GLADIO və onun hədəfləri (I yazı)

Bu gün sevilən serial “Kurtlar Vadisi-Pusu” serialında 1Gladio mövzusunu gündəmə gətirən Pana-Film şirkəti bunun ardınca “Kurtlar Vadisi-Gladio” filmini 20 noyabrda ekranlara çıxarması Türkiyə ilə yanaşı Azərbaycanda da maraqla izlənilir. Dünyada gizli qüvvələrin müxtəlif adda lakin bir mərkəzdən idarə edilməsi mövzusu gündəmə son bir neçə ildə gəlibdir. Daha doğrusu tədqiqatçılara bu mövzunu öyrənmək imkanları verilmişdir. Lakin bir həqiqət var: gizli nəsə aşkar olursa onun ətrafında olan mifik obraz yoxa çıxır. Necə ki, massonluq, dərin dövlət, dünyanı idarə edən ailələr və sairə. Fikrimcə bəzi məqamların açılmasında bu qüvvələrin özləri maraqlıdırlar və informasiya kimi qəbul etdiyimiz hər bir məlumat özlüyündə dezinformasiya xarekteri daşıyır. Bizim bildiyimiz bu gün xalqın bilməyə hələ hazır olmadığı məlumatlardır. Çünkü bu məlumatları bilmək üçün insan “üçüncü gözə” malik olmalıdır və bu “göz” hər kəsə müəssər olmur. Biz Azərbaycan xalqının və sizlərin bu yazını oxuyanların diqqətinə böyük bir tədqiqat işinin görünən tərəfini açıqlamağı özümüzə borc bildiyimizdən ilk yazımız gündəmdə olan Gladioyaya həsr edilir. Ancaq Sizlərdən bəzi məqamları gizlətdiyimiz üçün öncədən üzr istəyirik. Çünkü bunlar bu gün üçün açıqlanmağa ehtiyacı olmayan məlumatlardır. Beləliklə böyül bir sirli-mifik siyasi-ictimai hadisələrin aydınaltamsına başlayaq:


Rəsmi mənbələrə əsaslansaq "Gladio" termini, Latınca ‘gladius' sözündən yaranıb. Mənası, “xəncər”, “qılınc bənzəri iti silahlar”la döyüş arenalarına çıxan qladiator  sözü də eyni mənşədən olur. Bəziləri bunu “Roma Qlıncı” kimi də tərcümə edirlər. Bu söz, NATOin İkinci Dünya müharibəsindən sonrasında, Varşava Paktına daxil olan ölkələrin, qısaca olaraq SSRİ-nin Qərb Avropaya qarşı ola biləcək bir hücumuna qarşı müdafiə məqəsdi ilə yaradılan ‘gizli ordulara verilən addan əmələ gəlir. Gladio, əslində yalnız İtaliyadakı NATOə bağlı gizli vahidlərə verilən ad olmasına qarşı, ‘Gladio Əməliyyatı', Avropa daxilində yaradılan bütün gizli müdafiə etmə prosesinin adı oldu. İlk öncə buna aydıqlıq gətirək. Gladio sözünün başlanğız hərfi olan “G” "KRİPTOGRAM" açıq ifadəylə Şeytanın şifrəsidir ki, Gram; Talmud və Tora yazıçıları üçün "çox güclü və xüsusi bir şeytanın" adıdır. Kabbalistik caduda Şeytanın (Lüsifer) işıq qaynağı olduğuna inanılar. Bu səbəblə bütün qaynaqlarda "Günəşin şərqdən doğulması səbəbiylə şərqdə iştirak etdiyi ifadə edilər. Masonik ritüellerde, Şeytan Ulduzu olaraq adlandırılan "işıq saçan pentaqram"ın içinə şərqdə iştirak etdiyinə inanılan Kainatın Ulu memarının (Şeytanın) simvolu "G" hərfi yerləşdirilər. Lojaların şərqə doğru tikilməsinin səbəbi də, işıq qaynağı olaraq Şeytanın (G) şərqdə iştirak etməsidir. Avropada yayımlanan  “Mason” Jurnalınn 37-38-ci sayında səhifə 41-də müəllif yazır:  

"5 qollu ulduz, yəni işıq saçan ulduza "pentaqrama" diqqət yetirək. İçində şərqdə iştirak edən Kainatın Ulu memarının remzi olan "G" hərfi ilə. Bu ulduz yüksələn insanımızın simvoludur.

Fransız tədqiqatçısı Dariel ligou “Le Dictionnaire la Franc-maçonerei” kitabının 57-ci səhifəsində qeyd edir ki,  "5 bucaqlı ulduzun ortasındakı "G" hərfi masonluğun ən gizili və ən əhəmiyyətli simvollarından biridir. "G" hərfi İbranicedəki "Yod" hərfinin qarşılığıdır." İbrani dilində YOD hərfi Yehovanın baş hərfidir və Şeytanı rəmz edər, Yunan əlifbasındakı "Qamma" hərfidir. Bu şəkildə "G hərfi, eyni zamanda Qammanı də təmsil edər".Gladio ilə əlaqədar ən əhatəli araşdırmaları edən tarixçi Daniele Ganserin diqqət çəkdiyi bir məqama çox əhəmiyyətli olduğundan ona diqqət verək:

Gladionun qolları kiçik, böyük, strateji baxımdan əhəmiyyətli, əhəmiyyətsiz demədən dərhal bütün Avropa ölkələrinə uzandı, ancaq bəzi ölkələrdə digərlərindən daha təsirli və güclü hala gəldi. Bəzi ölkələrin Gladiosu səssiz sədasız tətikdə gözləyərkən, bəzilərinin tarixini Gladio yazdı belə. Ölkələr arasındakı bu fərq, onların fərqli bir ictimai, siyasi və sosioloji şərtlərindən qaynaqlanır. Bu fərqləri araşdırmağa keçmədən əvvəl, Gladionun necə bir proyekt olaraq ortaya çıxdığını və təməlləndirildiyini anlamaqda fayda var.

Gladionun rəsmi tarixi 1948-ci ildə NATO-nun yaranması ilə eyni zamana təsadüf etməsi  dünyanın idarəçiləri Alman lider Adolf Hitlerin onların planın tam əksinə getməsindən sonra dəyən zərərin bir daha təkrarlanması üçün yeni bir mdüafiə sistemin qurulmasından doöan ehtiyacla birbaşa bağlı idi. Gladio Əməliyyatı 1948-ci ildə, daha NATO qurulmadan “Müttəfiq Ölkələr” arasında yaradılan “Qərb Birliyinin Gizli Komitəsi” (Clandestine Committee of the Western Union - CCWU) təməlində inkişaf etdirilməyə başlandı. 1949-cu ildə NATO quruldu və CCWU, NATO ilə ortaq hərəkət etməyə başladı. 1951-ci ildə də, tamamilə NATOin içinə inteqrasiya edilərək “Gizli Planlama Komitəsi” (Clandestine Planning Committee - CPC) adı verilən bir dairəyə çevrildi. CPC, Frandada “Avropa Müttəfiqlər Yüksək Mərkəzi” (Supreme Headquarters Allied Powers Europe - SHAPE) tərəfindən idarə edilən bir quruluş idi. CPCə paralel olaraq, Müttəfiq Gizli Komitəsi” (Allied Clandestine Committee - ACC) deyə bir-birim daha qurulmuşdu. 1957də qurulan ACC, NATOin “Müttəfiqlər Yüksək Avropa Komandirinə” (Supreme Allied Commander en Europe - SACEUR) bağlı olaraq fəaliyyət göstərirdi. tam məxfi təşkilatdır, özünün gizli üzvləri, silah ambarları, ordusu, kəşfiyyatı var. Bir sözlə, Atlantik alyansına üzv ölkələrdə həmişə gizli bir paralel hökumət, paralel ordu, paralel kəşfiyyat mövcud olmalıymış sən demə.

Yunanıstanda onun adı “Qızıl yun- Sheepskin”, Fransada “Rüzgar gülü”, İtalyada “Qladio”, Danimarkada “Absalon”, Belçikada “SDRA-8”, Hollandiyada “NATO Command”, Qərbi Almaniyada “Gehlen Hərəkatı”, “Stay Behind” ya da “Sword”, Avstriyada “Schwert”, İspaniyada “Anti-Terror Xilas Qrupu (GAL)”, İngiltərədə  “Secret British Network”  Türkiyyədə və Azərbaycanda  isə....????Qladio, xüsusi olaraq NATO arxa cəbhə müqavimət təşkilatının İtalyan qolunu ifadə etsə də bəzən "Qladio əməliyyatı" NATO-nun bütün arxa cəbhə (stay-behind) əməliyyatlarının qeyri-rəsmi adı olaraq istifadə edilər və bəzən "Super NATO" adıyla da xatırlanardı.1956-ci ildən sonra ikisi qadın olmaqla 622 nəfər ABŞ və İngilis gizli xidmətləri tərəfindən hazırlandı. 1990-cı ildə Qladionu ortaya çıxaran istintaqlar əsnasında bu 622 nəfərin qrup liderləri olduqları, hər bir qrup liderinin müəyyən sayda adamı idarə etdiyi, beləcə cəmi təşkilat məmsublarının 15000-ə yaxınlaşdığı ortaya çıxdı.İstintaq nəticəsində məşhur mühakiməçi Felice Casson gizli xidmət arxivində etdiyi araşdırmalarda 1972-ci ildəki bir bombalamanın qətiliklə bu gizli qurum dəstəkli bəzi təşkilatlar tərəfindən edildiyi qənaətinə gəldi.

Belə ki, hakim baş nazir Andreottinin məlumatına müraciət edir və bu hadisə 1972-ci ildə təsbit edildiyi üçün baş nazir təşkilatın varlığını qəbul edir, ancaq 1972-ci ildə bağlandığını söyləyir. Araşdırmalar isə tamam başqa nəticə ortaya çıxarır. Belə ki, Qladionun fəaliyyətini hələ də davam etdirdiyi məlum olur. O zamankı ən səs-küylü hadisə isə 1980-ci ilin Avqust ayında Boloniya qatar stansiyasında partlayan bomba ilə 85 nəfərin ölümü olur.İtaliyada 1969-80-ci illər arasında 4298 terror hadisəsi meydana gəlmişdir. Aparılan istintaq nəticəsində baş verənlərin əksəriyyətinin Qladionun adı ilə bağlı olduğu ortaya çıxır. Məlumatlara görə təşkilat öz fəliyyətlərinin bəzilərində seçilmiş şəxslərdən istifadə etməklə, bəzilərini silah və partlayıcı maddələr istifadə etməklə və təhrik etmək kimi üsullardan istifadə etməklə həyata keçirmişdir. Hətta Avropa Parlamenti bütün bu başverənlərdən sonra belə bir bəyənat yaymaq məcburiyyətində qalır:

"Avropa Birliyinə üzv bir çox ölkədə gizli, paralel kəşfiyyat və silahlı əməliyyat təşkilatlarının 40 ildir var olduğu Avropa dövlətləri tərəfindən ortaya çıxarılmışdır. Qırx ildir bu tip təşkilatların demokratik idarəçilikdən uzaq və NATO ilə əməkdaşlıq halında ABŞ kəşfiyyat xidmətləri tərəfindən idarə olunduğu aydın olmuşdur.Bütün NATO ölkələrinin içində iştirak etdiyi Gladio proyektinin baş iştirakçısı, Avropa dövlətlərinin orduları və əsgəri kəşfiyyat xidmətləri idi. Bu sistem Avropada, Amerikada, Kanada və Avstraliyada siyasi kursa birbaşa təsir edici qüvvəyə malik idi. Bir-birlərinə olduqca sıx bağlarla bağlı olan Gladioçular 1990-cı ildə Avropada sanki neytrallaşdrılması görünüşü ilə üzəşdi. Avropa Parlamenti, 1990-cı ildə Gladionun müzakirəni başladı. “Yaşıllar Qrupundan”  İtalyan millət vəkili Enrico Falquinin

"Bir çox Avropa ölkəsində, demokratiyanı hədəf alan qaranlıq ssenarilərin, ya xın zamanlarda belə tarixi kəlləmayallaq edəcək ölçüdə inkişaflara səbəb olduğunu gözardı edən və bu ssenarilərlə əlaqəli olan təşkilatlarının tam mənasıyla şəffaf ola bilmədiyi, gerçəklər üzərinə qurulmayan bir Avropanın, gələcəyi də ola bilməz. Əgər, biri açıq və demokratik, digəri gizli qapaqlı və mürtəce iki dövlətlə birdən yaşadığımız fikirini yox edə bilməzsək, gələcək deyə bir şey olmayacaq. Bu səbəblə, keçdiyimiz illərdə Avropa Birliyinin üzv ölkələrində neçə Gladio şəbəkəsi meydana gəldi, bu şəbəkələr necə quruluşlanmalar, bu sualları cavablamamız lazımlı"

–çıxışı ona qarşı düşünülmüş və planlı hərakatların başlanmasına təkan verdi. Avropa Parlamentinin bu çağırışı, Gladioların, Avropa dövlətlərinin siyasətlərini qeyri-qanuni formalarda necə istiqamətləndirdiyinin və Avropada yaşanan terrorizmi öz mənfəətləri üçün necə istifadə etdiyinin ortaya çıxarılmasını da tələb edirdi. İndiki vaxtda Gladio, Avropa daxilində tamamilə ortaya çıxarılmış, təmizlənmiş deyil. Avropa dərin dövlətlərinin üzvləri hələ, gərək köhnənin Dəmir Pərdəsində, gərəksə Qərb Avropada aktiv vəzifə yerinə yetirməyə çalışır. Bağlı olduqları dövlətlər, onları tam mənasıyla yox etmədi ya da edə bilmədi. Ortadan qaldırılamayan Gladiolar zamanla, həm sağ həm də sol qanaddan güc yığaraq dövlətə sıx bağlı, siyasət və mafianın iç-içə girdiyi strukturlara çevrildilər. AB daxilində bir çox dövlətdə,

Gladionun köhnə üzvlərindən və ya bənzərlərindən yeni strukturların ‘hortlamaması' üçün böyük səy göstərilir. Bu səyi göstərənlərin başında da, dövlətlərdən çox, söz mövzusu ölkənin öz mətbuatı qədər, akademiya dünyası və vətəndaş cəmiyyət quruluşları gəlir.1990-cı illərdə  Türkiyədə Mərkəzi və Şərq Avropa ölkələri demokratik, ictimai və iqtisadi keçmişləri baxımından kiçik hesab edilən ölkələr idi. Halbuki bu gün bu ölkələr, yalnız Türkiyəni deyil, bəzi Qərb Avropa ölkələrini belə aşan ölçüdə haqq və azadlıqları təməl alan yeni konstitusiyalar və hüquqi tənzimləmələr etdilər. Türkiyə öz Gladiosunu dövlət içində dövlət, ordu içində ordu olaraq təsvir edilə biləcək bir quruluşa çevirdi. Sovetlər Birliyinin dağılmasına səbəb olan addım da Kommunist Partiyası içərisində Gladioyaya bağlı insanların Stalin üsul-idarəsini zamanla liberallaşdırmağa etidkləri cəhdi misal göstərə bilərik.

Gladio istintaqlarında ədalət yerini tapmasa belə, XXI əsr dünyasında təsadüfi bir yerləri bombalayıb ‘xaos mühiti' yaratmaq, qarşıdurmalar və qütbləşmələri qızışdırmaq qeyri-mümkündür. Sağa-sola "üç beş bomba" atılmasını, orada-burada bir neçə əl silah sıxılıb sui-qəstlər reallaşdırılmasını, bəzilərinin tikə-tikə kəsilməsini maneə törədərək çox sayda həyatın qurtarılması da Gladio dəsti xəttinə daxildir.Bu nöqtədə əhəmiyyətli bir xüsusa diqqət çəkmək lazımdır. Gladio, ABŞ başda olmaq üzrə NATO çətiri altında inkişaf edən bir əməliyyat olmaqla birlikdə, nəticədə yerli güclərin formalandırmaları və əməliyyatı sahiblənmələri Gladionun quruluşu üzərində həyati bir rol oynayırdı. Yəni, əsgərlərin və siyasətdən əhəmiyyətli mövqelərdə olanların təyin edici qərarlar alması, hətta ABŞ-a qarşı kiçik ‘fırıldaqçılıqlar' reallaşdıra bilmələri mümkün idi.Bu gün Gladio NATO-nun Şərqə doğru genişlənməsində öndə gedən qurumdur desək yanılmarıq. Müxtəlif donor təşkilatları pərdəsi altında fəaliyyət göstərən Gladionun hədəfi Vahid Ordu, Vahid Ev-dir. Mason lojalarının böyük magistrlərinin nəzaritində olan Gladiolar Türkiyədan çox güclü dayaqlara malikdir.

Bu gün Gladio tərəfdarı olaraq ittiham olunan Ergenekonçular əslində özləri Gladionun qurbanlarıdır. Türkiyədə ordunun hədəfə alındığı bu saxta ittiham Atatrükün ideayalarının əksinə olaraq Türk-İslam formulunda inkişaf etdirilir. Türk «Qladio»sunu Ergenekon ittihamı adı altında  1980 hərbi çevrilişinə, minlərlə türk kommunistinin qətlinə görə məhkəmə kürsüsünə çıxarmayacaqlar. «Qladio» siyasətini solçular üzərinə deyil, islamçı qüvvələrə qarşı işlətdiklərinə görə bu dəfə məşhər divanına sürükləyəcəklər. Çünki PKK, İslam terror qrupları, qırımızı terror və digərlərinə qarşı mübarizə aparanlar bu gün xalq düşməni elan ediliblər. Necə ki,  37-ci illərdə Azərbaycanda, 1944-cü ildən sonra legionerlərin Sovetlərdə həbsxanalarda məhvi və digər hadisələr buna misal olaraq göstərilə bilər. Diqqət edin, bu prosesdə ən çox üzərinə gedilən, yıpradılmağa çalışılan qurum jandarmadır. Niyə? çünki jandarma NATO xaricində bir qurumdu, milli qurumdu və ölkənin 98 faizini əhatə edən ən güclü kəşfiyyat orqanına sahibdi. Belə bir qurumu zəiflətmək dövlətə də, bu planı quranların özlərinə də zərər verəcək.

Yəqin ki, yaxın zamanlarda jandarmanın Daxili İşlər, Türk Silahlı Qüvvələrinin də Müdafiə nazirliklərinə verilməsi məsələsi gündəliyə gələcək.Gladio üzvü olan əsgərlər arasından xüsusi olaraq seçilirdi. Təqaüdə çıxdıqdan sonra da təşkilatlandır əlaqələri sürür. Aralarında çox sayda vətəndaşın da olduğu Gladioçular əksinə, təhlükəsizlik güclərinin üst təbəqəsi sayılan və illərcə etibarlılıqları sınanan bu kəslərin bürokratlar, intellektuallar, iş adamları və siyasətçilər arasında da eyni fikirləri dəstəkləyən ortaqları vardı.Azərbaycanda Gladionun fəaliyyəti müstəqillik əldə edilkdən sonra daha da fəallaşdı. Onların Azərbaycana qarşı hərbi çevriliş etməsi məlum “OMON” əməliyyatı ilə gündəmə gəldi. Türkiyədən Azərbaycana gələn bir çox şəxslərin Gladionun üzvləri olduğundan bir çoxlarının xəbəri belə yoxdur.

Bu gün Azərbaycanda hansı təşkilatlar və mərkəzlərdə özlərinin Bakı filialını yaradan Gladionun ölkədə hədəfləri nədir. Azərbaycanda “telefon terrorunun”, dini radikalizmin, və informasiya təyziqinin arxasında duran Gladiodurmu? Masonların Azərbaycanda fəaliyyət göstərən “Azad və Qəbul Olunmuş Mason Lojası”-nın silahlı qanadı Gladiondurmu? Bakıda və Türkiyədə eyni stildə tikilən binalarda “G” işarəsi Gladio ilə bağlıdırmı? 2005-ci ildə Azərbaycanda planlaşıdırlan məxməri inqilabın planın Gladio yazıbmı? Dünyanın ən məşhur 33 idarəçisndən biri olan soydaşımız Gladionun hansı qanadının maliyyəsin edir? “Böyük Xəzər Lojası”-nın qurulması üçün qurulan “Yeni Üfüq” adlı komissyanın maliyyə dayağı kimlərdən gəlir? Bu suallara ikinci yazımızda cavab axtarmağa çalışacıq...... Davamı olacaq:  

Baxış sayı: 496
Açar sözlər:
Bookmark and Share


1
Memmedqulu yazıb:

Salam,
Her seyden evvel maraqli yazi ucun tesekkur edirem ve bloqqerin emeyini teqdir edirem. Bu yazidan bilmediyim bir cox sey oyrendim.
Amma yazinin bezi yerlerini duzeltmek lazimdir. 1-ci is yazinin imlasi ile baglidir. Buna bir el gezdirmeli. 2-cisi Turk qaynaqlarindan cox istifade olundugu hiss olunur. Tam tercume edilmemis Turkce sozler, Turkceden tercume olunmus, amma Azerbaycanca qarsiligi tam oturusmayan ifadeler ve s. Burda bir qebahet gormurem, xususile bloq yazisi ucun, amma orijinal ingilisce, ya da Rusca veya basqa dillerde qaynaqlara baxmaq yaxsi olardi. 3. Hitler, masonluq ve gladio arasindaki elaqe nedir, bu aydin deyil. "Bash herif" sohbeti ise meni hec acmadi. 4. "Ancaq Sizlərdən bəzi məqamları gizlətdiyimiz üçün öncədən üzr istəyirik" kimi banal cumleler, ya da Azerbaycan'da gladio kimi bir seyin varligina isaret etmek, yaxud da SSRI Komunist partiyasi icindeki gladio-ya bagli quvveler (?) kimi fikirler yazinin ciddiyetini azaldir. Cunki bloqqer ozu basda ifade edir ki, gladio esasen NATO ile bagli sohbetdir, Azerbaycani ve SSRI'ni bura qatmagin menasi nedir? Burda da tipik Turk desti-xetti hiss olunur, cunki Turkiye-de bu Ergenekon sohbeti cixmamisdan nece ki beziler her seyi Masonlugun adina yazirdilar, indi de hadiselere yeniden bir "Ergenekon" noqteyi nezerinden baxma riski var. Sozumun cani, spekulyasiya elemek olar ve hetta lazimdi, amma blqqer bize desin ki harda faktlari deyir, harda spekulyasiyalara girir.

Sentyabr 25, 2009 19:49

2
Cavid yazıb:

inanmiram ki Gladionun bir qanadida Azerbaycanda olsun.Bizim hakimiyyetin icinde gladiocu yoxdur yalniz rus kesfiyyatina isleyen memurlardan ibaret casus qrup var.

Dekabr 4, 2009 8:08

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Zaur

"Diaspor və Lobbi" Strateji Araşdırma Mərkəzi (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Terrorizm, İnsan Hüquqları, Miqrasiya, İnsan Alveri, Siyasi İnstitutların formalaşması,Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Strateji planlar, proqramlar,konsepsiyalar hazırlayırıq. Məqsədimiz Azərbaycanda ilk bu istiqamətli "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Tank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur.aliyev@gmail.com, (Tel: +99450) 517 07 80

Axtarış

Sorğu

Xaricdə yaşayan Azərbaycanlılarla hansı qurum daha fəal işləyir





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 8
Keçən ayın hiti: 10660
Dünənki hit: 260
Bugünki hit: 349
Ümumi hit: 59924

AddThis Feed Button
Add to Technorati Favorites