Bu gün dünyada qurdla bağlı külli miqdarda yer adı, adət-ənənələr, mərasimlər vardır ki, bu da Qurdun insan yaddaşında özünə yer tutmasını, bu nadir canlının həqiqətən cəsarət, mərdlik, düzgünlük, həmçinin, azadlıq simvolu olmasını göstərir. Əgər Amerikada yaşayan Mayya tayfaları bu gün də Qurda sitayiş edirsə, Romanın simvolu kimi Qurd qəbul edilirsə, demək, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş bir canlıdırlar. Odur ki, Qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətlərini sadalamaq, bir növ Dünyamızı qurdların varlığına inandırmaq istərdik. Hər halda, Azərbaycan Türklərinin xilas, azadlıq, qurtuluş rəmzi sayılan QURD totemi hər kəsdən öncə bizlərə əzizdir. Təsadüfi deyil ki, cəmi Türklərin xarakterik xüsusiyyətlərinin bir çoxu Qurd psixologiyası üzərində qurulub və hardasa onu xatırladır. Qurdun hansı xüsusiyyətləri şüurlu insanın davranışına yaxındır? Bu sual təkcə müasir dövrün elm adamlarını deyil, hamını düşündürür. İlk növbədə qeyd edək ki,
1. Qurd yeganə yırtıcı heyvandır ki, onu əhliləşdirmək mümkün deyil. Qədim Azərbaycan Türk el məsəlində deyilir: "QURDU NƏ QƏDƏR ƏHLİLƏŞDİRSƏN, GÖZÜ YENƏ MEŞƏYƏ BAXACAQ".
2. İlk qeydimiz isə özü ilə aşağıdakı məntiqi nəticəni gətirir: QURD hər zaman azadlığa can atır, onu qəfəsdə əbədi saxlamaq, zəncirləmək mümkün deyil.
http://www.turansam.org/makale.php?id=642



Salam Zaur bəy. Doğrusu sizin blogun başlığı mənim çox sevdiyim şeirin bir hissəsidir.
Həmən hisə belədir:
Sən kimsən,sən nəsən özün bilərsən.
Mən ilk qaynağımdan Türk oğlu Türkəm!
Təşəkkürlər dost
Sentyabr 17, 2009 19:05