Reklam verin!

QƏDİM DÖVR AZƏRBAYCAN MÜHACİRƏTİ VƏ DİASPORU I yazı

shekliAzərbaycan vətəndaşlarının mühacirəti və diaspor formalaşdırması tarixi bu günə qədər az öyrənilmiş, onun gerçəklikləri tarixin qaranlıq dumanları içərisində itib-batmışdır. Bu xalqın keçmişindən, soy-kökü və milli özülündən uzaq salıb ayırmaq üçün tarixi təhriflərə uğradılmış, adına saxta, qondarma bir tarix yazılmışdır.

 

Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən də qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşma prosesi başlayana qədər Azərbaycanda (və həm hüdüd regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitə malik olması, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərdə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır.


Çox qədim tarixi və ənənələri olan Azərbaycanda insan, onun varlığı, yaşayışı, həyat şəraiti, sevgisi, təbiətə və cəmiyyətə, başqalarına münasibəti - əxlaqi davranışları, elmi-intellektual vəziyyəti, məişət mədəniyyəti, əmək və yemək ənənələri və s. zəngin tarixi zəmin üzərində qurulmuşdur. Qədim Azərbaycan da insan, onun yaranması, tarixi, ictimai fəaliyyəti barədə çoxlu mifik düşüncələr olmuş və onun birinci izləri folklorda, sonrakı yazılı ədəbiyyatda, Qobustan daş yazılarında, arxeoloji qazıntılarda və s. əks etdirilmişdir.

Tarix boyunca millətlərin axın və köçlərinə keçid olan Qafqaz regionu və Azərbycan başqa xalqların  yerləşməsi, məskunlaşması, yaşayışı üçün əlverişli bir bölgə olmuşdur. Burada məskunlaşmış xalqlar minilliklər boyu Qafqaz sərhədləri içərisində, xüsusilə Azərbaycanda milli kimliklərin  qoruyub saxlamış, mədəniyyət və ənənələrin inkişaf etdirmişlər. Ölkəmiz ərazisində aparılan elmi tədqiqatlar nəticəsində 4 arxeoloji mədəniyyət: olduyev (ən qədim dövr), qədim aşen, aşen və mustye mədəniyyət abidələri tapılıb. Azıx, Tağlar, Daşsalahlı, Qazma Buzeyir və digər ərazilərlə yanaşı ən qədim dövr adlandırılan çəmənliyi adlandırılan Quruçay mədəniyyəti dövrlərinə təsadüf edən qalıqlar aşkar olunub. Elmi əsaslarla isbat olunub ki, iki milyon il əvvəlki illərə aid olan Quruçay mədəniyyəti zamanı tarixdə insana bənzər canlının 4 deyil iki ayaqları üstündə yeriməsi, buranın qədimliyinin bariz nümunəsidir.

Fizuli rayonu ərazisində yerləşən Azıx mağarasında ən qədim insan, Azıxantrop adlandırılan insanın alt çənə sümüyünün tapılması Azərbaycanın qədim tarixi inkişaf dövrü keçməsi faktın təsdiqləyir.

Yurdumuzun qədim sakinləri olan azərbaycanlılar  mezolit dövründə (e.ə XIII-IX əsrlər) insan kollektivlərin mühacirət dövrünün fəal  iştirakçıları olublar. Bu mühacirətlə, köçlə  əlaqədar mədəni yeniliklər mezolit oykumenanın müxtəlif ərazilərə yayırdılar. Bu dövrdə başlanan azərbaycanlıların mühacirəti, köçü tarixən zamanla aktiv, zamanla passiv formalarda davam edib. Məşhur tədqiqatçı Qumilyovun "passionarlıq" anlayışına nəzər salsaq görərik ki, türk tayfaları böyük bir geosiyasi mənada daim köç ediblər. Onlar ilk əvvəl Qərbdən Şərqə və sonradan geriyə bütün məkanı, enerjiləri, mədəniyyətləri, ruhları və nəfəsləri ilə çalxalayıblar. Beləliklə türk əsrlər boyu Qərblə Şərqi "çalxalaya-çalxalaya" öz "passionarlıqlarını" bir qismi oturaqlara verdi, başqa sözlə onlara həyat bəxş elədi. Bu oturaqlardan olan türklərin bir hissəsi Qərbdə və Şərqdə assimliyasiya  oldular. Onların mühacirətini davamiyyətli olması, bioloji artım zamanı nəsil dəyişməsinə yerlilər tərəfindən olan böyük təsir onların barəsində ətraflı məlumatların yaranmasına mane oldu.

Azərbaycan diasporunun əsasını təşkil edən azərbaycanlıların  mühacirətinin çoxəsirlik tarixi var. Son dərəcə geosiyasi mövqeyi, təbiəti, zənginlikləri və insan ehtiyatları azərbaycanlıların könüllü mühacirəti ilə yanaşı müxtəlif səbəbin toqquşmalar, münaqişələr səbəbilə həm vətənlərimiz öz doğma torpaqlarından zorla köçürülürlər, yad ölkələrə aparılıbar. Bir çox tarixi mənbələrdə qeyd  olunan qədim Azərbaycan mühacirləri məlum səbəblərə görə tam diaspor formalaşdırmamalarına baxmayaraq, alimlərimiz, musiqiçilərimiz, memarlarımız və digər peşə sahibləri olan azərbaycanlıların səsi İran, Ərəbistan, Hindistan, Avropa və digər Asiya Amerika ölkələrindən gəlmişdir. Azərbaycanlılar dünyanın hansı ölkəsində məskunlaşmalarına baxmayaraq vətənlə bağlılıqlarını birbaşa olmasa da  mədəniyyət və incəsənət vasitəsilə gələcək nəsillərə çatırıblar. Burada bəzən yerli mədəniyyətin təsirləri hiss olunması isə təbii qarşılanmalıdır. Bu danılmaz bir prosesdir ki, azərbaycanlılar məskunu olduqları, yaşadıqları mühitlə təmasda olublar. Nəticədə ədəbi mədəni, mənəvi və dini əlaqələr bu bağlılıqların mahiyyətinə və xarakterinə təsirsiz qalmamışdır. Bu mənada Azərbaycan mühacirəti və diasporu ədəbi, mədəni irsi olduqca mürəkkəb, ziddiyyətli və çoxşaxəlidir.

Azərbaycan dastanlarını, şifahi və yazılı xalq ədəbiyyatı folklorunda qürbət mövzusunun yeni olmadığı hamıya bəllidir. Biz azərbaycanlıların dünya səpələnməsi, diaspor formalaşdırılması barədə Azərbaycan alimləri ilə yanaşı Rusiya, İngiltərə, Türkiyə, İsveç, Norveç və digər ölkələrin alimləri, tədqiqatçıları da çox sayda kitablar yazıblar. Bu istiqamətdə aparılan tədqiqat işlərində Horveçli səyyah alim Tur Heyerdalın nəzəriyyələrinin xüsusi yeri var. Əsərlərilə tarixin qaranlıq səhifələrini işıqlandıran  Tur Heyerdalın fikirlərindən  sonra bizdə Azərbaycan diasporunun, mühacirətin qədim tarixini araşdırmaq üçün şərait yarandı.

İlk dəfə 1981-ci ildə Azərbaycanda olan səyyah ölkə ərazisində tarixi abidələrlə yaxından tanış olduqdan sonra Dünya tarixində 3 əsas svilizasiyadan birinin Azərbaycan ərazisində olması barədə mülahizə irəli sürdü. Bu 3 svilizasiya məskənləri inkişaf etmiş ərazilərlə malik olmaqla yanaşı sakinləri mədəni, incəsənət və memarlığı ilə seçilmişlər.

Tur Heyerdalın bu nəzəriyyə ilə bağlı bir fikri olduqca maraqlıdır. Özünün "Challenging euro-centrik theories of migration"- adlı məqaləsində aşağdakı sözlərlə o, bütün dünya alimlərinə müraciət etmişdir.

«Bir alim kimi Avropada biz tərəfindən öz həmvətənlərimizin dünyanın bir çox yerlərini kəşf edilməsi barədə dərc olunan əsrlərdən bizə gələn tarixi sənədləri yenidən təhlil edək. Burada olanların əksinə olaraq görürük ki, Avropalılar, Yeni Dünyalar kəşf edən tarixdən əvvəl Afrikadn olan dənizçilər Kanar adalarına yol açmışlar. Amerika, Hind okeanı və sakit okean Asiyadan elə Amerikadan olan qədim sakinlər tərəfindən öyrənilib. Avropa deyil Azərbaycan inkişaf etmiş svilizasiyasının qaynayıb daşan mərkəzi olmuşdur. Geniş ticari və uzaq əlaqələri olan ticari və mədəni impulsun naviqotoru olan Azərbaycan ərazisini tədqiq etmək vacibdir. Biz tarixi qumda və dənizdə axtarmalıyıq. Müasir Azərbaycanın qədim və xarici əlaqəlirn araşdırmaq üçün alimlər səy göstərməli və buranın tarixi mənbələrini təyin etməlidir».

Bu nəzəriyyəni inkişaf etdirən səyyah-alim Skandinav xalqları ilə yanaşı Meksika, Peru, Amerika, Asiya və Afrika xalqlarının həyatında azərbaycanlıların oynadıqları rolu sənədlərlə isbat etməyə çalışır.

Tur Heyerdal "Yeni fikir" qəzetində dərc olunan "Azərbaycan Qafqazlıların yayım mərkəzidir"  - məqaləsində bu nəzəriyyəni daha da inkişaf etdirib:

«Qədim azərbaycanlıların gəmiləri Xəzər dənizində və rus çaylarında aşağı-yuxarı gedib-gəlirdi. Və onların qayalarda çəkdikləri gəmi rəsmlərilə vikinqlərin min il sonra Norveçdə çəkdikləri rəsmlər arasında oxşarlıq təsadüfi ola bilməz. Skandinaviyada, xüsusilə Norveçdə iki müxtəlif növ gəmi rəsmlərinə rast gəlmək olar. Bunlardan biri Qobustandakı rəsmlərə bənzəyir: üfiqi çəkilmiş xətt gəminin əsasını, şaquli xəttlər isə gəminin heyətini və yuxarı qaldırılmış avarları əks etdirir. Digər gəmi növü "dəri gəmi"sindən ibarətdir. Bu cür gəminin qısa və geniş burnu olur və içərisi ağacla (qamışla) - örtülürdü. Qaya rəsmləri bu cür gəminin çöldən görünüşünü əks etdirir»

 1241-ci ildə İslandiyalı Snor Sturlasonun «Norveç vikinqləri krallarının saqası»-nı  əsas göstərən Tur Heyerdal norveçlilərin ulu babalarının adının  Odin olmasını bildirir  və qeyd edir ki, Odin Skithbalanthncr (skidblandenr) adlı gəmilə bu ərazilərə  gəlib. Odin qatlama gəmisi ilə saqada qeyd olunduğu kimi yerlilərin qəlbini fəth etmişdir. Saqaya görə Odin "Aser" adlı məmləkətdən gəldiyindən çox zaman onu "Asa-Odin", "Aser Odin", "Odinsan" adlandırırdılar və Snor dəqiq olaraq, Aser-in Qafqazdan, Qara dənizdən cənubda yerləşən ərazilərdən gəldiyin göstərir.

1987-ci ildə Y.M.Stenrsens Forlaqın Osloda ingilis dilinə tərcümə etdiyi saqada adları çəkilən "Aser" və "Odin" barədə bir qədər ətraflı tədqiqat aparaq. Azərbaycanın görkəmli tədqiqatçısı Mahmud İsmayılov qeyd edir.

«Aslar qədim çox qədim, dilləri bizim dilimizin kökkündə dayanan soy, xalq olmuşdur. Asları tədqiqatçılar türkdilli sayların ən ulu əcdadlarından biri sanırlar. Ehtimal var ki, yurdumuzda məskunlaşan asların adı ilə bu yer aslar diyarı aslar məskəni asların yurdu as ərlərin as kimilərin yurdu, Asər yurdu adlandırmışlar. Asların adına qədim Orxon-Yenisey yazılı abidələrində də rast gəlinir. Dünya tarixi ilə məşğul olan təqdiratçıların bir qismi Asiya qitəsini - qitənin ən böyüyünün adını bu ərazinin ən qədim məskunlarının, asların adı ilə bağlayırlar. Tədqiqatçıların söylədiklərinə görə asların bir qolu eramızdan sox-sox əvvəl Azərbaycanda məskunlaşıblar».

Odin - azərbaycanca səslənir və od və "yaşayış məskəni", ya da "ruh, can" mənaların verən in sözündən ibarət olub. "Od canlı", "od ruhlu", ya da "od məskəni" obrazlı desək "od saçan", kimi açıqlanır. İslamdan öncə azərbaycanlıların oda sitayişi etməsini nəzərə alsaq Odin adının bu cürə izah  olunmasına inanmaq olur.

Snor Sturlasonun saqasındkı  fikirləri Tur Heyerdal inkişaf etdirərək bildirir.

«Norveç tarixçiləri Asar Odin, onun gəmisi və səfəri barədə saqanı orta əsrlərin əfsanəsi hesab edirlər. Hərçənd onlar norveçlilərin Qafqazlı olduqların qəbul edirlər. Yəqin ki, Odinin gəmisi aserlərin (asları) torpaqlarının Qafqazın şərqində, Xəzər dənizi sahilində yerləşdiyin göstərir. Bizim eradan əvvəl V əsrdə Yunan tarixçisi Heredot qatlanan gəmilərdən yazır və onlar Asar Odin saqasında təsvir olunduğu kimi aserlərin yaşadığı ərazidə istifadə edildiyini göstərir.»

Heredot, Diogen, Plutarx, Strabon da ön Asiya və Azərbaycan da yaşayan tayfalardan ətraflı söhbət açaraq, Heyerdalın qeyd etdiyi gəmilər barəsində də fikirlər söyləyiblər.

Snorun saqasında qeyd olunan Aser Odinin nəslini araşdıraq. Bu istiqamətdə Nazim Rizvanın tədqiqatları olduqca maraq doğurur. «Azərbaycan diasporası tarixindən» - kitabının müəllifi olan Nazim Rizvan Snor və Tur Heyerdalın  Aser Odin və onun ailəsi barədə açıqladığı fikirlərlə dəstək verir:

«Odinin oğlu, güclü pəhlivan, şimşək allahı Tor, torpaq ilahəsi Torun anası Yord (Yurd) başqa oğlu Moqni, bahar allahı Valdır. Tir həqiqət ilahəsi Vor, iki qardan, Foylar, Qoylar, eləcədə mani qoca dayə elmi, siqurd, oyun, Ağnar, Qunnar və başqaları da bu qəbilədəndir. Dastanlarda atillanın adına Atil şəklində rast gəlirik.»

Tək Norveç deyil, İrlandiya, Danimarka, İsveç, İslandiya xalqlarının inkişafında mühüm rol oynayan yurdumuzun qədim sakinləri olan aslar barədə çoxlu tarixi faktlar var. XVIII əsr və müasir İrland tarixçiləri qeyd edirdilər – «Biz Aser torpağının davamçıları və nəsliyik.»

İrlandiya və Şotlandiya arasında kiçik "Azer" adasının olması bu faktı təsdiqləyən faktdır. 

Skandinav adasının ən qədim adı Tula-dır. Qədim türk sözü olan Tulanın izahın müxtəlif cür yozmaq olar. Bunu Skandinaviyanın xəritədə olan görünüşü ilə də və yaxud başqa bir anlayışla oxşadan fikirlər qeyd olunur. Hər halda bu nəzəriyyəni Skandinav alimlərinin kəşf etdiyi kimyəvi elementlər cədvəlində 69-cü yeri tuton tulium (tm) elementində də görmək olar.  Bütün bunlar təsadüf deyil. Bir faktı da dastanlarda qeyd edilən fikirlə «Aser Odin Qunqnır nizəsin tutub Sleypnir atında dünyanı səyahətə çıxaraq insanlara nəzarət edir» əsaslandırmaq olar. Adı çəkilən Qunqnır nizəsi hun tayfalarının malik olduqları nizə ilə oxşarlığı da təsadüf deyil. İsveçdə Avesta şəhərinin olması da hər halda təsadüf ola bilməz. Kon - Tiki insanı  «Qədim Skandinav tarixi» məqaləsində qeyd edir.

«Biz Danimarka, İsveç və Norveçin kral ailələri xətti ilə tarixi öyrənirik, Biz bunu bu cürə götürməklə hesab edirdik ki, bu mifologiyadır, xəyali təsəvvürləridir. Lakin zamanlı biz bunların həqiqət olduğun tədqiqatlar zamanı görə bilərik. Mən uşaqlıqdan xatırlayıram ki, bizim mifalogiya Odin adlı allahdan başlanğıc götürür. Odindən isə 31 nəsil sonrası lazımdır ki, ilk tarixi kral barədə mənbəyə çataq. Odin barədə məlumatda qeyd olunur ki,  o şimali Avropaya Aser adlanan torpaqlardan gəlib və bunlar isə mifalogiya deyil. Bu faktiki tarix və coğrafiyadır.»

Tur Heyerdal məhşur tarixçi Heredotun qədim azərbaycanlıların istifadə etdikləri qatlanan gəmilərdən yazdığını və onun da aserlərin vətəninin olmasını qeyd etdiyini bildirib. Aserlərin ərazilərinin olduqca böyük idi və burada təbiət çox gözəl idi. Odinin nəvə-nəticələrinin sitayiş etdiyi dini yerlilər və tarixçilər Odino adlandırıblar. Bu faktı görkəmli türkoloq  Murad Acının «Qıpcaq çölünün yovşanı» kitabında da qeyd edilir. Murad Acı rusları İsveç mənşəli varyaqlar adlandırır. Acıya görə yunanlar, romanlılar, qıpcaqlar, farslar və bütün dünya IX-XII əsrlərdə rus sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada varyaqlar - adı ilə məhşur olan xalqı tanıyırdılar. O vaxtın tarixi sənədlərində belə yazıldığını araşdıran Acı Skandinavların dəniz cəngavərləri kimi dünya da tanıdığın göstərərək onların çaylardan magistral yol kimi istifadə edərək digər ərazilərdə məskunlaşdıqların qeyd edir.

Rus kimi tanınan varyaqların Odino deyilən dini inam sahibi olması barədə vurğulayan Murad Acı onların slavyanlarla heç bir bağlılığı olmadığını yazır. Buradan isə məntiqi nəticəyə gəlmək çətin deyil. Skandinavların ulu babalarının azərbaycanlıların olması faktını təsdiq edən sənədlər və məlumatlar odinin varlığı, odino dini varyaqların skandinav mənşəli olması faktının təsdiqlənməsi indi özlərini rus adlandıran xalqın əsl kökünü ortaya çıxarır.

 Rusların və skandinavların antropoloji  oxşarlığı da tarix boyu rus imperatorlarının skandinavlar ilə qohumluluq əlaqələri qurmaq istiqamətində apardıqları siyasət, elmi faktları təsdiqləməklə azərbaycanlıların skandinavlarla yanaşı, rus adlanan varyaqların ulu babaları olması barədə ehtimal yaradır. İngilis tarixçisi Devil Uilson Skandinaviyanın sakinləri olan vikinqlər barəsində tədqiqatlarında qeyd edir.

«Vikinqlər çaylar və dəniz vasitəsilə Skandinaviyaya gəliblər. Şərq və Qərb arasında ticari və mədəniyyət münasibətlərinin əlaqələndiricisi olublar. Böyük İpək yolu üzərində yerləşən Vikinqlərin qədim əcdadları Çin, Polşa, Rusiya və İran arasında yerləşən dəniz vasitəsilə mərkəsi Asiyaya çıxış yolu açıblar. Vikinqlər böyük dənizçilər idilər. Onların hesabında bir çox dəniz qəhrəmanlıqları var. Vikinqlərin Skandinaviya gəlməsindən öncə təbiətə malik əraziləri və inkişaf etmiş mədəniyyətləri var idi».

Tur Heyerdal Uilsonun fikirlərini davam etdirərək,  Vikinqlərin qeyd olunan vətənlərinin Qafqazdan, əsasən Azərbaycan olduğunu təsdiqləmişdir.

İslandiya, İrlandiya, İsveç, Norveç, Danimarka və  Böyük Britaniyada Azərbaycan mənşəli abidələrin şəhər və kəndlərin olması faktını təsdiqləyən Tur Heyerdal azərbaycanlıların qədim zamanlarda Çində, indiki Uyğurstanda yaşayan xalqların formalaşmasında və inkişafında da rol oynamasını qeyd edir. «Azerbaijan international» jurnalında dərc olunan «Acestrytracing roots to Azerbaijan» - məqaləsində  səyyah yazır. «Biz kommunist Çini ilə əlaqələr qurduğumuz illərdə, çinlilər çox təəccüblü bir arxeoloji qazıntı aşkar etmişlər. Çinin mərkəz hissəsində Kərim səhrasında ağbəniz saçlı mumiya tapmışlar və mumiya duzlu ərazidə soyuq hava kütləsinin sayəsində öz görkəmini saxlamışdır. Maraqlı fakt idi ki, mumiya monqoloid tipli deyil idi. Çin arxeoloqları mumiyanı tədqiq edəndə təəcüblə onun çinli deyil, vikinq olması ehtimalını irəli sürüblər.» Bu məndə heç bir ciddi fikir yaratmadı. Axı vikinqlər uzaq Çinə necə gəlib çıxa bilərdilər.

Ancaq çinlilərin e.ə. 1,800-1,500 il tarixə mumiyanın malik olmasın bildirəndə məlum oldu ki, bu vikinq deyilmiş.Tarixi rəqəmlər isə Qafqazı yenə diqqət mərkəzinə çıxarır.  Bu isə tarixin sonu deyil. Bu mumiyaların geyiminin parça tipi Amerika və Çin ekspertləri tərəfindən İrland keltləri ilə oxşar olduğun bildirirlər. Lakin bu da heç bir məntiqə uyğun gəlimirdi. Biz irlandiyaya müraciət etdik və bizə yazılı saqa göndərdilər. Yazılı saqada inlandların babalarının aser torpaqlarından olmasın təsdiqləməsi Qafqazın əsasən Azərbaycanın dünya mərkəzi olmasını sübut edir. Əlimizdə olan sənədlər faktlar bunun bariz nümunəsidir».  Son zamanların elmi tədqiqatlarında müzakirə obyektinə çevrilən şumerlərin böyük svilizasiya malik olması qeyd edilir. Tarixdə türk xalqları kimi adlandırılan şumerlərin Azərbaycan ərazisində yaşamaları barədə fikirlər  söylənməkdədir. Şumerlərin azərbaycan türkləri olması fikri də səslənməsi bu istiqamətdə yeni tədqiqat işləri üçün zəmin yaradıb. 

 İslam xristian və yəhudilik dinində böyük peyğəmbər olan İbrahim peyğəmbərin Ur şəhərində anadan olması və onun atasının adının Azər (Aser) olması barədə Kramer və Heyerdal kimi alimlərin araşdırmalarında qeyd olunur ki, Azər oğlu İbrahim e.ə II minillikdə Şumer şəhəri olan Urdan ailəsi ilə birgə çıxaraq Aralıq dəniz ətrafına yola düşürlər......ARDI VAR

Baxış sayı: 101
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 18
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 351
Ümumi hit: 51263

AddThis Feed Button
Add to Technorati Favorites