tabeliyinə keçmək hüququ verilmişdir. Şopenin hablamasına görə 21666 nəfər erməni, 324 nəfər yezidi kürdü köçürülmüş, əvvəl Erməni vilayətində cəmi 25131 nəfər erməni vardırsa, indi 82397 nəfər idi və 81749 nəfər müsəlmanı üstələyirdi. Beləliklə, 1828-30-da Zaqafqaziyaya 40 min İran, 84 000 Türkiyə ermənisi köçürmüşdü. 1828-32-ci illərdə İrandan və Türkiyədən köçürülüb gətirilmiş ermənilərin İrəvan xanlığının ərazisində məskunlaşması azərilərin öz doğma yerlərindən qovulması və oralarda ermənilərin yerləşdirilməsi prosesi deportasiyanın başlanğıc mərhələsidir.
Fərqli cəhət odur ki, o vaxt deportasiya əsasən İrəvan əyalətinin daxilində gedirdi, kəndlərdən çıxarılmış azərbaycanlıların az hissəsi Türkiyə ərazisinə köçmüşdü. Bu Rusiyanın məqsədyönlü planı idi. Çünki yeni çox əlverişli sərhədlərə malik olan Rusiyanı əhalinin etnik tərkibi qane etmridi ki, o buna da nail oldu. Azərbaycanlıların deportasiyası 1877-78, 1914-14, 1918-20, 1948-53-cü illərdə davam etdirilmiş və 1988-ci ildə başa çatdırılmışdır. Şavrovun yazdığına görə 1877-78-ci illər Prus-türk müharibəsində. 90-cı illərdə Türkiyədə erməni üsyanları nəticəsində 400.000 erməni Qafqaza köçürülmüşdü.
Bu erməniləri «Böyük Ermənistan» xülyasına yaxınlaşdırmalı idi. Hələ 1891-ci ildə Bakıda Tağıyev teatrında Şafrazyanın 4 şəkilli pyesi tamaşaya qoyulmuşdu. Tamaşanın I şəklində erməni qadınına işgəncə verən türk təsvir edilmiş, II şəkildə həmin qadının azadlığı uğrunda mübarizəsi, III şəkildə türkləri məhv edən həmin qadın, IV şəkildə gənc erməni qızı timsalında azadlığa çıxan ermənistan təsvir edilmişdir. Bunun üçün isə türklərə qarşı soyqırım törədib dünyaya isə soyqırıma məruz qaldıqlarını car çəkmək lazım idi və buna nail oldular ki, bu gün 1915-ci il 24 aprel dünyada ermənilərə qarşı uydurma «soyqırım» kimi qeyd olunur. 1918-ci ildə Ermənistan müstəqil dövlət olandan sonra növbəti deportasiya yalnız 1920-ci ildə sovet hakimiyyəti qurulandan, daşnak hakimiyyəti devriləndən sonra əhalinin keçmiş ədavəti unudub torpaqlarına qayıtması ilə nəticələnmişdi. 1920-ci ildə Ermənistanda cəmi 10.000 azərbaycanlı qaldığı halda 1922-ci ildə qaçqınların qayıtması hesabına onların sayı 77767,1931-ci ildə 105838 nəfər olmuşdur. XX əsrin əvvəllərində C.Qafqazda yaşayan 1 mln. 300 min erməninin 1 mln.-u gəlmə idi.
Sovet imperiyası yaranandan sonra rusun Qafqazda dayağı olan ermənilər yenidən «Böyük Ermənistan» haqqında düşünməyə başladılar. Xaricdə yaşayan ermənilərin Ermənistana köçməsi üçün torpaq azlığının olduğunu, çıxış yolunun isə azərbaycanlıların Aran rayonlarına köçürülməsində görən ermənilər bu məsələni Stalinin nəzərinə 1943-cü il Tehran konfransında çatdırdılar. Bunu erməni diasporunun nümayəndəsi SSRİ XİN Molotov vasitəsi ilə Stalinə çatdırdı və razılıq əldə olundu. Artıq 1946-cı idə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4 min nəfər erməni Ermənistanda yerləşdirilmişdi. Erməni rəhbərliyi xaricdən gələn erməniləri qəsdən günlərlə dəmiryol stansiyalaranda saxalayıb, onlar arasında təbliğat aparırdılar ki, əgər İrəvanda və onun ətraf rayonlarında yerləşdirməsələr geriyə – xaricə qayıtmaq haqqında Moskvaya teleqram vursunlar. Özləri isə bunun SSRİ-nin xaricdəki nüfuzuna zərbə vuracağını Stalinə çatdırırdılar.
Məsləhət görürdülər ki, SSRİ Nazirlər Sovetinin 1945-ci ildə Kür-Araz ovalığının yenidən qurulması haqqında qərarı əldə tutub azərbaycanlıların Mil-Muğan düzünə köçürmək iqtisadi cəhətdən də sərfəlidir. Dekabrın 27-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 №-li qərar qəbul etdi. 1948-də 10.000, 1949-da 40.000, 1950-də 50.000 azərbaycanlının köçürülməsi planlaşdırılmışdı. 1946-48-də xaricdən 100.000 erməni köçürüldüyü halda, 1948-də cəmi 10.000 erməni köçürülmüş və xaricdən köçürülmə dayanmışdır. Qərarın 11-ci bəndində göstərilirdi ki, «Ermənistan SSRİ Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlıların boşaltdıqları tikililər və yaşayış evlərində xaricdən gələn ermənilər yerləşdirilsin». Mülayim iqlim, bulaq suyuna öyrənən on minlərlə azərinin deportasiya nəticəsində məhv olunmasında Mir Cəfər Bağırovun da günahı az deyil. Lakin ən böyük günahkar, M.Ə. Rəsulzadənin dili ilə desək «türkün düşməni olan Stalindir». Köçürülən ərazidə şəraitsizlik, yaşayış binalarının çatışmaması nəticəsində köçürmə planını yerinə yetirmək olmurdu. Hətta iş o yerə çatmışdı ki, Ermənistanda benzin çatışmadığından planı yerinə yetirmək üçün Azərbaycan öz yanacaq fondundan 60.000 ton benzin ayırmışdı. 1949-cu ildə 12306, 1950-də 65 000 adam köçürülüb. 4878-i evlə təmin olunmuşdu. 1948-53-cü illərdə 144654 nəfər zorla köçürülmüşdü. 1953-cü ildə Stalinin ölümündən sonra köçürmə prosesi dayanmış, sağ qalan əhali el-obalarına qayıtmışdı.
Bu deportasiyanın bir məqsədi 80-ci illərə qədər təbii artım ilə azərilərin say çoxluğunun köçürülmə nəticəsində alınan ermənilərin sayına bərabərləşəcəyi qorxusu idi. Deportasiyanın növbəti mərhələsi 1988-ci ildə başlayıb və 200.000 azərinin oradan çıxarılması ilə nəticələnib. Hələ 1988-ci il 5 dekabrda Z.Balayan demişdi ki, «Biz Dağlıq Qarabağ məsələsini ortaya atmaq üçün 20 il idi fürsət axtarırdıq. Belə fürsəti bizə yenidənqurma verdi». 1988-ci ilin noyabrında 80.000 qaçqın gəldi. XX əsrdə artıq II dəfə əhaliyə qarşı olan soyqırım nəticəsində əhali qarlı-boranlı yollarla qaçıb özlərini Azərbaycana çatdırırdılar. 1988-ci il dekabrın 6-da bütün azərilər Ermənistandan qovuldu. Keçmiş İttifaq orqanları isə buna seyrci münasibət bəsləyirdi. Ermənistanın Mehri rayonunda qalmış axırıncı azəri kəndi – Nüvədi 1991-ci il 8 avqustda boşaldıldı. 1993-cü iləcən isə Azərbaycanın 12 rayonu, ərazisinin 20%-ni işğal etmiş, 20.000 öldürülmüş, 4000 girov götürülmüşdür. 1 mln. azərbaycanlı öz ölkəsində qaçqın olmuşdu.
«1948-53-cü illərdə azərilərin Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərman imzalanmış və bunun beynəlxalq ictimaiyyətə çatdırılması üçün Ddövlət Komissiyası yaradılmışdı. Tarixdən nəticə çıxarmadığımız üçün enyi hadisələr bir neçə dəfə təkrarlanmışıdr. Biz öz həqiqətlərmizi dünya ictimaiyyətinə beynəlxalq konfranslarda iştirak, beynəlxalq radio və televiziyalarda çsıxış, öz insanımızın bu hadisləərdən xəbərdar olması ilə nail ola bilərik. Bunun üçün bizim dünyanın hər yerində, xüsusilə ermənilərin fəal olduğu yerlərdə güclü diasporaya malik olmalıyıq.
Əgər ermənilər 1915-ci il 24 aprel uydurma «soyqırım» günü kimi qeyd edə bilirlərsə, biz niyə başımıza dəfələrlə gələn bu soyqırımlara dünya ictimaiyyətini inanmağa məcbur etməməliyik. Biz soyqırım, repressiya, deportasiya yolları ilə təhqir olunmuş, qətlə yetirilmiş on minlərlə insanımızın qisasını yalanız müharibə ilə ala bilərik. Sülh Azərbaycan üçün böyük təhqir olar. Biz tutulan torpaqlarımızı geri qaytarmaq üçün müdafiə olunmamalıyıq, hücum etməliyik və dünyaya öz faktiki «həqiqətimizi» göstərməliyik.
Qəzaların,milis
sahələrinin və
kəndlərin adı
təsərrüfatların
ümumi sayı
Sakinlərin
sayı
Cəmi
kişi qadın
1 2 3 4 5
İrəvan qəzası:
1-ci milis sahəsi
1.Damagirməz 70 203 184 387
2. Zar 170 396 310 706
3. Kamal 100 335 290 625
4. Güzəcik 24 73 46 119
5. Mangus 90 250 176 426
6. Oxcabert 115 269 224 493
7. Puta 40 121 87 208
8. Karuçlu 32 119 69 188
9. Koxt-Tatarlı 20 44 35 79
10. Əli Qırıq 37 119 83 202
2-ci milis sahəsi
11. Ağhəmzəli 143 438 405 843
12. Cambacılı 63 193 162 355
13. Xarratlı 62 254 242 496
14. Uluxanlı 500 1684 1489 3173
15. Qaraçar 64 328 310 638
16. Reyhanlı 56 134 203 432
17. Əbilkənd 34 134 122 256
3-cü milis sahəsi
18. Sabunçu 35 110 92 202
19. Kəmərli 151 459 411 870
20. Torpaqqala 56 216 199 415
21.Qaraqoyunlu 67 227 205 432
22. Ruhin 92 187 145 332
23. Buzovand 28 59 37 96
24. Qarahəmzəli 160 437 378 815
25. Alıoba 28 110 96 206
26. Doqquz 36 119 91 210
27. İnəkli 37 102 83 185
28. Ağbaş 19 60 72 132
29. Novruzlu 16 129 102 231
30. Yamancalı 107 396 367 763
4-cü milis sahəsi
31. Sədərək
Qəza üzrə cəmi
Sürməli qəzası: 3015 10298 8707 19005
1-ci milis sahəsi
32. Əliqoçaq 69 242 225 467
33. Yuxarı Bəndumərək 13 56 51 107
34. Aşağı Bəndumərək 12 99 133 232
35. Kündə 16 129 120 249
36. Daşlıca 17 91 80 171
37. Asma 35 125 122 247
38. Qaragüney 53 373 264 637
39. Qucaq 18 172 164 336
40. Qarakəsər 24 148 118 266
41. Qızınqala 18 172 148 320
42. Siçanlı 18 59 50 109
43. Əhracı 193 1041 980 2021
44. İzdıra Mava 262 884 788 1672
45. Mələkli 361 1100 1000 2100
46. Sultanabad 26 86 104 190
47. Ağaməhəmməd 130 330 290 620
48. Ağaver 42 121 85 206
49. Ərəbkirli 83 203 141 344
50. Qasımcan 80 192 176 368
51. Quzugüdən 46 121 115 236
52. Qazançı 121 178 285 583
53. Kiti 165 397 354 751
54. Küllük 101 390 370 760
55. Oba 120 401 319 720
56. Sarıçoban 63 164 154 338
57. Yuxarı Çarıqlı 42 121 101 222
58. Aşağı Çarıqlı 15 60 84 144
59. Çaycı 226 800 700 1500
60. Hamarat 40 123 131 254
61. Xaraba Əhincan 145 452 380 832
62. Hüseynkəndi 79 291 259 550
63. Zülfüqar 82 280 235 515
64. Qızıl Zakir 49 160 139 299
65. Qızıl Qışlaq 90 210 196 406
66. Mirrəşidli 6 22 19 41
67. Nəcəfəli 11 62 65 127
2 -ci milis sahəsi
68. Həsənxan 110 328 290 618
69. Göycəli 80 310 290 600
70. Cənnətabad 240 1200 890 2090
71. Dizə 300 1000 823 1823
72. Qaraqoyunlu 28 81 58 139
73. Qıraqşaq 35 140 110 250
74. Öküzlü 20 70 53 123
75. Səfərqulu 28 105 92 197
76. Toxanşalı Bayat 68 146 312 658
77. Toxanşalı Qacar 178 586 490 1076
78. Xaraba Əhincan 42 137 102 239
79. Şirəçi 70 305 270 575
3-cü milis sahəsi
80. İncə 120 476 417 884
81. Sürməli 80 410 380 790
82. Pirli 92 460 410 870
83. Osmanköy 20 70 45 115
84. Söyüdlü 50 180 139 219
85. Yuxarı Qatırlı 46 290 238 528
86. Çuvanlı 25 133 93 226
87. Turabi 70 172 165 337
88. Mirzəxan 219 110 98 208
89. Suki 39 197 168 356
90. Pirsah 56 291 232 523
91. Akarar 72 371 287 658
92. Qamışlı 35 340 290 630
93. Aşağı Qatırlı 21 138 129 267
94. Çinçcabad 12 110 92 202
95. Kaçin 35 317 212 529
96. Ağdaş 46 218 192 210
97. Ağabəy 27 135 116 251
98. Dəmirsıxan 83 447 396 812
99. Qaracoran 53 412 367 779
100. Yanlı 31 322 267 589
101. Alıkosa 50 431 319 750
102. Siçanlı 50 375 298 673
103. Daşlıca 47 219 201 420
104. Küriocaq 40 217 209 426
105. Muça 100 492 387 879
106. Ərqov 93 476 367 843
Qəza üzrə cəmi 5493 21889 19458 41347
Eçqmiadzin qəzası:
107. Molla Dursun 35 172 148 320
108. Hacılar 29 130 118 248
109. Girampa 26 71 59 130
110. Azarlı 70 176 177 353
111. Ağcaqala 72 229 192 420
112. Haramlı 30 90 72 162
113. Zeyvə 108 352 270 622
114. Kolanlı 159 388 380 768
115. Qarğabazar 129 370 318 688
116. Gözlü Kəmərli 89 225 186 411
117. Səfiabad 29 138 105 243
118. Qaraqoyunlu 74 240 232 472
119. Ayranlı 39 198 172 370
120. Patrinc 75 286 240 526
121. Ayranlı 35 110 105 215
122. Tos 83 224 196 420
123. Karvansara 388 1379 1058 2417
2-ci milis sahəsi
124. Kiçikkənd 32 175 195 370
125. Persi 42 180 143 323
126. Təkiyə 145 382 343 725
127. Parni 173 509 497 1006
128. Axıs 74 195 170 365
129. Zeynal bulaq 45 150 145 295
130. Kötəkli 24 120 122 242
131. Umi 190 760 620 1380
132. Nəzravan 68 290 263 553
133.Əngərsaq 25 114 95 209
134. Qoşabuxaq 18 120 91 211
135. Qatur 270 130 78 208
136. Qaracoran 65 201 194 395
137. Quru Əli 27 75 60 135
138. Hamamlı 82 210 78 288
139. Tuxunabi 52 201 178 379
140. Akarak 99 352 277 629
141. Erqov 70 160 120 280
3-cü milis sahəsi
142. Yuxarı Qarxun 213 608 545 1153
143. Aşağı Qurxan 120 328 297 625
144. Şorkənd 62 210 198 408
145. Türkmənli 54 250 260 510
146. Molla Bədəl 52 168 167 335
147. Ağdizarx 110 364 536 720
148. Kərimarx 353 825 875 1700
149. Armudlu 42 452 157 309
150. İydəli 143 446 434 880
151. Canfəda 218 690 628 1318
152. Yuxarı Qulubəyli 42 171 115 286
153. Aşağı Qulubəyli 40 296 222 518
154. Saatlı 43 128 119 247
155. Qamışlı 24 126 112 247
156. Metsqala 19 190 174 364
157. Qatırabad 30 310 285 595
158. Razdar 66 130 96 226
159. Layis 32 138 126 264
160. Xocayar 27 123 113 236
4-cü milis sahəsi
161. Partikən 64 278 218 496
162. Pirmələk 82 140 121 261
163. Şeyx Qarni 58 220 190 410
164. Karvansaray 85 120 90 210
165. Aralıq 62 196 162 358
166. Quludərviş 48 185 172 357
167. Eşnək 145 349 328 677
168. Talın 59 232 198 430
169. Mehriban 140 290 243 533
170. İrind 45 120 119 239
171. Yuxarı Qaraqorxmaz 70 210 184 394
172. Aşağı Qaraqorxmaz 42 &nbs


