Təqdim edilən material Azərbaycan barədə ümumi məlumatları özündə əks etdirir. Siz burada ölkə barəsində istənilən informasiyanı əldə edə bilərsiniz. Statistik göstəricilər (2008), Milli Bayramlar, Dövlətin Milli Atributları, üzv olduğu beynəlxalq təşkilatlar, ərazisi, əhalisi, milli tərkibi, say tərkibi və digər göstəricilərin qeyd edilidyi məlumatları WORD DOC-formatında aşağıdakı linkin üzərinə gedərək oxuya bilərsiniz.
Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi. Səlahəddin on il ərzində Hələb və Mosulun səlcuqlu atabəyi olan Nürəddin Zənginin sarayında yaşayıb orada dinşünaslığı öyrənmişdir. İbtidai hərbi təhsilini Nürəddin Zənginin sərkərdələrindən biri olan doğma əmisi Əsadəddin Şirkuhdan almış Səlahəddin, onunla Misirdə yaradılmış Fatimi xilafətinə qarşı döyüşlərdə iştirak etmişdir. Nəticədə, o, 1169-cu ildə Misirin vəziri təyin edildi. Misirdə Səlahəddinin çiyinlərinə düşmüş əsas vəzifə ölkəni I Amalrikin başçılıq etdiyi Qüds səlibçi krallığına qarşı müdafiə etmək idi. Hamı Səlahəddinin bu vəzifədə uzun çəkməyəcəyinə inanırdı, çünki ondan əvvəl Misirdə qısa müddət ərzində bir çox hökümət dəyişmişdi. Buna səbəb, biri birinin ardınca taxta çıxmış kiçik yaşlı xəlifələrin maraqlarını təmsil edən vəzirlər arasında gedən rəqabət olmuşdur. Öncə Səlahəddin ətrafına Suriya sünnilərindən ibarət bir qrup şəxsi yığdığına görə Misir ordusuna nəzarət edə bilmirdi, çünki sonuncu əsasən şiələrdən ibarət idi.
Əlikram Tağıyev, Fəlsəfə elmləri doktoru, professor
Azərbaycanda politologiya elmi XX əsrin 90-cı illərində təşəkkül tapsa da siyasi-dövlətçilik ideyaları qədim tarixə malikdir. Hələ orta əsrlər müsəlman şərqində siyasətşünaslıq sahəsində mühüm mülahizələr söylənmişdi. İnsanlar despotik siyasi rejimlərdə, cəmiyyətdə ədalətsizliklərə məruz qaldıqlarından adil hökmdar, ədalətli dövlət və cəmiyyət ideyaları uğrunda mübarizəyə qalxırdılar.Ortaəsrlərdə Müsəlman Şərqində siyasət elminin inkişafında Xacə Nizamülmülk Həsən ibn Əlinin (1063-1072) “Siyasətnamə” əsəri xüsusi yer tutur. Onun50 fəsildən ibarət həmin əsəri Azərbaycanın Səlcuqilər imperiyası tərkibində olduğu illərdə yazıldığından bizim siyasi fikir tariximiz üçün də qiymətlidir.
Əsər orta əsrlərin hüquq qanunlarını, idaretmə sistemini, siyasi rejimini və hərbi hakimiyyətini, daxili və xarici siyasət məsələlərini əks etdirir. Nizamülmülkün siyasi görüşlərində hakimiyyət və əxlaq problemləri müstəsna yer tutur. “Siyasətnamə”nin müəllifi dövlətin ədalətli olmasını idarəçilikdə mühüm əxlaqi meyar sayır.
Bilgisayarımda iki gün öncə 2 yaş 10 aylıq oğlum AĞDAM haqqında filmə və şəkillərə baxıb, qəfilətən mənə “Ata məni Ağdama apar da”? müraciətin edir. Düzü qəhərdən ona nə cavab verdiyimi xatırlamıram, çünki bu zaman AĞDAM haqqında şeirin yanıqlı-yanıqlı sözlərindən başqa heç nə eşitmirdim.
İpək Yolunun bərpası perspektivlərini görən Avropa, Asiya, Şərq ölkələrindən başqa dünyanın super güc mərkəzlərindən sayılan Amerika Birləşmiş Ştatları da bu yolu ölkələr arasında iqtisadi tərəqqinin, sülhün və əminamanlığın inkişafında mühüm amillərdən hesab edir. Qeyd olunduğu kimi ABŞ – ın 106 – cı konqresinin 1 – ci sessiyasında İpək Yolu Qanunu Strategiyasında əsas məqsədlərdən biri kimi «1961 – ci ildə qəbul olunmuş xarici kömək barədə Akta düzəliş göstərilir» [1] ki, o da «Cənubi Qafqazın Azərbaycan, Gürcüstan, Ermənistan və mərkəzi Asiyanın beş dövlətinə, yəni yenicə siyasi müstəqillik qazandıqlarını nəzərə alaraq iqtisadi kömək göstərməkdir» [1]. Həmin Qanunun qəbulu zamanı iclasın birinci bölməsində həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətli qeydlər öz əksini tapmışdır ki, bunların da mühüm strateji əhəmiyyəti vardır. Yeddi maddədən ibarət həmin qərarda deyilir:
İqtisadi potensialına, zəngin mədəniyyətinə, yüksək həyat tərzinə və digər xüsusiyyətlərinə görə Avropanın mərkəzi hesab olunan Almaniya ilə Azərbaycanın mədəni-iqtisadi-ticari əlaqələrinin tarixi çox qədimdir. Hələ 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin alman imperatoru Fridrix Habsburqa göndərdiyi məktub iki dövlət arasında münasibətlərin qədimliyinin bariz nümusəsidir. Bu istiqamətdə münasibətlər inkişaf etdikcə, Almaniyanın Azərbaycana marağı artdıqca, almanların Bakıvə digər rayonlara mühacirəti başlayır və eyni proses Almaniyaya Azərbaycandan gedirdi.
31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü yaxınlaşır. Məlumdur ki, 1989-cu ilin 31 dekabr günündə o taylı-bu taylı azərbaycanlılar Azərbaycan-İran və Azərbaycan-Türkiyə sərhədi boyunca uzanan tikanlı məftilləri söküb bir xalqın ikiyə bölünməsinə etiraz edərək öz həmrəyliklərini bildirdilər. Bu, Azərbaycan tarixində ən əhəmiyyətli hadisələrdən biri idi. Azərbaycanlıların nümayiş etdirdikləri bu milli həmrəylik dünyanı lərzəyə saldı.
1991-ci il dekabr ayının 16-da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Heydər Əliyev 31 dekabr gününün Azərbaycan tarixinə milli həmrəylik günü kimi daxil olmasının təşəbbüskarına çevrildi. Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü əsasında milli həmrəylik və birlik gününün təsis olunması ilə bağlı qərar qəbul edildi. Qərarda deyilirdi:
Beynəlxalq sammitlərin, konfransların və digər yığıncaqların materialları araşdırılarkən belə bir nəticəyə gəlmək olar ki, onlar əsasən xoş məramlıdır. Bu mənada dövlətlərin iqtisadiyyatının dirçəldilməsində, xarici əlaqələrin inkişafında mühüm rolu olan TRASEKA və Böyük İpək yolunun bərpası layihələri həmişə yüksək dəyərləndirilir. Çünki, İpək yolunu bərpa etməklə Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizi reallığa çevrildikdə iştirakçı dövlətlərə iqtisadi inkişaf, yeni iş yerlərinin açılması üçün imkan yaranmaqla bərabər, ayrı-ayrı regionlarda mövcud olan konfliktli bölgələrdə sülh və sabitlik şəraitinin də bərpa edilməsi zərurəti yaranır..
"Diaspor: İnformasiya və Düşüncə Qrupu" (Think-Tank) olaraq Azərbaycan diasporu, Lobbiçilik, Geosiyasət, Milli məsələ, Beynəlxalq münasibətlər, Siyasi elmlər, Fəlsəfə, Tarix, Xarici siyasət, Strateji araşdırmalar, Hüquq və digər mövzularla bağlı olaraq tədqiqatlar aparırıq. Məqsədimiz Azərbaycanda "beyin mərkəzi" olaraq prioritet sahələrdə araşdırmalar edərək yeni dünya nizamında dövlətimizin güc olmasına çalışmaqdır. Biz bu gün Think-Tank olaraq ətrafımızda düşünən insanları birləşdirmişik. Xaricdə yaşayan soydaşlarımızın da daxil olduğu "beyin mərkəzi" olaraq bütün azərbaycanlılar üçün elmi dəstəyimizi verməyə hazırıq. Əlavə məlumatlara aid sualınız olsa yazın: zaur_azerbaijani@yahoo.com, Tel: (+99450) 517 07 80: (+99455) 209 08 20
QEYD: Bizim bloqdan yazılar müxtəlif saytlar, qurumlar və media tərəfindən iznsiz olaraq götürülür və müəllifin adına və bloqa istinad vermədən dərc edilirdi. Bu isə müəllif hüquqları ilə bağlı beynəlxalq qanunvericiliklə yanaşı Azəribloq saytının qaydalarına zidd olan bir addımdır. Bununla bağlı olaraq yazıların bloqdan götürülməsində məhdudiyyətlər yaratmağa məcbur olduq. Bizim bloqda olan yazıları müxtəlif formatlarda əldə etmək istəyən dostlarımız elektron poçt ünvanına yazaraq onu qısa zaman ərzində təmmanasız əldə edə bilərlər.