Zaur Əliyev “Bizim diasporumuz sadəcə musiqi və ağlaşma üzərində qurulan bir icmadır”

http://baksam.com/ 

Hazırda, xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun zəif olması haqqında cox eşitmişik. Bu günlərdə Azəri-Türk Qadınlar Birliyinin başqanı Tənzilə Rüstəmxanlı "Yenicağ” Analitik İnformasiya Mərkəzinə verdiyi müsahibəsində Belçikada fəaliyyət göstərən Azərbaycan diasporunun zəif olması və xüsusi bəzi insanların ermənilərlə işbirliyi qurması haqqında fikirlər bildirməsi ölkədə və xaricdə fəaliyyət göstərən diaspor qurumlarımız tərəfindən ciddi qarşılanıb. Bu gün doğrudanmı Azərbaycan diasporu zəifdir, ermənilərlə iş birliyi quran soydaşlarımız varmı, bu məsələ ilə bağlı ünvanladığımızın suallarımızı cavabını "Diaspor: İnformasiya və Araşdırma” Mərkəzinin sədri, diaspor üzrə bir neçə kitabın müəllifi araşdırmaçı Zaur Əliyev Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə bildirib


Bu gün xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun zəif olması ilə bağlı fikirlərlə razılaşırsınızmı?

- Bu gün Azərbaycan diasporu zəifdir yaxud güclüdür sualına cavab axtarmayaq?? Burada mübahisəli məqamlar çoxdur və cavabda ziddiyətli məqamlar ola bilər. Lakin bir həqiqət var-Azərbaycan diasporu təşkilatlanmış və qruplaşmış halda deyil fərdi halda fəaliyyət göstərən konkret şəxslərdən ibarətdir. Bizim diaspor kimi qəbul etdiyimiz əslində bizə göstərilən və yalan dolu hesabatlarda nəzərdə tutulanlardır. Bu gün Azərbaycan diasporu deyiləndə Tomris Azəri, Xəqani Qayıblı, Manaf Səbabi, Elman Mustafazadə, Sahil Qasımov, Əhməd Obalı, Bülənt Gürcam, Naimi Amiral və adlarını çəkmək mümkün olan +15/20 şəxs nəzərdə tutulur. Digərləri sadəcə biznes maraqların güdən, milli hissdən uzaq olan və Azərbaycana sadəcə maddi gəlir qazanmaq imkanı olan bir dövlət kimi yanaşırlar. Biz çox zəifik. Bizim diasporumuz sadəcə musiqi və ağlaşma üzərində qurulan bir icmadır. Ümumi məqsəd nаminə bir аrаyа gələ bilməmək, şəхsi iddiа və mənəmliyin milli-mənəvi prinsiplərdən üstün tutulmаsı bizim diaspora xas olan xüsusiyyətdir. Bəzən baxırsınız ki, mediada belə bir fikir səsləndirilir: Azərbaycan diasporu artıq müdafiədən hücuma keçib. Bütün imkanlarını səfərbər edən soydaşlarımız Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Ancaq harada və hansı ölkədə haqq səsimiz çatdırılır deyən yoxdur-sadəcə ümumi söz yığınağı və ölkə başçısını və cəmiyyəti aldatmaq məqsədi güdən boş sözlər. Biz əgər belə güclü diasporuqsa onlara müraciət edib deyirəm-niyə Xocalı soyqrımı məsələsində bir təbliğat işi aparılmır? Niyə Azərbaycan diasporunda iqtidar-müaxlifət söhbəti var və onlar burda olduğu kimi, bir birlərindən mənsub olduqları partiyalardan asılıdırlar-dövlətdən deyil? Niyə bu günə qədər konkret görülən işlər ictimai müzakirəyə təqdim edilmir? Niyə Azərbaycanla bağlı kitablar xaricdə tərcümə edilərək paylanmır? Niyə Azərbaycan diasporunun içində fəal gənclər irəli çəkilmir? Niyə xaricdə təhsil alan tələbələr diaspor fəaliyyətinə qoşulmur? Niyə parçalanmış DAK və digər bu tipli qurumlar var? Niyələr çox-cavablar azdır! Bu gün hansı diaspor üzvü ilə söhbət edirsən dövlətin dəstəyinin olmamasından, səfirliyin onlara kömək etmədiyindən şikayət edirlər. Dəstək deyəndə fikrimi aydın izah edim: Bizdə mərhum Heydər Əliyevin imzaladığı Qanun var və bu Qanunda açıq-aşkar diaspora münasibətdə dövlətin üzərin düşən işlər qeyd edili. Qanunun Maddə 2-nin 2.2.1., 2.0.2., 2.0.3., 2.0.4. bəndləri, Maddə 6-nın 6.1.1., 6.1.2., 6.1.3., 6.3., 6.4. bəndləri və həmiçinin qeyd edə biləcəyimiz maddə 7, maddə 8 və ən vacibi maddə 9-un bəndlərinin hansılarına əməl edilir?? Bax budur bizim zəif cəhətimiz. Bir azərbaycanlı ilə deyi bütün azərbaycanlılara eyni cürə yanaşılmalıdır. Regionçuluq prinsiplərindən uzaq olmaq əvəzinə bizim ölkə daxilində olan ənənənin diaspora keçməsi onsuz da parçalanmaqda olan diasporumuzu məhvə doğru sürükləyir. Budur bizim bəlamız! Türkdilli dövlətlərlə əməkdaşlıq edirik, şou yaradırıq, gözəl sözlər olan sənədlər qəbul edirik, amma əslində əməldə heç bir iş görülmür, görülən işlər də yuxarıda qeyd etdiyim kimi bəzi insanların sayəsində baş verir. Bu mövzu ətrafında Elnur bəy çox danışmaq olar, amma çifayda nəticəsi olmayan iş görməyə bənzəyir.
- Bəs, xaricdə ermənilərlə iş birliyi quran və ya onlarla əlbir olub dövlətimizə qarşı iş aparan insanlar varmı?
 - Elnur bəy belə insanlarımız nə qədər acı olsa da qeyd etmək olar ki, VAR. Rusiyada yaşayan bir çox azərbaycanlı ermənilərlə iş qurur,dostluq şəraitində yaşayirlar...və sonra da deyirlər:azərbaycanlıların bir çoxundansa elə erməni ilə dolst olmaq yaxşıdı...belə hadisələrdə sizcə kim günahkardır?..Necə insan öz düşməninə dost kimi baxa bilər? Deməli belə çıxır ki,artıq öz sərhəddimizi keçən kimi bütün Qarabağ ağrısı unudulur və artıq erməni ilə düşmən sayılmırsan? Bax belə hallar tək Rusiyada deyil, Almaniyada, Amerikada, Avropanın digər ölkələrində, İsveçdə və Asiya ölkələrində mövcuddur. Məndə olan bəzi faktlar var ki, ABŞ-da erməni diasporunun varlı təbəqəsinin uşaqlarına Azərbaycan dilin öyərədən soydaşlarımız var və bəziləri həttə erməni milyonerlərinin qulluqçusu işləyirlər. Almaniyada erməni işə şərik idman klubu açan azərbaycanlı var. İsveşdə, Belçikada, Hollandiyada bu cürə də hallar var. Bütün bunlar nədən irəli gəlir sualına cavab olaraq qeyd edərdim: Ümumi idеаlоgiyаnın zəifliyi; 2. Milli birliyin və həmrəyliyin zəifliyi; 3. Аzərbаycаn diаspоru nümаyəndələri аrаsındа qаrşılıqlı münаsibətlərin, ünsiyyət və əlаqələrin qаnееdici оlmаmаsı 4. Vətənlə bаğlılıq hissinin zəifliyi 5. Bəzi ölkələrdə milli-mədəni mərkəzlərin, kitаbхаnаlаrın, klub,fоnd, хаlq еvlərinin fəаliyyətinin zəif оlmаsı 6. Хаricdə yаşаyаn аzərbаycаnlılаrın müхtəlif qüvvələr ətrаfındа birləşmələri, bаşqа sözlə isə bölünmələri və digər faktorlar. Bir faktı da nəzərinzə çatdırım; Moskvada azərbaycanlıların restoranlarında ancaq erməni müğənnilər oxuyurlar və bu adi hal kimi qəbul edilir orada, Ukraynada erməni-azərbaycan birgə restoranı və biznes şirkəti var və sairə. Bilirsiniz 50 mindən çox həmvətənlərimizin qətlinə səbəb olmuş, 20 faiz torpaqları işğal olunmasına səbəbə olan, bir milyona qədər azərbaycanlının qaçqın düşməsinə səbəb olan bir millətin nümayəndələrilə iş birliyi qurmaq olar?!
- Bu sualın cavabı hər kəs özündə axtarmalıdır. -Nə etmək lazımdır ki, Azərbaycan diasporu daha da güclü və təsir imkanlarına malik olsun?
- Mən bu sualınıza konkret təkliflər vermək istəyirəm. Bu işlərin mənim fikirimc görülməsi ən azından yaxın beş ildə müsbət dəyişikliklərin yaranmasına gətirib çıxarda bilər: Azərbaycan xalqı dövlət sərhədləri ilə bölünmüş xalq olduğundan onun diaspor siyasətinin mahiyyətində və istiqamətlərində bu amil nəzərə alınmalıdır. Yəni Güney və Quzey Azərbaycanlılara və Türkiyəli soydaşlarımıza eyni cür yanaşılmalıdır. Хаrici səfirliklərimizin hər birində həmin ölkələrdəki diаspоrlаrımızlа məşğul оlаn хüsusi bir nümаyəndəliyin аçılmalıdır. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnun Maddə 5-də (Xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələləri) qeyd edilən 5.1.-ci bəndi (Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur) çıxarılmalıdır. İkili vətəndaşlıq məsələsi təcili qəbul edilməlidir. Diaspor fəaliyyətinin genişlənməsinə, zamanın tələblərinə uyğun şəkildə inkişafına mane olan iqtidar–müxalifət qarşıdurması həll edilməlidir. Diaspor fəaliyyətinə firqə mənafeyindən yanaşılmasına, məsələlərin şəxsi və ya partiya prinsipləri müstəvisində çözülməsinə imkan verilməməlidir. Diasporla ilgili araşdırma aparan xüsusi bir qrup yaradılmalı və onlar xaricdə yaşayan azərbaycanlıların və digər diasporların fəaliyyətini tədqiq edib birbaşa cənab Prezidentə təqdim etməlidirlər. Diasporla iş Üzrə Dövlət Komitəsi parçalanmış təşkilatların birləşməsində bütün səylərini göstərməlidir və sairə.
Söhbətləşdi: Elnur Eltürk
P.S Bu mövzüda müsahibələrimiz müxtəlif şəxslərlə davam davam edəcəkdir

Baxış sayı: 165
Açar sözlər:
Bookmark and Share


Şərh yazma qapalıdır.

Blog Haqqında


Zaur

"Diaspor və Lobbi" Strateji Araşdırma Mərkəzi (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Terrorizm, İnsan Hüquqları, Miqrasiya, İnsan Alveri, Siyasi İnstitutların formalaşması,Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Strateji planlar, proqramlar,konsepsiyalar hazırlayırıq. Məqsədimiz Azərbaycanda ilk bu istiqamətli "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Tank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur.aliyev@gmail.com, (Tel: +99450) 517 07 80

Axtarış

Sorğu

Xaricdə yaşayan Azərbaycanlılarla hansı qurum daha fəal işləyir





Açar sözlər

haqqımda  mənim 

Sayqaç

İndi blogda: 8
Keçən ayın hiti: 10660
Dünənki hit: 260
Bugünki hit: 350
Ümumi hit: 59925

AddThis Feed Button
Add to Technorati Favorites