Reklam verin!

Azərbaycan diasporunun Türkiyəli qanadı

Az-TurkCoğrafi baxımdan din, dil, soykök ümumiliyi nöqteyi-nəzərindən Azərbaycan və Türkiyəni bağlayan tellər uzun əsrlərə gedib çıxır. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında münasibətlər, əlaqələr tarixi zaman kəsiyində dəyişməmiş dostluq bağları daha da bərkimiş, möhkəmlənmişdir.

 

Tarixi hadisələr səbəbilə əsrlər öncə Şimali Azərbaycanın müxtəlif bölgələrindən - Naxçıvandan, Zəngəzurdan, Gəncədən, Qarabağdan soydaşlarımız qardaş ölkəyə mühacirət etmiş və burada məskunlaşaraq təbii-bioloji yolla artmışlar. Bu səbəbdən də Azərbaycan diasporunun üçüncü qanadı Türkiyəli azərbaycanlıları təşkil edir. Əsasən İğdır vilayətində məskunlaşan soydaşlarımız digər Türkiyə şəhərlərində və bölgələrində yaşayırlar. Ancaq İğdır azərbaycanlıları yaşadıqları ən sıx bölgədir. Buna görə də İğdırdan olan azərbaycanlılar diasporumuzun türkiyəli azərbayanlılar qanadının əsas nümayəndələridir.

Davamı...

Baxış sayı: 29
Açar sözlər:
Bookmark and Share

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA AZƏRBAYCAN DİASPORU II YAZI

USA Birləşmiş Ştаtlаrdа 1999 və 2002-ci illərdə Аzərbаycаn diаspоru bаrədə stаtistik göstəricilərin əldə еdilməsi bir-birindən fərqlənməklə irəliləyişlərin оlduğunun bаriz nümunəsidir. 1994-cü il "Səhər" qəzеtində dərc оlunаn göstəricilər аşаğıdаkı kimi sırаlаnır:

  • Amеrikаdа yаşаyаn Аzərbаycаnlılаrın 91%-i özlərini cənublu, 9%-i şimаldаn оlаnlаrdır.
  • Аmеrikаlı аzərbаycаnlılаrın 55%-i dеmоkrаt, 40%-i isə rеspublikаçıdır.
  • Аmеrikаdа yаşаyаn аzərbаycаnlılаrın 82%-i 4 illik kоllеc və univеrsitеt təhsili vаr.
  • Оrtа аmеrikаlı аzərbаycаnlılаrın аiləsi 4 nəfərdən ibаrətdir. Bеlə аilələrin illik gəliri 49.000 dоllаrı əhаtə еdir.
  • Аmеrikаn аzərbаycаnlılаrı оrtа ömür həddi qаdınlаr üçün 82, kişilər üçün 76 ildir.

 Bu stаtistikаdаn göründüyü kimi аmеrikаlı sоydаşlаrımızın çох hissəsi Cənubi Аzərbаycаndаn оlаnlаrdır. Lаkin burаdа bəzi məqаmlаr vаr ki, şimаllılаr özləri bаrədə məlumаt vеrməkdən çəkiniblər.

2002-ci il stаtistikаsı isə  Аzərbаycаn diаspоrunun Şimаl qаnаdının fаizinin çохаlmаsı ilə pаrаlеl оlаrаq аzərbаycаnlılаrın sоsiаl-iqtismаdi durumunun gücləndiyini göstərir

Davamı...

Baxış sayı: 30
Açar sözlər:
Bookmark and Share

RUSİYA FEDERASİYASINA İşləmək məqsədİlə gedən şəxslər üçün YADDAŞ

Rusiya http://www.azconsul.spb.ru/index.php?type=page&id=174

Siz Rusiya Federasiyasına gedirsiniz. Bu ölkədə Azərbaycan Respublikasını ləyaqətlə təmsil edin!Siz bu ölkənin qanunlarına riayət etməlisiniz.

 1.    Rusiya ərazisinə daxil olmaq üçün sizin şəxsiyyətinizi təsdiq edən sənədiniz – pasportunuz  və onun rus dilinə tərcümə olunuş surəti (notariusda təsdiq olunmaqla) olmalıdır.2.    Əgər siz Rusiyada işləmək istəyirsinizsə miqrasiya kartını doldurduqda Rusiyaya gediş məqsədinizi qeyd etmək üçün  “работать” sözünün altından xətt çəkməlisiniz.       Diqqət!!! Əks halda Sizə Rusiya ərazisində işləmək icazəsi verilməyəcək!!!3.       Miqrasiya kartı iki eyni məzmunlu hissədən ibarətdir və sərhədi keçərkən “A” talonu hissəsi sərhəd-buraxılış məntəqəsinin əməkdaşlarında saxlanılır. Miqrasiya kartının digər hissəsi “B” talonu,  arxa tərəfində sərhəd buraxılış məntəqəsi əməkdaşları tərəfindən müvafiq ştamp vurulduqdan sonra Sizə qaytarılmalıdır.4. Rusiyaya gəldiyiniz ilk 3 iş günü ərzində Federal Miqrasiya Xidmətinin (FMX) olduğunuz yer üzrə regional bölməsində uçota durmalısınız. Uçot üçün qəbul edən tərəfə aşağıdakı sənədləri təqdim etməlisiniz

Davamı...

Baxış sayı: 38
Açar sözlər:
Bookmark and Share

Lütfi Zadə Azərbaycana gəlir

Dünya şöhrətli alim, Berkliy Universitetinin professoru, Zadeazərbaycanlı Lütfi Zadə Azərbaycana gəlir

Verilən xəbərə görə, Lütfi Zadə bu il noyabrın 11-14 arası keçiriləcək “Bakutel” illik beynəlxalq telekommunikasiya sərgisinə dəvət olunub.
Dünya şöhrətli alim dəvəti qəbul edib və bu tari
xlərdə Bakıya gələcəyini bildirib.
Qeyd edək ki, sərgiyə dünyadan çoxlu sayda mütəxəssislərin, tanımış simaların qatılması da gözlənilir. Cisco systems, Nokia Simens Networks və s. şirkətlərin sponsorluğu ilə keçiriləcək sərgidə informasiya texnologiyaları, iqtisadiyyat və investisiya ilə bağlı mövzular diqqətdə olacaq.
Sərgidə Azərcell, Bakcell, Forex-Az, Sinam və bir
çox Azərbaycan şirkətlərinin iştirakı da planlaşdırılır.
Sərgiyə qatılacaq qonaqlar arasında dünya şöhrətli Azərbaycanlı alim, Lütfi Zadənin də olması gözlənilir.
http://news.qaynar.info/?mod=view&id=19544
 

Baxış sayı: 36
Açar sözlər:
Bookmark and Share

XARİCİ LOBBİZM VƏ DÖVLƏTLƏRİN MARAQLARI

FIKRƏT SADIQOV,

politoloqSadiqov

Xarici lobbizm kifayət qədər ənənəvi təzahürdür. Bütün dövlətlər xaricdə onlara lazım olan siyasəti aparmaqda yardım edəcək qeyri-diplomatik təsir mərkəzləri yaratmağa çalışıb və hazırda da çalışmaqdadır. Halbuki xarici lobbizmin müəyyən nüfuzlu şəxslərin xarici dövlət tərəfindən aşkarcasına himayə edilməsi kimi leqal forması nisbətən yaxın zamanlarda təzahür etmişdir. Çox uzun zaman ərzində ABŞ-da “xarici lobbizm” mənası altında ən əvvəl “müəyyən xarici siyasi maraqların dəstəklənməsi” anlaşılırdı. Xarici agentlərin qeydiyyatı haqqındakı 1938-ci il qanunu da elə bu mahiyyətdə verilmişdir. Bu qanun xarici agentlərin üzərinə qeydiyyatdan keçmək və fəaliyyət barədə hesabat vermək öhdəliyini qoyur. Əldə olan imkanlardan uğurla istifadə edən İsrail və Tayvan xarici lobbiləri 60-70-ci illərdə ən güclü hesab olunurdu. İsrail lobbisi güclü elektorat qüvvəsi təşkil edən Amerika yəhudilərini də öz fəaliyyətinə cəlb etməsi sayəsində elə indi də öz keçmiş nüfuzunu itirməyib. Yunan və erməni lobbiləri də ABŞ-da çox səmərəli təşkil olunub.

Davamı...

Baxış sayı: 47
Açar sözlər:
Bookmark and Share

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA AZƏRBAYCAN DİASPORU

US  I YAZI

Dünyаnın qüdrətli dövləti оlаn Аmеrikа tаriхi qаrаnlıq fаktlаrlа dоludur. Аmеrikаnın nə zаmаn və kimlər tərəfindən kəşf оlunmаsı, yеrli əhаlinin milli və еtnik kimliyi tədqiqаtçılаr аrаsındа mübаhisə dоğurаn məsələdir. Bugünkü Аmеrikа isə mühаcirlər ölkəsidir. Ilk mühаcirlər tаriх bоyu bаş vеrən prоsеslər səbəbilə həm аssimilyаsiyаyа məruz qаlmış, həm də məhv оlmuşdur. Sоn məlumаtlаrа görə Аmеrikа tоrpаqlаrının yеrli əhаlisi sаyılаn insаnlаrın  rəsmi  sаyı 100 min 300 min аrаsı göstərilir.Аmеrikаnın əhаlinin siyаhıyааlmа Bürоsunun (US Gensus Bureu): 2001-2002-ci illər аrаsı yаydığı məlumаtdа hаzırdа ölkə  əhаlisinin 12,2% -i qаrаdərilər, 4% -i Аsiyа mənşəlilər, 70% -i аğdərililər, 2,7% - i аbоrigеnlər (hindulаr, еskimоslаr) təşkil еdir ki, bunlаr içərisində sаyı 800 min - 1 milyоn аrаsı göstərilən аzərbаycаnlılаr dа vаr.Аzərbаycаnlılаrın Аmеrikаyа mühаcirəti bаrədə dəqiq tаriхi məlumаt yохdur. Bəzi mənbələrdə XVII əsrdə Rusiyаdаn, Оsmаnlı Türkiyəsindən və Аzərbаycаnın özündə bu dövlətə mühаcirlərin gеtməsi bаrədə fikir söylənir, lаkin bu fikirlər rəsmən təsdiqlənmir

Davamı...

Baxış sayı: 48
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN LOBBİSİ

lobbiLobbi Qərb sisteminin ən mühüm institutlarından olub, qanunların və digər dövlət əhəmiyyətli qərarların qəbul edilməsi məqsədilə qanun çərçivəsində hüquqi fəaliyyətdir. Bu cür fəaliyyət hər bir dövlətin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Əlbəttə, biz Azərbaycan lobbisini güclü lobbilərlə bir səviyyədə tutmuruq. Çünki yəhudi, erməni, yunan, italyan, Çin, irland və digər lobbilər əsrlər boyu formalaşmış və onların yaşadıqları ölkələrin Qanunverici-İcraedici-Məhkəmə hakimiyyətində yaratdıqları sistem qısa zamanın işi deyil. Son dövrlərin proseslərinə nəzər salsaq Azərbaycan lobbisi mövcudluğun söyləmək olar. Görülən işlər demək olar ki,  güclü lobbilərin əldə etdikləri nəticələrdən geri qalmır. 

Davamı...

Baxış sayı: 77
Açar sözlər:
Bookmark and Share

Rusiyada Azərbaycan diasporu

rusiyaHazırda dünyanın 70 ölkəsində 50 milyona yaxın azərbaycanlı yaşayır. Bütün dünya üzrəsə 150-dən yuxarı azərbaycanlı diaspor cəmiyyəti fəaliyyət göstərir. Diaspora (diaspor) yunan sözü olub xalqın (etnik birliyin) xeyli hissəsinin yaşadığı ölkədən xaricdə məskunlaşmasıdır.

 Bu gün Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr içərisində Rusiya Federasiyası xüsusilə diqqəti cəlb edir. Hal-hazırda qeyri-rəsmi statistikaya görə Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar. Rusiya ilə Azərbaycan tarixi əlaqələri X əsrdən etibarən sərhəd bağlılığı, dəniz bağlılığı və ticari əlaqələr səbəbilə inkişaf edib.

Zamanla Rusiyanın güclənməsi  səbəbilə  imperiya maraqlarına Azərbaycanın daxil edildi. Xüsusilə, Azərbaycan uğrunda Rusiya-Türkiyə-İran qarşıdurması qanlı nəticələr verirdi və bundan yerli əhali əziyyət çəkirdi. Bu səbəbdən də XIX əsrin əvvəllərindən başlayaraq, Azərbaycanın şimal hissəsində yaşayan soydaşlarımız Rusiya ərazilərinə köçməyə başlayıblar. Dərbənd, Quba, Bakı sakinləri Rusiyaya köç edən mühacirlər içərisində əksəriyyət təşkil edirlər.

Davamı...

Baxış sayı: 170
Açar sözlər:
Bookmark and Share


  Yazılar cəmi: 39   Sonrakı səhifə »

Blog Haqqında


Zaur

"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Thank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20

QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.

Axtarış

Sorğu

Hansı ölkənin vətəndaşı olmaq istərdiz?





Açar sözlər

haqqımda  mənim 

Son Xəbərlər

Qonaq dəftəri


Xəritə

Locations of visitors to this page

Vaxt Gedir!

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 9402
Dünənki hit: 380
Bugünki hit: 328
Ümumi hit: 51240


AddThis Feed Button
Add to Technorati Favorites

counter
Display Pagerank

 

KİTAB KLUBUKitabını dünyaya tanıtmaq istəyirsənsə, bir nüsxəsini Kluba gətir!  Tel.: 492 12 38