Tarixçi Nazim Rizvanın tədqiqatlarına görə azərbaycanlıların Mərakeş, Mavritaniya ilə yanaşı bəzi Afrika xalqlarının formalaşmasında rolu olub.
Müəllif Roma tarixçisi Hay Sallyusti Kripsin təxminən 2040 il əvvəl qələmə aldığı «Yuqurta müharibəsi» əsərinə istinadək yazır.
«Pun mənbələrinə əsaslanan Krips bizə çox qiymətli iki məlumat verir. Əvvəla, Pun çarı II Giyempaslın yazdığına görə yunanların əfsanəfi döyüşçüsü və yarım allahı Herkules qoşunlarında azərbaycanlılarda olub.» Qədim dövrlərdə azərbaycanlıların yayılma coğrafiyanın Afrika, Avropa və Asiyanın müxtəlif bölgələri ilə məhdudlaşmamasında qeyd etmək lazımdır. Amerika qitəsi və Okeaniya adaları azərbaycanlılar tərəfindən kəşf olunmuş və burada svilizasiyalı inkişaf da mühüm rol oynayıblar. Bu barədə yenə Tur Heyerdalın tədqiqatlarına müraciət etməli olacağıq. Tur Heyerdala görə Amerika Avropalıların iddiasına görə ilk dəfə 1497-ci ildə Xristafor Kolumb tərəfindən kəşf olunanda artıq burada yerli əhali ovçuluqla məşğul olur, balıq tutur, müəyyən adət-ənənələrə malik idilər.
Bu istiqamətdə Tur Heyerdalın qiymətli tədqiqat işləri var. Uzun müddət Cənubi Amerikada, Polneziyada tədqiqatlar aparan Tur Heyerdalın yazılarını oxuduqca olduqca maraqlı faktlar ortaya çıxır.
Meksika və Peruda astek, maya, ink kimi böyük qüdrətli hindu tayfalarını (Amerika qitəsinin sakinlərinin hindu adlandırılması ilk dəfə Xristafor Kolumbun adı ilə bağlayırlar. Hindistana dəniz yolu ilə yol atxaran kalumb yeni dünyaya ayaq basanda buranın Hindistan olduğun zənn etmiş və yerli sakinləri hindli, hindu adlandırmışdır) adət-ənənələrini yaşam tərzini tədqiq edər Heyerdal buranın sakinlərinin kökünü Avrasiyada yaşayan hun, şumer, assuriya, almenlərlə bağlayırdı.
Lakin Azərbaycana gəldikdən sonra ölkəmizin tarixi abidələri milli ənənələrimiz və qədim inanclarımızla yaxından tanış olduqdan sonra Azərbaycanın qədim sakinlərinin bu ərazilərə gedib çıxması fikrinə gəlmişdir. Adları sadalanan tayfaların inancları ənənələri mətbəxi musiqisi ilə azərbaycanın qədim sakinlərinin arasında oxşarlıq tapan Heyerdal bunu elmi faktlarla sübut edib. Heyerdalın fikrinə qüvvət olaraq Peru Meksikanı kəşf edən Pissaro və Kortes kimi şəxsiyyətlərin onlar barədə «buranın yerli əhalisi döyüşkən, günəşə sitayiş edən odpərəst cəsur insanlardır» sözlərini qeyd etmək olar.
Maya tayfaları barəsində Heyerdalın əsərlərində Kukul-Kan adlı şəxsin adın çəkir. Maya tayfalarının allah hesab etdikləri Kukul-Kan qatlanan qayıqlarda bu ərazilərə gəlməsi barədə tarixi məlumatlar var. Kan, Xan, Kaan, Qan sözləri Azərbaycan sözündəki can, Atropatakan sözündəki kan kanponentinin təkamülü nəticəsində yaranmış və yüksək hörmətli şöhrətli şöhrət sahibi mənasındadır. Bu nəzəriyyədən yanaşsaq Maya tayfalarının allahı hesab olunan Kukul-Kanın yol-yoldaşldarından Nopaliya adı ilə yanaşı tula it cinsinin adı da çəkilir.
Bununla yanaşı Maya, İnk, Astek, Skandinav, Polneziya, Avropa, Asiya və Amerika tarixi sənəd və məlumatlarında Azərbaycan türklərinin antropoloji görkəmi və geyimi barəsində fikirlərə rast gəlinir. Hündürboylu, ağ üzlü, qara saqal, möhkəm ayaqlı, uzun xalatlı təsvir olunan Azərbaycan türkləri barəsində Strobonun "Coğrafiya" kitabında, Romalı Qoy Plini Sekundi böyük Plinin əsərində də məlumat verilir. Onlar Azərbaycan türklərinin ala gözlü, hündür boylu, gözəl üzlü, qara saqalı, sarışın olmasını bildirirlər. Bütün tarixi mənbələrdə eyni fiziki görünüş verilir.
Bu keyfiyyətlərə malik olan Kukul-Kan (xan) Maya tayfalarına ox atmağı, qayıq düzəltməyi, ev tikməyi, yazı yazmağı, şəkil çəkməyi öyrətmişdir. Maya şəhərinin əsası qoyan Kukul-Kan (xan) zamanında mayalar sakit və rahat yaşayır, qanunu pozmur və mədəniyyətlərin inkişaf etdirirdilər. Kukul-Kan (xan) ondan əvvəl okeanın o tayından qatlama qayıqla gələn İsamanu və onun yoldaşları ilə eyni xalqa mənsubdur. İlk dəfə olaraq İsamanu və dostları maya svilizasiyanın inkişaf etməsi və yaranmasının təməlin qoymuşdlur. Maya əlifbasını və mədəniyyətini yaradan İsamanu və onun ardıcılı Kukul Kan (xan) işlərini sona çatdırdıqdan sonra qatlama qayıqlarına oturaraq başqa ərazilərə gediblər.
Meksikanın Tabako və Çiapasa meşələrində yaşayan tayfaların mifologiyası da olduqdca maraqlıdır. Burada Yolum-Uotan -Votan kimi adlandırılan, vətəni Şərq olan peyğəmbər Votan barədə məlumatlar var. Bu ərazidəki əhalinin bərbər həyatına son qoyan Votan oda sitayiş edir, daş və qaya üzərində gözəl rəsm çəkirdi. Votan yerlilərə ov etməyi balıq tutmağı, heroqliflə yazmağı, ov qabağı ovlanacaq heyvanların rəsmlərini çəkməyi, xüsusi rəqs oynamağı öyrətmişdir. Burada tapılan məbəd, daş, qaya üzərindəki ov səhnələri, Qobustan qayaüstü rəsmlərlə oxşardır, desək yanılmarıq.
Qvatamella, Peru, Meksika, Salvador, Braziliya mifologiyasında bu cür faktlarla yanaşı türk sözlərinə də rast gəlmək olar. İlk zamanlar ərəb-semit mədəniyyəti kimi qəbul edilən abidələr, rəsmlər sonradan məşhur alimlər tərəfindən Qafqaz xalqlarına, əsasən də azərbaycanlılara məxsus olmasını bildiriblər. Azərbaycanda tapılan, ox, yay, dəmir silah, saxsı qab, musiqi alətləri daş abidələr, rəsmlərin Meksika və digər Cənubi Amerika ölkələrində tapılan qədim tapıntılarla eyni olduğunu qeyd edən Tur Heyerdal Mərakeş və Polneziyada da oxşar tapıntıların olmasını bildirir. Bu dövlətlərə səfər edən Heyerdal Malaylar və Polneziyaların inkişafında, svilizasiyalarının yaranmasında azərbaycanlıların rolunu xüsusilə vurğulayır.Polneziya və malay xalqlarının etnik mənsubiyyətini, ənənələrini və antropoloji görünüşünü tədqiq edən Heyerdal bu xalqların əcdadlarının Qafqazdan gəldiyini qeyd edir. Polneziya və malayalılar üzümdən şərab almasını, milli xörəklərini və musiqilərini əsas götürən Heyerdal fikrini bununla əsaslandırır. Polneziyalarının əcdadlarının Azərbaycanın qədim sakinləri olmasını fiziki və antriopoloji görünüşdə olmasıyla əsaslandıran Heyerdal boyu 180-dən uca, saqqalı, ala gözlü azərbaycanlıların Amerikanın Şimal-Qərb, Yeni Zellandiya, Okeaniya və Havayda Menxun və ya Manaxan adlandırıldığını qeyd edir.
"Yeni fikir" qəzetində dərc olunan, Amerikanın yerli sakinləri olan hinduların nümayəndəsi, Nyu-Yorklu Cek Rassinqin Bakıya göndərdiyi məktub maraq doğurur. Öz tayfası mohavaklar barəsində söz açan Con Rassinq məktubda qeyd edir: "Mənim tayfam olan mohavaklar barədə mövcud rəvayətlərə əsaslanaraq bildirmək isərdim ki, tayfamızın mənşəyi "Yer kürəsinin o biri tərəfindən" gəlmədir. Antropoloji dəlillərə əsaslanaraq ehtimal etmək olar ki, biz bura əlli min əvvəl Azərbaycandan Berinq boğazı yanından köçüb gəlmişik, onlar Xəzər sahillərindən köçə başlayaraq Sibir, Qazaxstan və Özbəkistan ərazilərindən keçərək indiki ərazilərdə məskunlaşıblar. İndi də bizdə Azərbaycan xalqının adətləri və sözləri ilə oxşarlıqlar qalmaqdadır və bizim aramızda müəyyən etnik uyğunluq var". Bu fikrin davamı olaraq Nazım Rizvan tədqiqat əsərində yazır: «Hindu hüquqşünasının dediklərinə dəstək olaraq Cənubi Amerikada And dağ silsiləsini, Ataqam səhrasını, Oqayo ştatındakı Sevil şəhərin, İlliyanis ştatında, Onarqa (on arxa), Kanada da Manitoba gölü və Alyaskada Qaltaq şəhərini və başqa yer adlarını, hindu tayfalarının adların adət ənənələrin, mifalogiyasını misal göstərmək olar.
Məgər Qədim Astek mədəniyyəti Az-tək-dən, xəbər vermirmi?» Filologiya elmləri doktoru professor Qara Namazovun da bu nəzəriyyə ətrafında tədqiqatları olduqca maraqlıdır. Professorun "Yeni fikir" qəzetində dərc olunan məqaləsində deyilən odlu torpaq adlarında yaşayan bir tayfa 24 qəbildən ibarətdir. Dilləri türk dilinə uyğunluğu onlarla oğuzlar arasında yaxınlıq olması barədə fikir doğurur. Azərbaycanlıların Amerika qitəsində qədim tarixi barəsində zəngin məlumat, tanınmış ədib, məhşur jurnalist Əlibəy Hüseynzadənin 1905-ci il "Həyat" qəzetinni 129-cu sayında nəşr olunan "Kristof Kolumbu, yoxsa türklərmi?" məqaləsidir: Çox böyük əhəmiyyəti olan bu məqalə Amerika qitəsilə azərbaycanlıların qədim bağlılığını sübut edir. Nazim Rizvan Peterburqlu alim Boris Lukinin "Kuba xalq poeziyası mədəniyyətinin qaynaqları" kitabını araşdıraraq qeyd edir ki, orta əsrlər Kuba aşıqlarının antroloji qurluşları, qopuzları, geyimləri, gənc aşığın belindəki xəncər, başlarındakı çalma və papaq onların türk soy-köklü aşkarlayır.
Kuba aşıqları orta əsrlərdə "huqlar" adlandırılırdı. Onlar milli ədəbiyyatdan qidalanaraq xalq maarif və informasiyasında görkəmli rol oynamışlar. Xalq şairləri və musiqiçiləri öz biliklərini şagirdə ötürmüşlər. Çili müğənniləri və Braziliyanın el şairləri Azərbaycan aşıqları kimi sənət birliklərinə ehtiyac baxımından öz qurultaylarını çağırırlar. Peşəkar xalq müğənnilərdən bir çox salnaməçi şair və təbliğatçı şair kimi fəaliyyət göstərərək vətənlərinin istiqlalı uğrunda mübarizələrdə iştirak edirlər". Bundan əlavə Afrika və Asiya, Avropa qitəsində də azərbaycanlı nəfəsi izi görünməkdədir. Bu istiqamətdə isə ilk işlər Azərbaycanın arxeoloji qazıntıları, ərazilərini tədqiq etməklə başlanmalıdır. Xüsusilə Ordubad rayon ərazisindəki Gəmi qaya adlı dağlıq zonada və Qobustan qayalarında aşkarlanan qayaüstü rəsmlər, qədim əşyalar, alətlərini demək olar ki, dünyada tayı-bərabəri yoxdur. Azərbaycan mühacirətinin, mədəniyyətinin qədim köklərini araşdırmaq baxımından misilsiz əhəmiyyət daşıyan Gəmiqaya, Qobustan və digər arxeoloji mərkəzlərimiz Azərbaycanın qədim və zəngin tarixində xəbər verir. Azərbaycan tarixi ciddi tədqiqat işlərinə ehtiyac var. Çünki Avropa, Asiya, Afrika, Amerika və Okeanıya kimi qitələrdə Azərbaycan tarixilə bağlılığı ehtimal olan faktlar bu gün də qalmaqdadır. XIX əsrin əvvəllərində Azərbaycan tarixini tədqiq edən Rəşid bəy İsmayıl oğlu yazırdı: «Asiyadan Avropaya vaqe olmuş olan mühacirlərin cərəyanları başlıca Qafqazdan, dəxi Azərbaycandan mühür eyləşmiş olması Azərbaycan irqinin Rusiya və Avropa irqi ilə dəxi münasibətlərdədirlər". Bütün yuxarıda deyilən sözlərini çox hissəsi elmi əsaslarla isbat olunmuşdur. Azərbaycanlıların bütün qitələrə səpələnməsi tarixi proseslərin bir və başlıca qoludur.
Azərbaycanlıların mühacirət tarixinin başlanğıcı hələlik tam dürüstləşməyib. Tez-tez bu istiqamətdə aparılan işlərin müsbət nəticəsin mediada nəşr olunan məqalələrdə görmək olar. 1994-cü ildə "Səhər" qəzetində nəşr olunan bir məqalə maraq doğurmaya bilməz. Məqalədə qeyd edilir: «Qədim Azərbaycan ərazisindən Yunanıstana gedən ilk filosof Anaxarsis olub. O eramızdan əvvəl 539-cu ildə Afina şəhərindəki akademiyada dərs deyirmiş. Yunanlar dünyanın 7 məşhur filosofu arasında Anaxarisi birinci hesab ediblər". Bu məşhur filosof Azərbaycan mühacirətinin nümayəndəsi kimi tarixə düşüb». Bütün deyilənlər, yazılanlar, faktlar Azərbaycan diasporunun formalaşmasında mühüm rol oynayan mühacirət tarixinin qədimliyinin bariz nümunəsidir.


