Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib.
AMEA akad.Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi araşdırıcısı (doktorantı)
Iran Islam Respublikasının (IIR) xarici xarici siyasətində keçmiş sоvet məkanı, MDB ölkələrilə münasibətlərə xüsusi diqqət yetirilir. Tehran Cənubi Qafqazda nüfuz dairəsi uğrunda Qərb dövlətləri, о cümlədən Türkiyə ilə ciddi rəqabət mübarizəsi aparır. ABŞ və Rusiyanın Qafqaz regiоnu uğrunda rəqabətində Iran da imkan düşdükcə istifadə edir və bu zaman respublikaların müəyyən prоblemindən istifadə edərək оnları öz tərəfinə çəkməyə çalışır. Tehran bu zaman öz milli maraqlarından çıxış edirdi.
Əziz ata, salam! Necəsən? Məndə hər şey həmişəki kimidir. Amma çox soyuqdur. Qış gəlib. Tezliklə qar yağacaq.Tək olanda soyuğu bərk hiss edirəm!
Ayrılığımızın 15ili tamam oldu. Mən sənə çox yazırdım.Sənsiz keçən həyatımı sənə başa salırdım. Amma sən mənim məktublarımı almamısan. Bəlkə almısan,amma heç oxumamısan. Kim bilir, bəlkə məsləhət belə imiş. Ancaq bilirəm ki,oxusaydın vicdan əzabı çəkərdin, narahat olardın. Mən sənin oğlunam və hər şeyi başa düşürəm sənin üçün ağır olardı və yəqin ki, xoşuna gəlməzdi. Ona görə də çox vaxt susuram və özümü elə aparıram ki, guya mən hər şeyə dözə bilirəm. Həqiqətən hər şey normaldır. sən məni itirdikdən sonra, mən onların dilində danışmağı öyrənmişəm. İndi mən təkcə onların dilində danışıram. İlk zamanlar çətin idi. Mənə deyirdilər ki, ana dilini unuda bilmərəm, çünki genetik əsası var dilimizin. Ancaq o dili amansız məhv edirdin,dağıdırdın.
Elşən Nəsibov 1977-ci il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin məzunudur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Aspiranturasını bitirmişdir. Müstəqil olaraq elmi araşdırma ilə məşğul olur
*******************
Cənubi Qafqazda, xüsusilə Azərbaycanda maraqları olan Rusiya, İran, ABŞ və Qərbi Avropa dövlətlərindən fərqli olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, beynəlxalq hüquq normalarına müvafiq həllinin tərəfdarıdır və öz regional siyasətini həmin istiqamətdə qurur. Türkiyə istər iki tərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. Ermənistana konstruktiv mövqe tutmaq üçün siyasi təzyiqlər göstərir, bu dövlətlə rəsmi münasibətlər qurmur və Ermənistanın işğalçılıq siyasətini beynəlxalq aləmdə təbliğ edir. Ümumiyyətlə, Türkiyə Dağlıq Qarabağ münaqişəsində digər “güc mərkəzləri”nə nisbətən həmişə birtərəfli, düzgün siyasi mövqe nümayiş etdirir. Türkiyənin Azərbaycanda strateji maraqları Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərir. Lakin Türkiyə münaqşənin həllində vasitəçi rolu oynamadığından bir qədər kənarda qalmaq məcburiyyətindədir.
Tarixçi Nazim Rizvanın tədqiqatlarına görə azərbaycanlıların Mərakeş, Mavritaniya ilə yanaşı bəzi Afrika xalqlarının formalaşmasında rolu olub.
Müəllif Roma tarixçisi Hay Sallyusti Kripsin təxminən 2040 il əvvəl qələmə aldığı «Yuqurta müharibəsi» əsərinə istinadək yazır.
«Pun mənbələrinə əsaslanan Krips bizə çox qiymətli iki məlumat verir. Əvvəla, Pun çarı II Giyempaslın yazdığına görə yunanların əfsanəfi döyüşçüsü və yarım allahı Herkules qoşunlarında azərbaycanlılarda olub.» Qədim dövrlərdə azərbaycanlıların yayılma coğrafiyanın Afrika, Avropa və Asiyanın müxtəlif bölgələri ilə məhdudlaşmamasında qeyd etmək lazımdır. Amerika qitəsi və Okeaniya adaları azərbaycanlılar tərəfindən kəşf olunmuş və burada svilizasiyalı inkişaf da mühüm rol oynayıblar. Bu barədə yenə Tur Heyerdalın tədqiqatlarına müraciət etməli olacağıq. Tur Heyerdala görə Amerika Avropalıların iddiasına görə ilk dəfə 1497-ci ildə Xristafor Kolumb tərəfindən kəşf olunanda artıq burada yerli əhali ovçuluqla məşğul olur, balıq tutur, müəyyən adət-ənənələrə malik idilər.
"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20
QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.