Первые азербайджанские переселенцы в дальнее зарубежье (естественно до периода провозглашения Азербайджана независимости) были зарегистрированы там как русские, следующие – как советские. Азербайджанцы, переехавшие в Россию, воспринимались и брались на учет как татары, переехавшие в Турцию, как азербайджанские турки, в Южный Иран как граждане Ирана и т.п. .Азербайджанцы также селились в Северной, Центральной и Южной частях Американского континента. Если ссылаться на официальную статистику, то их число в США составляет междувосьмисот тысячами и одним миллионом, в Аргентине – двенадцать тысяч, в Бразилии – семьдесят пять тысяч, в Канаде – сто семьдесят тысяч, в Мексике – двадцать семь тысяч.
Azərbaycanda tarixən müxtəlif millətlər, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar yaşayıb yaradıblar. Onlar bugün də bu ərazidə yaşamaqdadırlar. Tarixi təcrübə göstərir ki, Azərbaycanda heç bir xalqa və millətə qarşı ayrıseçkilik münasibəti olmamışdır. Buna görə də burada yaşayan etnosların heç biri özünü yad etnos hesab etmir, özünü digərlərinə qarşı qoymur. Yalnız ermənilərdən başqa.
Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Bu istiqamətdə bütün inkişaf etmiş və etməkdə olan dövlət və ölkələrdə sürətli işlər aparmaqdadır. Dünya ölkələri və dövlətləri ilə hər sahədə inteqrasiyaya meylli olan Azərbaycan Respublikasında da oxşar sahədə ciddi tədbirlər həyata kecirilməkdədir. Təkə onu qeyd etmək kifayətdir ki, 2002-ci ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İP arasında imzalanmış uzunmddətli proqram-layihəyə müvafiq olaraq hazırlanmış "Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli strategiyasının (2003-2012-ci illər) Azərbaycan Respublikası Prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı minillik dövr üçün hökumət proqramı statusu almışdır.
BU MƏNFUR SİYASƏTİ KİMLƏR VƏ HANSI ÜSULLARLA HƏYATA KEÇİRMƏK İSTƏYİR?
Azərbaycanın Avrasiya regionunda mövqeyinin güclənməsi, iri neft-qaz kəmərlərinin çəkilişi, ölkədə prezident seçkilərinin yaxınlaşması və digər ictimai-siyasi proseslər beynəlxalq ictimaiyyət, o cümlədən düşmən qüvvələr tərəfindən diqqətlə izlənilir. Azərbaycan əleyhinə güclərini səfərbər etməyə çalışan belə qüvvələr öz çirkin məqsədlərinə çatmaqdan ötrü müxtəlif vasitə və üsullara əl atırlar. Ölkə daxilində və xarici ölkələrdə yaşayan azərbaycanlılar içərisində parçalanma siyasəti yeritməyə çalışan bədxahlarımız azsaylı etnik qrupları bu sahədə fəallaşdırmaq niyyətindədirlər. Azərbaycan bəşəriyyətin beşiyi olan ölkələrdən biridir
ABŞ-ın Yaxın və Orta Şərqdə başladığı antiterror əməliyyatlarının İrandan yan keçməyəcəyini bilən Tehran bundan mümkün qədər kənarda qalmaq üçün ölkədə geniş vüsət alan Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatını boğmağa çalışır. Amma molla rejimi din pərdəsi altında fars şovinizmi siyasətini əvvəlki üsullarla həyata keçirə bilmir. Öz çirkin məqsədinə çatmaq üçün artıq bu rejim milli azadlıq hərəkatının iştirakçıları və təşkilatçıları arasında fikir ayrılığının yaranmasına nail olub. Lakin cərəyan edən proseslər İranda rejimin dəyişəcəyini və Cənubi Azərbaycanın müstəqillik qazanacağını göstərir.
Bu Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na uyğun olaraq hazırlanmışdır və ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirir.Dövlət Proqramının əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
1989-cu il rəsmi siyahıyaalmaya görə, Gürcüstanda 307.556 nəfər, 2002-ci il siyahıyaalmaya görəsə 284.761 nəfər Azərbaycanlı yaşayır. Soydaşlarımızın sıx məskunlaşdığı Kvemo-Kartli (ərazisi 6.528 kv.m) quberniyası mərkəzi Rustavi şəhəri olmaqla Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro, Zalqa rayonlarını əhatə edir. Son rəsmi siyahıyaalmaya görə, Kvemo Kartli quberniyasında 24.606 nəfər (45,1%), rayonlar üzrə müvafiq olaraq Marneulidə 98.245 (83,1%), Qardabanidə 49.993 (43,7%), Bolnisidə 49.026 nəfər (65,9%), Dmanisidə 18.716 nəfər (66,8%), Zalqa rayonunda 1.992 (9,5%), Tetriskaro rayonunda 1.641 (6,8%) azərbaycanlı yaşayır. Bundan başqa Kaxeti quberniyasında (40.036 nəfər 9,8%), o cümlədən Saqareco rayonunda 18.907 nəfər (31,9%), Laqodexi rayonunda 11.392 nəfər (22,3%), Telavi rayonunda 8.373 nəfər (11,9%), Dedoplisccaro rayonu (əksi adı Uzundərə, sonralar Qırmızıbulaq), 1.019 nəfər (3,3%), Axmeta rayonunda 152 nəfər (0.4%), Siqnaxi rayonunda 118 nəfər (0,3%), Şida Kartli quberniyasında 5.768 (1,8%), Msxeta-Mtiapeti quberniyasında 2.248 (1,8%), azərbaycanlı yaşayır. Ölkənin digər regionlarında - Acarıstan Muxtar Respublikasında, İmereti, Sameqrelo-Zemo Svaneti, Quriya, Raca-Lacxulidə, Abxaziya Muxtar Respublikasında 0,1% soydaşımız məskunlaşıb.
Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20
QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.